Məhkəmə qərarları › İş №3(006)-2425/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2425/2020

15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2425/2020 15.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X2 qızının katibliyi, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin nümayəndəsi X1 iştirakı ilə, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-ninAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-ninAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli,MN 0872097saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 15:30 radələrində Nəsii rayonu, Fikrət Əmirov 24 ünvanında yerləşən “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-yə məxsus obyektdə yerləşən ikinci mərtəbədə qapalı məkanda iaşə obyektlərinin fəaliyyət göstərməsi faktı aşkarlanmış və epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozmuşdur. Bununla da, xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-ninnümayəndəsi Ə.T.Nəbiyev izahatında bildirmişdir ki, QSC barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Nazirlər Kabinetinin xx xxxxxxxx 2020-ci il tarixli qərar əsas götürülərək inzibati xəta haqqında protokol tərtib edilmiş, lakin həmin qərarın 1.1.10-cu bəndi, yəni iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzilərinin fəaliyyəti dayandırılması nəzərə alınmamış, həmin prokotol subyekt düzgün müəyyən edilmədən tərtib edilmişdir. Belə ki, həmin qərarda iri ticarət mərkəzlərinin daxilində yerləşən qapalı ticarət obyektlərinin fəaliyyətinin dayandırılması müddəası nəzərdə tutulmamışdır. Həmçinin, QSC-nin fəaliyyət göstərdiyi obyekt iri ticarət mərkəzinin 2-ci mərtəbəsində daxilində icarə əsasında istifadə edilən obyektdir. Həmin halları təsdiq edən sənədləri məhkəməyə təqdim edir. Göstərilənləri nəzərə alaraq QSC barəsində başlanılmış inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır.Məhkəməişə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsindən çıxarışdan görünür ki, xx xxxxxx 2017-ci il tarixli mətndən görünür ki, Bakı Dəmir Yolu Vağzalının əsaslı yenidənqurmadan sonra fevralın 10-da istifqdəyə verilmiş, vağzalın daxilində müasir standartlara cavab verən ticarət və iaşə obyektləri yaradılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti xx xxxxxxxx 2020-ci il tarixli, 336 nömrəli qərarından görünür ki, iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzilərinin fəaliyyəti dayandırılmışdır. İş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin adından “xxxxxxxxx” MMC və “xxx” MMC arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, həmin müqavilədə ticarət mərkəzlərindən istifadə qaydaları nəzərdə tutularaq ünvan 1 ünvanındayerləşən Bakı Dəmir Yolu Vağzalı binasının bundan sonra “Vağzalın” bu müqaviləyə əlavəyə əsasən 2-ci (ikinci) mərtəbədə yerləşən 208 saylı icarə sahəsi kimi qeydə alınmış sahəsi 104 kv.m. olan qeyri-yaşayış sahəsidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin barəsindəAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilətərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən sübut etmə vəzifəsi protokolu tərtib edən orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinəəsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinəəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin əməlində inzibati xəta hadisəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin şirkətin əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan subyekt yoxdur. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan və mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qaytarılsın. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar