Məhkəmə qərarları › İş №3(006)-2434/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2434/2023

01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2434/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsn (bundan sonra Şəxs MMC) qanuni təmsilçisi X1, Şəxs MMC-nin (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev məh. 3001, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC 10000,00 avro məbləğində olan vəsaiti bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddətin keçməsinə baxmayaraq 10.000,00 avro vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında Şəxs MMC-nin qanuni təmsilçisi X2 məhkəməyə ünvanlamış etiraz ərizəsinə uyğun izahat verərək göstərdi ki, 03 fevral 2021-ci il tarixində “X5” MMC (bundan sonra Sifarişçi), Şəxs MMC (bundan sonra Podratçı) və Türkiyə Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınmış və nizamnaməsi əsasında fəaliyyət göstərən “Paneksport Dış Ticaret AŞ” (bundan sonra Təchizatçı) şirkətləri arasında üçtərəfli podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən podratçı sifarişçiyə məxsus Neftçala rayonu, Yenikənd kəndində yerləşən balıqyetişdirmə kompleksində bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən mal-materialların satışı və quraşdırılması işlərinin görülməsini, sifarişçi isə podratçıya müqavilə ilə müəyyən olunmuş haqqı ödəmə sənədləri qarşılığında köçürmə yolu ilə ödənilməsini öhdəsinə götürmüşdür. Həmçinin, tərəflər razılaşmışlar ki, işlərin görülməsi zamanı istifadə ediləcək mal-material və avadanlıqların alınması üçün bu sahədə ixtisaslaşmış şirkətlərin tapılması, alınacaq mal-material və avadanlıqların çeşidinin, miqdarının, qiymətlərinin müəyyən edilməsi, sifarişçi ilə razılaşdırılması və mal-material və avadanlıqların sifariş edilərək ödənişlərin aparılmasını, alınmasını podratçı həyata keçirir. Müqavilə əsasında işlərin görülməsi zamanı istifadə ediləcək mal-material və avadanlıqların çeşidi, miqdarı və qiymətləri sifarişçi ilə razılaşdırıldıqdan, dəyəri podratçı tərəfindən ödənildikdən sonra sifarişçi malmaterial və avadanlıqları təchizatçının yerləşdiyi ölkədən Təchizatçıdan təhvil götürərək Azərbaycan Respublikasına çatdırılmasını təmin edir. Mal-material və avadanlıqların daşınma və gömrük xərcləri sifarişçi tərəfindən ödənilir. Belə ki, Şəxs “X5” MMC üçün öncədən ödəniş etməklə 10.000,00 avro dəyərində malların alınmasına dair “Paneksport dış ticaret AŞ” şirkəti ilə 08 fevral 2021-ci il tarixli “Mallar (işlər və xidmətlər) üzrə alqı-satqı müqaviləsi” imzalayaraq həmin şirkətdən malı almış, bundan sonra təchizatçı olan “Paneksport dış ticaret AŞ” şirkəti sifariş edilmiş malları Türkiyə ərazisində “X5” MMC-yə vermiş, sonuncu da bu malları ölkəyə idxal etmişdir. “X5” MMC həmin malları idxal etmiş və **********9029 sorğu nömrəli gömrük bəyannaməsində maliyyə bəynnaməsinə məsul şəxs kimi Şəxs MMC-nin adı qeyd edilmişdir. Faktiki olaraq mallar qanunvericilikdə nəzərdə tutulan müddətdə Azərbaycan Respublikasına idxal edilmişdir. O cümlədən, 09 mart 2021-ci il tarixli invoysda da malların “X5” MMC-nin xeyrinə alındığı qeyd edilmiş və bu sənəd də banka təqdim edilmişdir. Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının 12 may 2023-cü il tarixli inzibati xəta haqqında protokolunda əsassız olaraq göstərilmişdir ki, Şəxs MMC 10.000,00 avro məbləğində olan vəsaiti bank hesabından 26 aprel 2021-ci il tarixində xaricə köçürmüş və 2 il müddət keçsə də həmin vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Göstərilənlər nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildiriş göndərilsə də, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş xx.xx.2023-cü il tarixli məlumatda Şəxs MMC-nin ödənişin aparıldığı gündən 02 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. - Ödəniş sənədinə əsasən Şəxs MMC tərəfindən Türkiyə Respublikasında yerləşən “Paneksport Dış Ticaret AŞ” şirkətinin hesabına xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 10.000,00 avro məbləğində pul göndərilmişdir; - xx.xx.2021-ci il tarixli, xx/xx/2021 saylı Podrat müqaviləsindən görünür ki, Şəxs MMC, “X5” MMC və “Paneksport dış ticaret AŞ” şirkəti arasında müqavilə bağlanmışdır. - “X5” MMC və Şəxs MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AFF011/1/21 saylı Podrat müqaviləsinə 1 №-li əlavə razılaşmadan görünür ki, Şəxs MMC tərəfindən “X5” MMC-yə təchiz olunacaq malların siyahısı öz əksini tapmışdır. - Şəxs MMC (Sifarişçi) ilə “PANEKSPORT DİŞ TİCARET AŞ” (İcraçı) arasında bağlanmış 08/02/21 saylı xx.xx.2021-ci il tarixli “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsindən görünür ki, Sifarişçi malların alınmasına görə İcraçının hesabına 59.343,00 avro məbləğində pul ödəyəcək. - **********9029 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “PANEKSPORT DİŞ TİC. A.Ş” şirkəti tərəfindən Şəxs MMC-nin tapşırığı ilə “X5” MMC-yə xx.xx.2021-ci il tarixli, 03/02/21 saylı müqavilə üzrə göndərilmiş 59.343,00 avro dəyərində mallar 2 il müddətində ölkəyə idxal olunmuşdur. Bəyannamənin 9-cu qrafasında maliyyə tənzimlənməsinə məsul şəxs kimi Şəxs MMC-nin adı qeyd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Şəxs MMC xx.xx.2021-ci il tarixdə Türkiyə Respublikasında “Paneksport Dış Ticaret AŞ” şirkətinin hesabına xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 10.000,00 avro məbləğində xarici valyutada vəsait hesabına alınan mallar ölkəyə vaxtında idxal olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar