Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2406/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, X1 vəkili X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 21 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: X1 vəkili X3 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 21 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə müraciət edərək onun ləğv olunmasını xahiş etmiş, eyni zamanda qeyd etmişdir ki, həmin qərar cari ilin 26 fevral ayında F.İbrahimovaya çatdırıldığından ondan 04 mart tarixdə Səhiyyə Nazirliyinə şikayətlə müraciət edilmiş, lakin bu günə qədər şikayətə cavab verilməmişdir. Bütün bunları nəzərə alaraq qərardan şikayət verilmə müddətinin ötürülmədiyini qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. X1 vəkili X3 şikayətində Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 21 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan yuxarı səlahiyyətli orqana verdiyi şikayətinə vaxtında münasibət bildirilmədiyini əsas gətirərək həmin qərardan şikayət verilmə müddətinin ötürülmədiyini qeyd etmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayət müəyyən olunmuş müddət ərzində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə edə bilər. Bu səbəbdən də X1 vəkili X2 şikayətində mübahisələndirilən hazırki qərarla bağlı yuxarı orqana müraciət etməsi onun vaxtında məhkəməyə şikayət etməsinə maneə yaratmırdı. Belə olan halda hesab edirəm ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 21 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatət rədd olunaraq şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəllənin 130.2 və 130.3-cü maddələrinə görə bu Məcəllənin 130.1ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 vəkili X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 21 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatəti rədd edilsin, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan (müddətin bərpasının rədd olunması hissəsindən) Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2406/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2406/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver