Məhkəmə qərarları › İş №3(006)-2432/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2432/2021

04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2432/2021 04.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, inzibati xəta haqqında iş üzrə protokol tərtib edən “Bakı Nəqliyyat Agentliyinin” nümayəndəsi X1 iştirakı ilə, Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Bakı şəhəri, A.Bakıxanov prospekti ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində səkidə aparılan tikinti-qazıntı işlərinin podratçısı olan Şəxs ASC həmin sahəni predmetlərlə bağlayaraq piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadəsinə məhdudiyyətlərin yaranmasına səbəb olmuş, bununla da, Şəxs ASC Azərbaycan Respublikasının İXM-nin 354.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında iş üzrə protokol tərtib edən “Bakı Nəqliyyat Agentliyinin” nümayəndəsi E.R.Səfərov inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, A Bakıxanov prospekti ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində yerləşən saki sahələrində "xxxx" ASC tərəfindən aparılan tikintiqazıntı işləri nəticəsində səkilərə tikinti və digər materialların yığıldığı aşkar edilmişdir. Buna görə də Şəxs ASC barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ASC-nin ünvanına qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, elektron məhkəmə sisteminin çıxarışından görünür ki, Şəxs ASC-nin hüquqi ünvanı ünvan 1dilmiş 08 sentyabr 2021-ci il tarixli, 3(006)-2432/2021 saylı bildirişdən görünür ki, Şəxs ASC-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Rövşən Cəfərov küçəsi, ev 17 ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (09 sentyabr 2021ci il tarixli reyestrin 26 sıra nömrəsi ilə). İş materiallarına əlavə edilmiş 21 sentyabr 2021-ci il tarixli, 3(006)-2432/2021 saylı bildirişdən görünür ki, Şəxs ASC-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Rövşən Cəfərov küçəsi, ev 17 ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (22 sentyabr 2021-ci il tarixli reyestrin 03 sıra nömrəsi ilə). Bununla da, Məhkəmə hesab edir ki, Şəxs ASC-nin nümayəndəsinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmişdir. Belə ki, vergi ödəyicilərinin elektron informasiya məlumatlarında şirkətin yeganə ünvanı kimi qeyd edilən ünvana bildirişlər göndərilmiş, həmçinin şirkətin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə məhkəmə tərəfindən növbəti iclas 04 oktyabr 2021-ci il tarixə təxirə salınmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 06 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, A.Bakıxanov prospekti ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində səkidə aparılan tikinti-qazıntı işlərinin podratçısı olan Şəxs ASC həmin sahəni predmetlərlə bağlayaraq piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadəsinə məhdudiyyətlərin yaranmasına səbəb olmuşdur. İş materiallarında olan foto-şəkillərdən də görünür ki, səki sahəsində aparılan tikintiqazıntı işləri nəticəsində əməkdaşlar həmin sahəni predmetlərlə bağlamışlar. Beləliklə də, inzibati iş materiallarını məhkəmə araşdırarkən müəyyən etmişdir ki, Şəxs ASC tərəfindən Bakı şəhəri, A.Bakıxanov prospekti ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində səkidə aparılan tikinti-qazıntı işləri aparılarkən həmin sahə predmetlərlə bağlanılaraq piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadəsinə məhdudiyyətlərin yaranmasına səbəb olmuş, bu hal Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfinfən aşkar edilmiş və daha sonra Şəxs ASC barəsində Azərbaycan Respublikasının İXM-nin 354.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib edilmişdir. Beləliklə, yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikasının İXM-nin 354.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 354.0.1-ci maddəsinə əsasən yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılmasına (səkilərdə materialların və ya predmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gedişgəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla), yol hərəkətinin təhlükəsizliyinə mane olan şərait yaradılmasına və yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə əlaqədar olmayan yüklərin yüklənməsinə və ya boşaldılmasına görə - fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs ASC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 354.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar