Məhkəmə qərarları › İş №3(006)-2436/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2436/2022

02.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2436/2022 02.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Tağıyev Azər Heydər oğlunun sədrliyi, məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Şəxs 26 may 2022-ci il tarixdə saat 04:00 radələrində idarə etdiyi «Fiat Doblo» markalı, ** AP *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi ilə hərəkətdə olan vaxtı «Yol hərəkəti haqqmda» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stopxətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalı olduğu halda bunu etməyərək, işıqforun qırmızı işığında yoluna davam edərək, yolun sağ tərəfində yerləşən S.Rəhimov küçəsi ilə svetoforun yaşıl işığında sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi «Mercedes Benz E 240» markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşduqdan, sonra «Mercedes Benz E 240» minik avtomobili S.Vurğun küçəsində əks istiqamətdə svetoforun qırmızı işığında hərəkətinə davam etmək üçün dayanmış sürücü X1 «Kia Sportage» markalı, ** YP *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş, nəticədə «Fiat Doblo» markalı minik avtomobilində olan sərnişin X4 alın, üst dodağın və sağ qaş nahiyəsinin əzilib-cırılmış yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, «Mercedes Benz E 240» markalı minik avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs1 qapalı kəllə-beyin travması, sol alm nahiyəsinin kəsilmişcırılmış yarası, döş qəfəsinin küt travması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, «Mercedes Benz E 240» markalı minik avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs2 sidik kisəsi arxası hematoma ilə müşayiət olunan qarın nahiyəsinin küt travması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, hadisə vaxtı Nəsimi RPİ-nin PPXB-nin polis nələri, polis kiçik serjantı vəzifəsində işləmişdir və DİN-nin Təsərrüfat İdarəsinə məxsus «Fiat Doblo» markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtopatrul maşınını idarə etmişdir. xx.xx.2022-ci il tarixdə Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati ərazisində xidmət apararkən saat 03:53 radələrində, Bakı şəhəri, Nəsimi rayonu S.Vurğun küçəsi ilə S.Rəhimov küçəsinin kəsişməsində, S.Vurğun küçəsi 64 saylı ünvanın qarşısında yol vərəqəsi ilə idarə etdiyi, «Fiat Doblo» markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtopatrul ilə S.Vurğun küçəsində hərəkət edərək işıqforun qırmızı işığında yol kəsişməsinə daxil olmuş və S.Rəhimov küçəsi ilə hərəkətdə olan «Mercedes Benz 240» markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində «Mercedes Benz 240» markalı **-XR- *** dövlət qeydiyyat nişanlı avtomaşın idarəetməni itirərək S.Vurğun küçəsində işıqforda dayanmış vəziyyətdə olan Nəsimi RPİ-nin DYPŞ-nin YPX-yə məxsus X2 yol vərəqəsi ilə idarə etdiyi DİN-nin Təsərrüfat İdarəsinə məxsus «Kia-Sportage» markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulla toqquşmuşdur. Sonra hüşunu itirmiş, özünə gələndə artıq xəstəxanada olduğunu görmüşdür. Hadisə vaxtı avtomobildə PPXB-nin polis nəfəri, polis kiçik serjantı X5 olmuşdur. Hər ikisi hadisə nəticəsində aldıqları xəsarətlə əlaqədar xəstəxanaya müraciət etmişlər. Sonradan zərərçəkmiş şəxslərlə barışıq əldə edilmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati iş üzrə icraata dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati qaydada icraat aparılan Şəxs yol nəqliyyat hadisəsi ilə əlaqədar tanıyır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə saat 04:00 radələrində etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz E 240» markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi ilə S.Vurğun küçəsi istiqamətində təxminən 35- 40 km/saat sürətlə hərəkət etmiş, uzaqdan işıqforun qırmızı işığının yanmasını görmüş, idarə etdiyi avtomobil ilə yolayrıcına daxil olmamışdan təxminən 100 metr əvvəl işıqforun yaşıl işığı yandığı üçün hərəkətdə olduğu sürətlə hərəkətinə davam etmiş və həmin an sol tərəfdən gələn nəqliyyat vasitəsi ilə toqquşmuş, toqquşmadan sonra xəsarət alaraq huşunu itirmiş, özünə gələndə xəstəxanada olmasını görmüşdür. Sonradan hadisəni törətmiş Şəxsla barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati qaydada icraat aparılan Şəxs yol nəqliyyat hadisəsi ilə əlaqədar tanıyır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə saat 03:45 radələrində tanışı Zərərçəkmiş şəxs1 idarə etdiyi «Mercedes Benz E 240» markalı, ** XR *** dövlət qeydiyyat nişanlı avtomobildə ön sağ oturacaqda sərnişin kimi əyləşərək mağazadan qayıtmış, Məhəmməd avtomobili normal qaydada idarə etmiş və tanımadığı küçə ilə hərəkətdə olan vaxtı xatırlamadığı digər küçənin kəsişməsində anidən toqquşma baş vermiş, zərbədən sonra baş verənləri xatırlamamış və özündə olmamış, sonra onu xatırlamadığı şəxs götürüb xəstəxanaya aparmış, hadisə nəticəsindən qolundan və hər iki ayağından xəsarət almışdır. Sonradan hadisəni törətmiş Şəxsla barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 tərəfindən verilən 695 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, 1996-cı il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə X8 müraciət edərkən ona “alın, üst dodağın və sağ qaş nahiyəsinin əzilib-cırılmış yaralan” diaqnozu təyin olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 tərəfindən verilən 708 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə X8 müraciət edərkən bədənində qeyd olunan xəsarət - sidik kisəsi arxası hematoma ilə müşayiət olunan qarın nahiyəsinin küt travması bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstəri-lən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 tərəfindən verilən 710 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə X8 müraciət edərkən ona “qapalı kəllə-beyin travması, sol alın nahiyəsinin kəsilmiş-cırılmış yarası, döş qəfəsinin küt travması” diaqnozu təyin olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarında olan 02 avqust 2022-ci il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs qarşı şikayət və tələbi yoxdur və onlara dəymiş ziyan ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin təhqiqatçısı Ziyatxan Əliyev tərəfindən qəbul edilmiş 08 iyul 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən 1 saylı HK-518 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasda iştirak edən şəxsi dinləyib, inzabati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi DYPŞ YNH üzrə baş inspektoru X3 tərəfindən tərtib edilmiş 14 iyul 2022-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmədə Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsim qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar