Məhkəmə qərarları › İş №3(006)-2403/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2403/2022

26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2403/2022 26.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, X1 barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: X4 barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə şikayət təmin olunsa da, Bakı Nəqliyyat Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında bu qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilərək iş yenidən baxılması üçün rayon məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərarında göstərilmişdir ki, birinci instansiya məhkəməsi şikayətə baxmağa hazırlıq mərhələsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsində göstərilən məsələləri ardıcıl olaraq həll etməli və bundan sonra isə işə mahiyyəti üzrə baxılmaqla, inzibati iş üzrə yekun qərar çıxarılmalı olduğu halda, buna əməl etməmiş, Elxan Mirzəyev tərəfindən qərarın hansı tarixdə alınmasını araşdırmadan işə baxaraq nəticəyə gəlmişdir. Belə ki, iş materriallarına əlavə edilmiş Bakı Nəqliyyat Agentliynin “X3”ndən olan çıxarışa görə xx.xx.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın sürəti “ASAN sms” vasitəsilə həmin tarixdə X2 göndərilmiş və ona çatmışdır. Beləliklə müəyyən edilir ki, X4 barəsində inzibati tənbeh vermə haqqında qərar xx.xx.2022-ci il tarixdə qəbul edilsə də, bu qərardan şikayət qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə mübahisələndirmiş, şikayət verilməsi üçün ötürülmüş müddətin bərpası xahiş olunmamış, bunun üçün üzrlü səbəblər göstərilməmişdir. Eyni zamanda iş materiallarından aydın olur ki, bu qərar üzrə tətbiq edilmiş cərimə də ödənilmiş, yəni şikayətçi ona tətbiq edilmiş tənbehlə razılaşmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci madəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Qeyd olunan Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələləri həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130 və 132 -ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: X4 barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar