Məhkəmə qərarları › İş №3(006)-241/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-241/2022

09.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-241/2022 09.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan «X2 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X1 iştirakı ilə, «X2 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq Departamentinin aparıcı mütəxəssisi Fərhad Yadigarov tərəfindən 10 yanvar 2022-ci il tarixdə «X2 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən «X2 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 445000,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 25.11.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 43714,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «X2 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X5 oğlu məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 25 noyabr 2019-cu il tarixdə «X2 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının hesabından 445000,00 ABŞ dolları məbləğində qabaqcadan ödəniş etmişdir. Bu ödəniş üzrə bütün xidmətlər tam şəkildə həyata keçirilmişdir. EP ******* inzibati xəta haqqında protokolunda qeyd edilmiş 445000,00 ABŞ dolları əvvəlcədən ödənilmiş məbləğ müqabilində **********5377, **********2601, **********0451, **********1982 və **********2576 gömrük bəyannamələri üzrə bəyan edilmişdir. Bu "xxxx" ASC-nin 19 yanvar 2022-ci il tarixli PB/PBL-OUT-00050-2022 saylı məktubunda göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq, «X2 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş köçürmə haqqında ərizənin surətindən görünür ki, «X2 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “Drill Point Limited” şirkətinin müvafiq bank hesabına 445000,00 ABŞ dolları ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş 19 yanvar 2022-ci il tarixli, PB/PBL-OUT-00050-2022 saylı "xxxx" ASC tərəfindən ünvanlanmış məktubdan görünür ki, “X3” MMC tərəfindən 25 noyabr 2019-cu il tarixdə “Drill Point Limited” şirkətinə AOC.SUP/36/19 nömrəli 29.10.2019 tarixli müqavilə üzrə avans vəsait köçürülmüşdür. Ödənilən vəsait üzrə 441668,00 ABŞ dolları məbləğ **********5377, **********2601, **********0451, **********1982 və **********2576 gömrük bəyannamələri üzrə bəyan edilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, «X2 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol 10 yanvar 2022-ci il tarixdə tərtib edilərkən artıq «X2 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 43714,00 ABŞ dolları məbləğində məhsul tələb olunan iki ildən gec olmamaqla, yəni 26.11.2021-ci il tarixdən gec olmayaraq ölkəyə idxal edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi baş vermədiyindən «X2 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: «X2 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar