Məhkəmə qərarları › İş №3(006)-243/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-243/2022

12.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-243/2022 12.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1957-ci ildə Gürcüstan, Tbilisi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1 tərtib etdiyi 12.01.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Nəsimi Rayon İcra şöbəsinin icraatında olan bir neçə icra sənədi üzrə icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X2 bildirmişdir ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-8665/2015 saylı, 27.11.2015-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-nin xeyrinə 299 manat, Nəsimi rayon Məhkəməsinin 2(006)- 5293/2018 saylı, 06.08.2018-ci il tarixli icra sənədinə əsasən "xxxx" ASC-nin xeyrinə 912 manat, Nəsimi rayon Məhkəməsinin 2(006)-5927/2016 saylı, 17.06.2016-ci il tarixli icra sənədinə əsasən "xxxx" QSC-nin xeyrinə 1822 manat, Nəsimi rayon Məhkəməsinin 2(006)-3480/2016 saylı, 05.04.2016-cı il tarixli icra sənədinə əsasən "xxxx" ASC-nin xeyrinə 4477 manat, Nəsimi rayon Məhkəməsinin 2(006)-8048/2017 saylı, 30.08.2017-ci il tarixli icra sənədinə əsasən "xxxx" ASC-nin xeyrinə 364 manat, Nəsimi rayon Məhkəməsinin 2(006)-1591/2016 saylı, 03.02.2016-cı il tarixli icra sənədinə əsasən "xxxx" MMC-nin xeyrinə 623 manat, Nəsimi rayon Məhkəməsinin 2(006)-4308/2016 saylı, 26.04.2016-cı il tarixli icra sənədinə əsasən "xxxx" ASC-nin xeyrinə 343 manat, Nəsimi rayon Məhkəməsinin 2(006)-6665/2017 saylı, 10.07.2017-ci il tarixli icra sənədinə "xxxx" ASC-nin xeyrinə 1888 manat, Nəsimi rayon Məhkəməsinin 2(006)-7031/2015 saylı, 21.07.2017-cı il tarixli icra sənədinə əsasən "xxxx" ASC-nin xeyrinə 2106 manat pul borclu Şəxs tutulmalıdır. İcra sənədi icraata daxil olduqdan sonra qanuna müvafiq qayada icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun icra sənədində qeyd edilən ünvanına göndərilmişdir. Lakin tələb borclu tərəfindən könüllü icra edilməmişdir. Belə ki, borclu əvvəllər icra sənədləri üzrə ödənişlər etmiş, lakin sonradan ürək əməliyyatı keçirmiş və əlinə pul düşdükcə ödənişlər etmişdir. Borclu barəsində həmçinin axtarış barədə qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, 20 il Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində işləmiş, ürəyində problem olduğuna görə 2014-cü ildə işdən çıxmalı olmuşdur. Oğlu fəhlədir, yoldaşı işləmir və yaşlı anası onunla birlikdə yaşayır. Axtarışda olduğunu bilməmiş, hər zaman vaxtı-vaxtında icra şöbəsinə getmiş və icra şöbəsini zənglərinə cavab vermişdir. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-1591/2016 saylı, 03.02.2016-cı il il tarixli məhkəmə əmrindən görünür ki, Şəxs 464 manat əsas borc məbləği, 139 manat hesablanmış cərimə, ümumilikdə 603 manat və ğdənilmiş 20 manat dövlət rüsumu tutulub "xxxx" MMC-yə ödənilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 18.02.2016-cı il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, 17/70-1735/20 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-1591/2016 saylı, 03.02.2016-cı il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-8048/2017 saylı, 30.08.2017-ci il tarixli məhkəmə əmrindən görünür ki, Şəxs 255,61 manat əsas, 107,41 manat faiz və 20 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 383,02 manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 28.09.2017-cı il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, 17/70-279012/9 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-8048/2017 saylı, 30.08.2017-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-8665/2015 saylı, 27.11.2015-cı il tarixli məhkəmə əmrindən görünür ki, Şəxs 298,95 manat borc, dövlət rüsumuna görə ödənilmiş 20 manat, ümumilikdə 318,95 manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 07.01.2016-cı il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, 17/70-80/5 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-8665/2015 saylı, 27.11.2015-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-7031/2017 saylı, 21.07.2017-cı il tarixli məhkəmə əmrindən görünür ki, Şəxs 1075,33 manat əsas borc, 1029,83 faiz borcu, cəmi 2105,16 manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 14.08.2017-cı il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, 17/70-242178/22 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-7031/2017 saylı, 21.07.2017-cı il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-6665/2017 saylı, 10.07.2017-cı il tarixli məhkəmə əmrindən görünür ki, Şəxs 994,9 manat əsas borc, 892,78 manat faiz borcu, cəmi 1887,68 manat və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 28.07.2017-cı il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, 17/70-223522/22 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-6665/2017 saylı, 10.07.2017-cı il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-4308/2016 saylı, 26.04.2016-cı il tarixli məhkəmə əmrindən görünür ki, Şəxs 299,77 manat əsas borc, 14,59 manat faiz borcu, cəmi 314,36 manat, həmçinin 20 manat ödənilmiş dövlət rüsumu və 08 manat notarius xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 18.05.2016-cı il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, 17/70-4768/20 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-4308/2016 saylı, 26.04.2016-cı il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-3480/2016 saylı, 05.04.2016-cı il tarixli məhkəmə əmrindən görünür ki, Şəxs 3840,24 manat əsas borc, 600,86 manat faiz borcu, ödənilmiş 20 manat dövlət rüsumu, 01 manat və 14 manat məbləğində notarius xidmət haqqı daxil olmaqla, cəmi 4476,10 manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 27.04.2016-cı il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, 17/70-4042/20 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-3480/2016 saylı, 05.04.2016-cı il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-5927/2016 saylı, 17.06.2016-cı il tarixli məhkəmə əmrindən görünür ki, Şəxs 1251,57 manat əsas borc, 445,07 manat faiz borcu və 125,16 manat cərimə, cəmi 1821,80 manat və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" QSC-yə ödənilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 01.07.2016-cı il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, 17/70-6200/5 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-5927/2016 saylı, 17.06.2016-cı il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-5293/2018 saylı, 06.08.2018-ci il tarixli məhkəmə əmrindən görünür ki, Şəxs 803,26 manat əsas borc, 108,19 manat faiz borcu, cəmi 911,45 manat və ödənilmiş 20 manat dövlət rüsumu məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 20.09.2018-cı il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, e190058/2018-5-6 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-5293/2018 saylı, 06.08.2018-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Nəsimi Rayon Məhkəməsinin 2(006)-8665/2015 saylı, 27.11.2015-ci il tarixli icra sənədinin, 2(006)-5293/2018 saylı, 06.08.2018-ci il tarixli icra sənədinin, 2(006)- 5927/2016 saylı, 17.06.2016-ci il tarixli icra sənədinin, 2(006)-3480/2016 saylı, 05.04.2016-cı il tarixli icra sənədinin, 2(006)-8048/2017 saylı, 30.08.2017-ci il tarixli icra sənədinin, 2(006)-1591/2016 saylı, 03.02.2016-cı il tarixli icra sənədinin, 2(006)- 4308/2016 saylı, 26.04.2016-cı il tarixli icra sənədinin, 2(006)-6665/2017 saylı, 10.07.2017-ci il tarixli icra sənədinin, 2(006)-7031/2017 saylı, 21.07.2017-cı il tarixli icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs məhkəmə qərarlarında göstərildiyi qaydada üzərinə düşən öhdəlikləri icra etməmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktlarına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qərarlarına etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar