Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2419/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Elnur Babayevin, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1995-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən xx.xx.2020ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 14:50-də Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 21 saylı ünvanın qarşısında vətəndaş Zərərçəkmiş şəxs məxsus “Niva” markalı avtomobilin sağ yan güzgüsünü oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, törətdiyi əməldən peşmandır, hazırda özünü təqsirli bilir. Ailə vəziyyətini nəzərə alaraq, inzibati məsuliyyətə cəlb edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs iki dəfə onun maşınından oğurluq etmişdir. Ümumilikdə ona 280 manat ziyan dəymişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi RPİnin 19-cu PB-nin polis sahə rəisi polis baş leytenantı Elnur Babayev izahat verərək göstərdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 14:50-də Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 21 saylı ünvanın qarşısında vətəndaş Zərərçəkmiş şəxs məxsus “Niva” markalı avtomobilin sağ yan güzgüsünü oğurlamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması, onun özünün izahatı, tədqiq olunmuş işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirildiyindən, o, həmin maddə ilə təqsirli bilinərək qanunvericiliklə müəyyən olunmuş qaydada cəzalandırılmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tənbeh təyin edilməsi məsələsini müzakirə edərək hesab edir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 535.1, 40, 43, 48-51, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və ona 200 (iki yüz) saat müddətində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşid Səmədov
Məhkəmə qərarları › İş №3(006)-2419/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2419/2020
01.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver