Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2414/2022 17.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, onun barəsində xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında 28.06. 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş, inzibati tənbeh tətbiq edilərək 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Bakı şəhər idarəsinin qeyd edilən qərarı publik hüquqi şəxsə xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə daxil olmuşdur. Qanunun verdiyi şikayət vermə hüququndan istifadə edərək aşağıda göstərilən səbəblərə görə hesab edir. Belə ki, İdarənin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarı qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır və buna görə də ləğv edilməli, həmin qərarın ləğv edilməsinə dair qərar qəbul edilməlidir. X8 Xidmətinin Bakı şəhər İdarəsinin qərar qəbul edərkən X1 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə əsaslanmışdır. İdarə öz qərarının hüquqi əsası kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 192.4cü maddələrinə istinad etmişdir. O, buna münasibətdə bildirmişdir ki, İdarənin yol verdiyi maddi və prosessual pozuntuların məntiqi nəticəsi olaraq faktları düzgün araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, nəticə etibarı ilə qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, İdarə barəsində inzibati xəta haqqında iş üzrə aparılan vəzifəli şəxsin səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və iştirakı olmadan işə birtərəfli qaydada baxaraq sözügedən qərarını qəbul etmişdir. “İdarə” inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsini qərarında göstərsə də bu barədə işə materiallarında hər hansı bir təsdiqedici sənəd (xəbərnamə və s.) mövcud deyildir. “İdarə” tərəfindən xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərkən vəzifəli şəxs məlumatlandırılmamışdır, nümayəndəsinin iştirakı təmin edilməmişdir. Protokolda bu barədə hər hansı bir qeyd aparılmamışdır, bu da qanunvericiliyini tələblərinə kobud şəkildə pozulması deməkdir. “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin 76 saylı xx.xx.2022ci il tarixli əmri ilə baş tibb bacısı (keçmiş) S.A.Abdullayeva cərrahiyyəsi və yaralar şöbəsinin tibb bacısı vəzifəsinə keçirilmişdir. Bununla yanaşı publik hüquqi şəxsin 02 saylı xx.xx.2022-ci il tarixli əmri ilə institutun baş tibb bacısı (keçmiş) S.A.Abdullayevaya inzibati tənbeh (töhmət) verilmişdir. S.A.Abdullayeva tərəfindən qeyd edilən əmrlərin ləğv edilməsinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. Hazırda mülki iş həmin məhkəmənin icraatındadır. Məhkəmənin mülki iş üzrə qəbul edəcəyi qərardan asılı olaraq “İdarə” tərəfindən qərar qəbul edilməli olduğu halda bu edilməmiş, əksinə məhkəmənin qərarı olmadan birtərəfli qaydada məhkəmədə mübahisələndirilən məsələyə hüquqi qiymət verilərək onun barəsində xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol, sonra isə xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir ki, bu da qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması deməkdir. Bununla yanaşı mülkiyyətçinin və işçilərin mənafeyinin qorunması, bilavasitə iş yerində və iş vaxtı ərzində baş verə biləcək cinayət tərkibi olan ictimai təhlükəli əməllərin (korrupsiya hallarının) qarşısının alınması və əmək intizamının təmin edilməsi məqsədi publik hüquqi şəxsin 142 saylı 14 aprel 2022-ci il tarixli əmri ilə Əl cərrahiyyəsi və yaralar şöbəsinin tibb bacısı S.A.Abdullayevə xx.xx.2022-ci il tarixdən etibarən (xx.xx.2022-ci il tarixə kimi fəaliyyətinin araşdırılması üçün) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən işdən kənar edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 3-cü hissəsinə əsasən işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Göründüyü kimi, inzibati xəta hadisəsi və ya tərkibi yaranmamış və buna görə də onun barəsində inzibati cərimə tətbiq oluna bilməz. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi H.Ə.Həsənli bildirmişdir ki, S.A.Abdullayeva xx.xx.2022-ci il tarixdə X5 müraciət edərək qanunsuz olaraq vəzifəsinin dəyişdirilməsini və işdən kənarlaşdırılmasını bildirmiş, həmin müraciət əsasında idarənin əməkdaşlarından araşdırma aparılmış və həmin araşdırma nəticəsində inzibati xəta haqqında protokol və qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçiyə lazımi qaydada məlumat verilsə də, şikayətçi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı və yenidən araşdırılması üçün qərarı qəbul edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, S.A.Abdullayevanın aylıq əmək haqqının hesablanıb ödənilməmişdir. Buna görə də “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” Publik hüquqi şəxsinin direktoru Ə.İ.Qasımovun barəsində Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, S.A.Abdullayevanın əmək məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərinin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntusuna yol verilməsinə görə Ə.İ.Qasımov Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 76 nömrəli əmrin surətindən görünür ki, “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-nin baş tibb bacısı S.A.Abdullayeva xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə müvafiq dəyişik edilməklə 1,0 tarif 6-cı dərəcə ilə əl cərrahiyəsi və yaralar şöbəsinə tibb bacısı vəzifəsinə keçirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 02 nömrəli sərəncamın surətindən görünür ki, “Elmi-Tədqiqat Travmatologiyya və Ortopediya İnstitutu” PHŞ-nin baş tibb bacısı S.A.Abdullayevaya işdə göstərdiyi səhlənkarlığa görə, belə ki, yəni Baş tibb bacısının təyin olunması ilə əlaqədar olaraq təhvil-təslimi gecikdirdiyi və rəhbərliyin əmrinə tabe olmadığı üçün Töhmət verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 142 nömrəli əmrin surətindən görünür ki, əl cərrahiyəsi və yaralar şöbəsinin tibb bacısı (xx.xx.2022-ci il tarixə kimi baş tibb bacısı vəzifəsini icra edən) S.A.Abdullayeva xx.xx.2022-ci il tarixdən işinin araşdırılması ilə bağlı yekun qərar verilənədək işdən kənar edilməsi və işə gəlmədiyi günlər üçün əmək haqqı ödənilməməsi və əl cərrahiyyəsi və yaralar şöbəsinin tibb bacısı bacısı (xx.xx.2022-ci il tarixə kimi baş tibb bacısı vəzifəsini icra edən) S.A.Abdullayevanın işində yuxarıda qeyd edilən xüsusatların araşdırılması və hüquqi qiymətin verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 132-K nömrəli əmrin surətindən görünür ki, “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-nin Əl cərrahiyəsi və yaralar şöbəsinin tibb bacısı S.A.Abdullayeva xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi işlədiyinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 2018/2019-cu ilin əmək məzuniyyətindən 2 təqvim günü müddətinə əmək məzuniyyəti verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli S.A.Abdullayevanın ərizəsinin surətindən görünür ki, 07-xx.xx.2022-ci il tarixləri üçün məzuniyyət hesabından ona icazə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli S.A.Abdullayevanın ərizəsinin surətindən görünür ki, S.A.Abdullayeva qanunsuz olaraq vəzifəsinin dəyişdirilməsi və işdən kənarlaşdırılması ilə bağlı X5 müraciət etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-də əl cərrahiyəsi və yaralar şöbəsinin tibb bacısı vəzifəsində işləyən S.A.Abdullayeva xx.xx.2022-ci il tarixdə X5 müraciət edərək onun qanunsuz olaraq vəzifəsinin dəyişdirilməsini və işdən kənarlaşdırılmasını bildirmiş, həmin hal idarə tərəfindən araşdırılmış və S.A.Abdullayevanın işdən kənarlaşdırılan zaman əmək məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərinin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində nöqsanlara yol verildiyi aşkar edilmiş və buna görə də “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” Publik hüquqi şəxsinin direktoru Ə.İ.Qasımov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında həmin maddə ilə xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, şikayətçi S.A.Abdullayevanın X5 müraciətinin əsası qanunsuz olaraq vəzifəsinin dəyişdirilməsi və işdən kənarlaşdırılması olsa da Əmək Müfəttişliyi bununla bağlı heç bir araşdırma aparmadan yalnız S.A.Abdullayevanın işdən kənarlaşdırılarkən ona əmək məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərinin hesablanmasında və ödənilməsində riyazi hesablamalarda yol verilən nöqsanları əsas tutaraq protokol və qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62.1-ci maddəsinin c bəndinə əsasən işəgötürən iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Həmin Məcəllənin 62.3-cü maddəsinə əsasən işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Hazır ki, halda isə inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə deyil (İXM-nin 192.6-cı maddəsi), işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə (İXM-nin 192.4 maddəsi), yəni, İnizbati Xətalar Məcəlləsinin maddi norması düzgün tətbiq edilməməklə qəbul edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsində aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul ediləkən yuxarıda qeyd edilən kobud prosessual qanun pozuntularına yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması və Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2414/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2414/2022
17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver