Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2427/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, «xxxxxxxxxxxxxxxxxxxxxxxx» QSC (hüquqi ünvanı: ünvan 1 VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: «xxxxxxxxxxxxxxxxxxxxxxxx» QSC-nin fəaliyyət göstərdiyi ünvan 2 ünvanında fəaliyyət göstərdiyi ünvan 3 ünvanında yerləşən obyektdə epidemiya əleyhinə rejimin, sanitariya - gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsi vəziyyəti ilə əlaqədar nəzarət tədbiri həyata keçirilmiş və nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərinin pozulması faktı müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərinin pozulması ilə bağlı “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC barəsində xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Qeyd edilən protokol əsassızdır, maddi və prosessual normaların tələblərinə zidd olaraq inzibati xəta tərkibi olmadan tərtib olunmuş, bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Belə ki, protokolda xəta kimi “qapalı məkanda qeyri-ərzaq mallarının pərakəndə satışına icazə vermə” qeyd olunmuşdur. İlk növbədə qeyd edilir ki, protokol tərtib olunan tarixdə ölkədə tətbiq olunan karantin rejimi “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2020-ci il tarixli 336 nömrəli Qərarı ilə tənzimlənmişdir. Həmin qərara nəzər yetirdikdə qapalı məkanda qeyri-ərzaq mnallarının pərakəndə satışı ilə bağlı hər hansı müddəanın nəzərdə tutulmadığı aydın olmuşdur. “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti icazə verən orqan deyil və hər hansı məkanın fəaliyyət göstrməsinə icazə vermək səlahiyyəti yoxdur. Dövlət Vergi Xidməti tərəfindən karantin rejiminin pozulduğu iddia edilən obyekt, Fikrət Əmirov küçəsi 24 ünvanında yerləşən Bakı Dəmiryol Vağzalıdır. Bakı Dəmir Yolu Vağzalı əsaslı yenidənqurmadan sonra 2017-ci ilin fevralın 10-da istifadəyə verilmişdir. Vağzal binasında dünyanın bütün müasir satndartlara cavab verən vağzallarında olduğu kimi ticarət və iaşə obyektləri üçün ərazilər nəzərdə tutulub. Həmin ərazilər “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC tərəfindən sahibkarlara icarəyə verilməkdədir və qarşılıqlı münasibətlər yalnız icarə müqaviləsi ilə tənzimlənir. Belə olan halda icarəyə verilmiş obyektin fəaliyyəti “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC tərəfindən hər hansı formada koordinasiya edilmir. Qeyd edilir ki, Bakı Dəmir Yolu Vağzalı fasiləsiz fəaliyyət göstərən obyektdir ki, sərnişinlərin daşınması bu Vağzal vasitəsi ilə təmin edilir. Qeyd olunanlara əsasən, nümayəndəsi olduğu “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxx» QSCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə «xxxxxxxxxxxxxxxxxxxxxxxx» QSC barəsində yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qeyd olunan Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: «xxxxxxxxxxxxxxxxxxxxxxxx» QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2427/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2427/2020
28.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver