Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2394/2022 02.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİN İDARƏETMƏ BİRLİYİ» PHŞ-nin nümayəndəsi X2 iştirakları ilə, «TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİN İDARƏETMƏ BİRLİYİ» PHŞ-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(009)-954/2022 saylı qərardadı ilə «TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİN İDARƏETMƏ BİRLİYİ» PHŞ-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən «TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİN İDARƏETMƏ BİRLİYİ» PHŞ 1.885000,00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 370.650,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İnzibati xəta xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, «TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİN İDARƏETMƏ BİRLİYİ» PHŞ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi O.R.Xaspoladov «TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİN İDARƏETMƏ BİRLİYİ» PHŞ-nin barəsində olan inzibati iş üzrə icraata xitam verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Bundan başqa, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi O.R.Xaspoladov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda «TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİN İDARƏETMƏ BİRLİYİ» PHŞ-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən sənədlərə əsasən MMC-nin əməlində inzibati xəta hadisəsinin olmadığı müəyyən edilir. Həmçinin bildirmişdir ki, sifariş edilən mallar qanunla müəyyən edilmiş müddətdə ölkəyə idxal edilmiş və həmin sənədlər PHŞ-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Mərkəzi Banka təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİN İDARƏETMƏ BİRLİYİ» PHŞ-nin nümayəndəsi Ə.S.Hümbətov bildirmişdir ki, Şəxs PHŞ barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır və inzibati iş üzrə icraata xitam verilməlidir: Belə ki, TƏBİB tərəfindən inzibati xəta hadisəsi törədilməmişdir, TƏBİB ilə Çin Xalq Respublikasında fəaliyyət göstərən “MR GLOBAL (HK) LİMİTED” şirkəti arasında xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli “Avadanlıqların satın alınması” haqqında müqavilələr bağlanılmışdır. “MR GLOBAL (HK) LİMİTED” şirkətinə xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli EC**********05 nömrəli müqavilə üzrə 4.348.010 USD, xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli EC**********04 nömrəli müqavilə üzrə isə 1.885.000 USD dəyərində vəsait tibbi avadanlıqların satınalınması məqsədi ilə ödənilmişdir. Ümumilikdə “MR GLOBAL (HK) LİMİTED” şirkətindən 6.234.830 USD dəyərində 02 (iki) müqavilə üzrə mal ölkəyə idxal olunmuşdur. Texniki səhvlər səbəbi ilə EC**********05 nömrəli müqavilə üzrə yanlışlıqla 372.470 USD dəyərində mal X3 ilə artıq rəsmiləşdirilmişdir. Həmin dəyərdə olan mal faktiki olaraq EC**********04 nömrəli müqaviləyə aiddir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 3704 nömrəli məktubundan göründüyü kimi, TƏBİB-in "xxxx" ASC-dəki hesabından xx.xx.2020-ci il tarixli EC**********04 nömrəli müqaviləyə əsasən, “MR GLOBAL (HK) LİMİTED” şirkətinin xeyrinə ödənilmiş 1885000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait dəyərində mallar xx.xx.2020-ci il tarixdə ölkəyə idxal olunmuşdur. Həmin məktubda 216.500.00 ABŞ dolları məbləğində pul vəsaiti **********0761 nömrəli gömrük bəyannaməsi üzrə, 154.150.00 ABŞ dolları məbləğində pul vəsaiti isə **********0650 nömrəli gömrük bəyannaməsi üzrə tam olaraq bağlanmışdır (154.150.00 + 216.500.00 = 370650.00 ). Qeyd olunan mühüm fakt sözügedən gömrük bəyannamələrinə "xxxx" ASCnin möhür vurması, ödənilmiş pul məbləğlərini bəyannamələrin üzərində yazması ilə təsdiq olunur. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarından göründüyü kimi TƏBİB avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində qanunla müəyyən edilmiş müddətlər çərçivəsində, yəni xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə alqı-satqı müqavilələrinin predmeti olan tibbi avadanlıqları ölkəyə idxal edilmişdir. Tibbi avadanlıqların alınması üçün ödənilmiş pul vəsaitləri xaricdən geri qaytarılmamış və müvafiq mallar idxal olunmuş, yüklə bağlı gömrük bəyannaməsi rəsmiləşdirilərək 2 (iki) il müddətində, yəni xx.xx.2020-ci il tarixdə banka təqdim olunmuşdur. Pul vəsaitlərinin xaricə köçürülməsi və malların idxal olunması barədə yük gömrük bəyannamələri bank tərəfindən verilmiş ödəniş tapşırıqları, xx.xx.2022-ci il tarixli, 3704 nömrəli məktubla və gömrük bəyannamələri ilə tam sübuta yetirilir. Faktiki olaraq, alqı-satqı malları müvafiq ödənişlər edilməklə, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması üçün ölkə ərazisinə idxal edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarı ilə, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə, Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilmişdir. Həmin qərarın icrasının təmin edilməsi üçün TƏBİB koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə gərgin iş rejimində fəaliyyət göstərən dövlət qurumlarından biri olmuşdur. Hər iki müqavilələr üzrə alqı-satqı predmeti olan tibbi avadanlıqlar, koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması üçün ölkəyə idxal edilmişdir. Nəzərə alsaq ki, həmin dönəmlərdə bütün dövlət orqanları xüsusi rejimdə çalışdığından, texniki səhv səbəbindən müqavilələr üzrə ödənişləri özündə əks etdirən gömrük bəyannamələrinin banka təqdim edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bundan əlavə Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 sentyabr saat 06:00-dək uzadılmışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Beləliklə, iş materiallarında olan gömrük bəyannamələri ilə müəyyən olunur ki, TƏBİB tərəfindən məhkəməyə təqdim edilmiş yük gömrük bəyannamələri ilə müvafiq malların 02 (iki) il müddətində ölkəyə idxal edilməsi öz təsdiqini tapdığından hüquqi şəxsin ödədiyi valyuta vəsaiti müqabilində malların Azərbaycan Respublikasına idxal edilməsi və ya xidmətlərin göstərilməsi kimi öhdəliyi qalmır və bununla da yuxarıda göstərilən protokolla hüquqi şəxsin əməlində müəyyən olunmuş inzibati xəta olması halı aradan qalxır. Göstərilənləri nəzərə alaraq hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından TƏBİB barəsində başlanılmış iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİN İDARƏETMƏ BİRLİYİ» PHŞ-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, №105OCT********** sayl ödəniş tapşırığından görünür ki, TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİN İDARƏETMƏ BİRLİYİ» PHŞ tərəfindən 1.885.000 ABŞ dolları məbləğində pul vəsaiti Çin Xalq Respublikasına həmin tarixdə göndərilmişdir. İş materiallarına əlavə edilmiş **********0761 saylı gömrük bəyannaməsindən görünür ki, «TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİN İDARƏETMƏ BİRLİYİ» PHŞ-nin Azərbaycan Respublikasından kənara köçürdüyü 296.250,00 Avro məbləğində xarici valyuta vəsaitinin müqabilində xx.xx.2022-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətdə Çin Respublikasının “MR Global (HK) Limited” şirkəti tərəfindən müvafiq mallar ölkəyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş **********0650 saylı gömrük bəyannaməsindən görünür ki, «TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİN İDARƏETMƏ BİRLİYİ» PHŞ-nin Azərbaycan Respublikasından kənara köçürdüyü 352.560,00 Avro məbləğində xarici valyuta vəsaitinin müqabilində xx.xx.2022-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətdə Çin Respublikasının “MR Global (HK) Limited” şirkəti tərəfindən müvafiq mallar ölkəyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 3704 nömrəli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixə “TƏBİB” PHŞ-nin (VÖEN: **********) "xxxx" ASC-dəki hesabından xx.xx.2020-ci il tarixli, EC**********04 nömrəli müqaviləyə əsasən “MR Global (HK) Limited” şirkətinin xeyrinə köçürülmüş avans ödənişi xx.xx.2020-ci il tarixdə 1.885.000 ABŞ dolları məbləğində pul vəsaiti ilə **********1055, **********9949, **********0761, **********0650 saylı gömrük bəyannamələri ilə bağlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, «TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİN İDARƏETMƏ BİRLİYİ» PHŞ tərəfindən 1.885.000 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən bankda olan hesabından xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin köçürməyə əsasən satın alınmış mallar **********0761 və **********0650 saylı gömrük bəyannamələri ilə 15.03 və xx.xx.2022-ci il tarixlərdə, yəni qanunla müəyyən edilmiş müddətdə ölkəyə idxal edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq xidmət yerinə yetirildiyi üçün «TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİN İDARİƏETMƏ BİRLİYİ» PHŞ-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, «TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİN İDARƏETMƏ BİRLİYİ» PHŞ barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİN İDARİƏETMƏ BİRLİYİ» PHŞ-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2394/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2394/2022
02.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver