Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2397/2022 22.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsn müdafiəçisi “ALYANS” Vəkil Bürosunun Nümayəndə3 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* saylı saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Şəxs MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli Lisenziya müqaviləsinin şərtlərinin Şəxs MMC tərəfindən pozulmuşdur. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi E.F.Məmmədov inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3- cü maddəsinə əsasən telekommunikasiya fəaliyyəti digər prinsiplərlə yanaşı operatorların, provayderlərin, istifadəçilərin hüquq bərabərliyi və qanuni mənafelərinin qorunması, telekommunikasiya şəbəkələrinin qarşılıqlı fəaliyyətinin operativliyi, telekommunikasiya xidmətləri bazarında inhisarçılığın yolverilməzliyi və sağlam rəqabət mühitinin təmin edilməsi prinsipləri, o cümlədən, operatorlar arasında arabağlantı münasibətlərinin tənzimlənməsi istiqaməti əsasında həyata keçirilir. Həmin Qanunun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasında telekommunikasiya fəaliyyətinin tənzimlənməsi dövlətin səlahiyyətindədir və operatorlar arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi bu tənzimləmənin istiqamətlərindəndir. Qanunun 12.1-ci maddəsinə əsasən operatorlar öz şəbəkələri arasında qarşılıqlı arabağlantını müqavilə əsasında həyata keçirirlər. Qanunun 12.2-ci maddəsinə görə arabağlantı müqaviləsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şərtlərə zidd olmayan texniki, iqtisadi (şəbəkələrarası qoşulma haqları, qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı pay bölgüsü, ixtisaslaşdırılmış təcili yardım xidmətlərinə edilən zənglərə görə ödənişlər və s. nəzərə alınmaqla) və qanunvericiliyə uyğun olaraq müqaviləni bağlayan tərəflərin müəyyən etdiyi digər məsələlər nəzərə alınmalı və 12.3-cü maddəsinə əsasən isə operator hər bir ümumistıfadəli telekommunikasiya şəbəkəsi operatoru ilə 2 ay müddətindən gec olmayaraq arabağlantı müqaviləsi bağlamalıdır. Göstərilən müddət ərzində hər hansı operator ilə razılıq əldə edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən, mübahisənin predmeti nəzərə alınmaqla, müəyyən olunan şərtlər əsasında tərəflər arasında 7 (yeddi) iş gunü müddətində arabağlantı müqaviləsi bağlanmalıdır. Arabağlantı müqaviləsinin bağlanması ilə əlaqədar mübahisələr məhkəmə qaydasında həll edilir. Eyni zamanda bildirmişdir ki, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2009-cu il 3 aprel tarixli 64 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində GSM standartında fəaliyyət göstərən mobil telekommunikasiya operatorları arasında bağlanacaq arabağlantı müqavilələrinin əsas şərtlərinin müəyyən edilməsi Qaydasının 1-ci hissəsinin ikinci abzasında qarşılıqlı arabağlantı münasibətlərinin operatorlar arasında bağlanan arabağlantı müqavilələri ilə tənzimlənməsi qeyd olunmuşdur. Qaydaya əsasən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən müəyyən olunmuş şərtlər əsasında tərəflər öz aralarında 7 (yeddi) iş günü müddətində arabağlantı müqaviləsini bağlamalıdırlar."xxxx" MMC ilə Şəxs MMC arasında qarşılıqlı arabağlantı ilə əlaqədar yaranan mübahisəyə dair inzibati icraat üzrə Nazirliyin 2022-ci il 24 may tarixli G-4/22 nömrəli Qərarının 1-ci hissəsinə əsasən tərəflər arasında xx.xx.2022-ci il tarixindən olan qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi üçün 7 (yeddi) iş günü müddətində arabağlantı müqaviləsinin bağlanılması qərara alınmışdır. Bununla əlaqədar olaraq, tərəflər arasında xx.xx.2022-ci il tarixindən olan qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi üçün 7 (yeddi) iş günü müddətində arabağlantı müqaviləsinin bağlanılması məqsədilə Nazirlik tərəfindən "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli, 1-2-17/5593-22 nömrəli məktubla və "xxxx" MMC-nin isə xx.xx.2022-ci il tarixli, 9676 nömrəli məktubu ilə müvafiq müraciətlər edilmişdir. Lakin qeyd olunanlara baxmayaraq, ‘‘Azerfon” MMC-yə göndərilmiş arabağlantı müqaviləsi “Azerfon" MMC tərəfindən imzalanmayaraq, müqavilənin 11.2-ci bəndində göstərilən şəbəkələrarası zənglərin sonlandırma qiymətinin telekommunikasiya bazarındakı vəziyyətə i.iqtisadi və texnoloji) uyğun gəlmədiyindən müqavilənin bu şərtlərlə imzalanması məqbul hesab edilməmişdir. Nəticədə "xxxx" MMC ilə Nazirlik arasında imzalanmış xx.xx.2021-cı il tarixli lisenziya müqaviləsinin şərtləri pozulmuş və bu isə inzibati məsuliyyətin yaranmasına əsas olmuşdur. Belə ki, lisenziya müqaviləsinin 6.8-ci bəndinə əsasən operatorun şəbəkəsinin Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsinə, o cümlədən digər mobil və sabit şəbəkə operatorlarına qoşulması qanunvericiliyə və lisenziya müqaviləsinə uyğun tənzimlənir. Eyni zamanda bildirmişdir ki, lisenziya müqaviləsinin 7.1-ci bəndinə əsasən tərəflər müqavilədə nəzərdə tutulan vəzifə və öhdəliklərin yerinə yetirilməsi üzrə məsuliyyət daşıyırlar. Müqavilənin 7.3-cü bəndinə əsasən isə operator müqavilənin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, “Lisenziyalar və icazələr haqqında", “Telekommunikasiya haqqında”. "Fərdi məlumatlar haqqında" və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikasının qanunlarının və digər normativ hüquqi aktların tələblərinə riayət edir və həmin qanunvericiliyin pozulması hallarına görə məsuliyyət daşıyır. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan stifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi əsasları ilə inzibati xəta müəyyən olunmuşdur. Göstərilənlərə əsasən “AZERFON MMC-nin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin müdafiəçisi Nümayəndə3 məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov tərəfindən "xxxx" MMC və "xxxx" MMC arasında arabağlantı ilə əlaqədar yaranan mübahisəyə dair inzibati icraatın nəticəsində xx.xx.2022-ci il tarixdə G-422 nömrəli qərar (bundan sonra - İnzibati Akt) qəbul edilmişdir. Qərarın 1-ci bəndinə əsasən tərəflər arasında 7 iş günü müddətində arabağlantı müqaviləsi bağlanması müəyyən edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar olaraq Azerfon şirkətinə xx.xx.2022-ci il tarixli 1-2-17/5593-22 nömrəli məktubla, Azercell şirkətinə isə xx.xx.2022-ci il tarixli 9676 nömrəli məktubla müraciət edilmişdir. Bundan sonra, Azercell şirkəti xx.xx.2022-ci il tarixli 9676 nömrəli məktubla Azerfon şirkətinə imzalanması üçün tərtib edilən arabağlantı müqaviləsinin nümunəsini təqdim etmişdir. Azerfon şirkəti tərəfindən qeyd edilən müqavilənin imzalanmasından xx.xx.2022-ci il tarixli AZF/GR-17431/22 nömrəli məktubla imtina edilmişdir. İmtinanın səbəbi kimi göstərilmişdir ki, Azercell şirkəti tərəfindən hazırlanmış müqavilənin 11.2-ci bəndində göstərilən şəbəkələrarası zənglərin sonlandırma qiyməti telekommunikasiya bazarındakı vəziyyətə (iqtisadi və texnoloji) uyğun gəlmədiyindən qeyd edilən şərtlərlə müqavilənin imzalanması məqbul deyildir. Müqavilə nümunəsinin 11.2-ci bəndindən görünür ki, tərəflərin şəbəkələri arasında birbaşa (mobil-mobil) və ya üçüncü tərəfin şəbəkəsi üzərindən tranzit yolla ötürülən trafikin (mobil-sabit-mobil) zənglərin hər dəqiqəsi üçün trafiki ötürən tərəf trafiki qəbul edən tərəfə 0,02 manat (sıfır tam yüzdə iki) manat haqq ödəyir. Azerfon şirkəti müqavilə imzalamasından imtina etdiyinə görə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Texnoloji İnkişaf Şöbəsinin müdir müavini Təmirov Əlyar Rövşən oğlu tərəfindən Azerfon şirkəti barəsində İnzibati Xətalar Məcəlləsinin 398-ci (lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə xx.xx.2022ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Azerfon şirkəti tərəfindən onunla Nazirlik arasında imzalanmış xx.xx.2021-ci il tarixli lisenziya şərtləri pozulmuşdur. Bu fakt Azerfon şirkətinin xx.xx.2022-ci il tarixli AZF/GR-17431/22 nömrəli məktubu ilə təsdiq edilir. Protokola Nazirliyin İnzibati Aktı, Nazirliyin xx.xx.2022-ci il tarixli 1-2-17/5593-22 nömrəli məktubu, Azerfon şirkətinin xx.xx.2022-ci il tarixli 9676 nömrəli məktubu, Azerfon şirkətinin xx.xx.2022-ci il tarixli etibarnaməsi və inzibati xəta barədə bildiriş əlavə edilmişdir. Azerfon şirkəti protokolun surətini xx.xx.2022-ci il tarixdə almış və həmin tarixdə də Nazirliyin 1-2- 17/6346-22 nömrəli məktubu ilə prorokol baxılması üçün aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolun göndərilməsinə dair məktubda qeyd edilmişdir ki, Azerfon şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli AZF/GR-17431/22 nömrəli məktubla Azercell şirkəti ilə arabağlantı müqaviləsini bağlamaqdan imtina edilməsi ilə Azerfon şirkəti ilə Nazirlik arasında imzalanmış xx.xx.2021-ci il tarixli lisenziya müqaviləsinin şərtləri pozulmuşdur. Belə ki, lisenziya müqaviləsinin 7.1-ci bəndinə əsasən tərəflər müqavilədə nəzərdə tutulan vəzifə və öhdəliklərin yerinə yetirilməsi üzrə məsuliyyət daşıyırlar. Müqavilənin 7.3-cü bəndinə əsasən isə operator müqavilənin icrası ilə əlaqədar Mülki Məcəllənin, "Lisenziya və icazələr haqqında", "Telekommunikasiya haqqında", "Fərdi məlumatlar haqqında" və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunların və digər normativ hüquqi aktların tələblərinə riayət edir və həmin qanunvericiliyin pozulması hallarına görə məsuliyyət daşıyır. Həmin protokol qanunsuz və əsassız olaraq tərtib edilmişdir, bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, protokol tərtib edilərkən işin halları hərtərəfli, tam və obyektiv surətdə dəyərləndirilməmişdir. İlk növbədə Azerfon şirkəti tərəfindən İXM-in 398-ci maddəsinin pozulduğu, onunla Nazirlik arasında imzalanmış xx.xx.2021-ci il tarixli lisenziya müqaviləsinin şərtləri pozulması, həmin pozuntunun isə Azerfon şirkətinin xx.xx.2022-ci il tarixli AZF/GR-17431/22 nömrəli məktubundan irəli gəlməsi ilə əsaslandırmışdır. Nazirlik ona görə İXM-nin 398-ci maddəsində nəzərdə tutulan lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması nəticəsinə gəlmişdir ki, Azerfon şirkəti tərəfindən Azercell şirkəti ilə arabağlantı müqaviləsini bağlamaqdan imtina edilməklə lisenziya müqaviləsinin 7.1 (tərəflər müqavilədə nəzərdə tutulan vəzifə və öhdəliklərin yerinə yetirilməsi üzrə məsuliyyət daşıyırlar) və 7.3-cü bəndlərinin (operator müqavilənin icrası ilə əlaqədar Mülki Məcəllənin, "Lisenziya və icazələr haqqında", "Telekommunikasiya haqqında", "Fərdi məlumatlar haqqında" və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunların və digər normativ hüquqi aktların pozulmasına görə məsuliyyət daşıyır) şərtləri pozulmuşdur. Göründüyü kimi, Nazirlik Azerfon şirkəti tərəfindən lisenziya müqaviləsində nəzərdə tutulan konkret hansı vəzifə və öhdəliklərin pozulmasını konkret olaraq göstərməmişdir. Eyni zamanda, Nazirlik Azerfon şirkəti tərəfindən həm lisenziya müqaviləsində, həm də Mülki Məcəllə, “Lisenziya və icazələr haqqında", "Telekommunikasiya haqqında", “Fərdi məlumatlar haqqında" və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunların və digər normativ hüquqi aktlarda təsbit edilmiş konkret hansı lisenziya şərtinin pozulduğu aydın şəkildə göstərilməmişdir. Bu isə ondan xəbər verir ki, Azerfon şirkəti heç bir lisenziya şərtini pozmadığı halda, heç bir inzibati xəta törətmədiyi halda, onun barəsində Nazirlik tərəfindən qanunsuz və əsassız olaraq protokol tərtib edilmişdir. Qeyd edilməlidir ki, əksinə, Nazirlik özü "Telekommunikasiya haqqında" Qanunun tələbini pozmuşdur. Belə ki, həmin Qanunun 12.3-cü maddəsinə əsasən operator hər bir ümumistifadəli telekommunikasiya şəbəkəsi operatoru ilə 2 ay müddətindən gec olmayaraq arabağlantı müqaviləsi bağlamalıdır. Göstərilən müddət ərzində hər hansı operator ilə razılıq əldə edilmədikdə, Nazirlik tərəfindən, mübahisənin predmeti nəzərə alınmaqla, müəyyən olunan şərtlər əsasında tərəflər arasında 7 iş günü müddətində arabağlantı müqaviləsi bağlanmalıdır. İnzibati Aktdan göründüyü kimi, Nazirlik 7 iş günü müddətində Azercell şirkəti ilə Azerfon şirkəti arasında arabağlantı müqaviləsinin bağlanmasını müəyyən etsə də, həmin müqavilənin hansı şərtlər əsasında bağlanmasını müəyyən etməmiş, Azercell şirkətinin irəli sürdüyü şərtlərin Azerfon şirkəti tərəfindən qəbul edilməməsini pozuntu hesab etmişdir. Halbuki, Azercell şirkəti Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini həyata keçirən qurum deyildir və arabağlantı müqaviləsinin şərtlərini müəyyən edə bilməz. İnzibati Aktın qeyd edilən qanunsuzluğuna görə həmin X3 şirkəti tərəfindən inzibati qaydada mübahisələndirilmişdir. Digər tərəfdən, qeyd edilməlidir ki, Azercell şirkətinin irəli sürdüyü şərtlərlə müqavilənin bağlanılmasına Azerfon şirkətinin məcbur edilməsi Mülki Məcəllənin əsas prinpislərindən biri olan müqavilə azadlığı prinsipi ilə uzlaşmır (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmçinin, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Göründüyü kimi, şəxslər müqaviləni bağlayarkən həm öz mülahizə və istəklərinə görə müqavilə bağlaya bilər, həm də onun məzmununu azad surətdə müəyyənləşdirə bilər. Əks yanaşma, tərəflərin imzalayacağı sənədi müqavilədən daha çox inzibati akta çevirmiş olar. Qeyd edilənlər inzibati xəta tərkibini istisna edən halların olmasına baxmayaraq, Azerfon şirkətinin İXM-in 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini pozmaqda təqsirli hesab edilməsi, işin hallarının hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdınlmadığının və qanunsuz protokol tərtib edildiyinin əyani sübutudur. Göründüyü kimi, Nazirlik tərəfindən yuxarıda qeyd olunan vəzifə aşkar şəkildə pozulmuş və nəticədə iş üzrə qanunsuz protokol tərtib edilmişdir. Azerfon şirkəti tərəfindən maddi ziyan vurulması və ya gəlir əldə edilməsi sübut edilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, İXM-in 398-ci maddəsinin "Qeyd" hissəsindən göründüyü kimi, həmin inzibati xəta 50.000 manatadək ziyan vurmanı və ya həmin məbləğdə gəlir əldə etməni tələb edir. İşin hallarından isə görünür ki, Nazirlik tərəfindən iddia edilən hüquq pozuntusu (lisenziya şərtlərinin pozulması) heç bir ziyan və ya gəlir əldə etmə ilə nəticələnməmişdir. Bu bir daha tərtib edilmiş protokolun qanunsuz və əsassız olmasını göstərir. Göstərilənləri nəzərə alaraq 3(006)-2397/2022 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İXM-nin tələbləri pozulmaqla tərtib edilmiş, protokolda inzibati xətanın törədilməsi vaxtı göstərilməmişdir. Bununla da məhkəmə hesab edir ki, inzibati xətanın nə vaxt törədilməsi protokolda göstərilmədiyindən inzibati materiala baxılması mümkün olmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xətanın törədilməsi vaxtı inzibati məsuliyyətə cəlb etmə müddətinin müəyyən edilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8.inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9.inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 398ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, inzibati xəta haqqında protokol əsasında inzibati xətanın törədilmə vaxtını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qaytarılmalıdır. Qeyd olunanlara əasən və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxsn Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qaytarılsın. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2397/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2397/2022
22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver