Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2394/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, X1 barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 17 aprel 2024-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, X2 barəsində inzibati tənbeh vermə haqqında qərar 17 aprel 2024-cü il tarixdə qəbul edilsə də, bu qərardan şikayət qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra mübahisələndirmiş, şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasını xahiş olunmamış, bunun üçün üzrlü səbəblər göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Eyni zamanda X2 şikayətində mübahisələndirilən qərarın ona təqdim olunmadığını, bu qərarın 03 iyun 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsindən əldə olunduğunu qeyd etmişdir. Şikayətlə əlaqədar məhkəməyə “elektron kabinet” vasitəsilə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi tərəfindən daxil edilmiş məlumatda qeyd olunur ki, sözügedən qərar xx.xx.2024-cü il tarixli, 6-1-16/3-3268/2024 saylı məktubla şikayətçinin yaşadığı ünvana göndərilmiş və poçt xəbərnaməsinə əsasən bu qərarı xx.xx.2024-cü il tarixdə “Musayeva” soyadı adlı şəxs qəbul etmişdir. Göründüyü kimi, şikayətçinin mübahisələndirdiyi qərardan xx.xx.2024-cü il tarixində məlumatı olmuş və hazırda da ondan şikayət verilməsi üçün müddətin üzrlü səbəbdən buraxılmasına dair heç bir tutarlı dəlil təqdim olunmamışdır. Belə olan halda hesab edirəm ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 17 aprel 2024-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130 maddələsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X2 barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 17 aprel 2024-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2394/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2394/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver