Məhkəmə qərarları › İş №3(006)-2438/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2438/2020

27.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2438/2020 27.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X11 qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmişsənədlərdən görünür ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin baş əmək müfəttişi X5 tərəfindən X1 Şəxs MMC tərəfindən əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işləri yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da, Şəxs MMCAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi E.D.Aslanov inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-cimaddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Bundan başqa E.D.Aslanov məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”Azərbaycan Respublikasinin Qanununa əsasən həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparıldığından yoxlamalar inzibati xətanın törədildiyi yerdə deyil yalnız tərəflər idarəyə dəvət olunmaqla onların izahatı əsasında aparılır. Bundan başqa tərəflərindən araşdırılmanın aparılması ilə bağlı Şəxs MMC-yə bildirişlər və daha sonra onların iştirakı olmadan tərtib edilmiş protokolun surəti göndərilmişdir. Həmin sənədlər məhkəməyə təqdim olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı Qazax rayonu,Aşağı Salahlı kəndidir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli, 3(006)-2438/2020 saylı bildirişdən görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı Qazax rayonu,Aşağı Salahlı kəndinəNəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx xxxxxxx 2020-ci il tarixli reyestr, sıra nömrəsi 18). İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli, 3(006)-2438/2020 saylı bildirişdən görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı Qazax rayonu,Aşağı Salahlı kəndinəNəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx xxxxxxx 2020-ci il tarixli reyestr, sıra nömrəsi 15). Yuxarıdakı göstərilən səbəblərdən məhkəmətərəfindən Şəxs MMC-nin nümayəndəsinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında MMC-nin yeganə ünvanı kimi qeyd edilən ünvana bildirişlər göndərilmiş, həmçinin MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə xx xxxxxxx 2020-ci il tarixli məhkəmə iclası xx xxxxxxx 2020-ci il tarixə təxirə salınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin baş əmək müfəttişi X6 tərəfindən X1 Şəxs MMC tərəfindən əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işləri yerinə yetirilməsinə cəlb edilmiş və MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə proses iştirakşısı dinləyib, iş materiallarını araşdırıb, Şəxs MMC-nin baş direktoru Z.S.Mirzəyev tərəfindən məhkəməyə ünvanlamış məktubda qeyd etdiyi qismən etirafı və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş və Şəxs MMC-nin baş direktoru Z.Mirzəyev tərəfindən məhkəməyə ünvanlanmış məktubdan(şikayət) görünür ki, Bakı-Rusiya Federasiyası avtomobil yolunun Şabran rayon Ağalıq kəndi ərazisindən keçən istiqamətdə tikinti layihəsinin asfalt qatma qədər dolğu işlərinin görüıməsi məqsədi ilə müxtəlif texnikalar və maşın mexanizmləri, işçi qüvvələri əraziyə gətirilməklə müvafiq işlər davam etdirilirdi. Bu yol tikişində işləmək üçün 1 ədəd (Bİ0M 0010-1 E) markalı buldozeri razılaşdırılmış qiymətə icarəyə götürülmüşdür. Belə ki, Turanyol-MMC-nin direktoru X10 ilə X2 öz aralarında razılaşmış, daha sonra X4 vasitəçilyi ilə bizim ofısə gətirilmiş vəA.Z.Zülfüqarov ilə “xxxxxxxxxx MMC arasında 001 saylı, xx.xx.2020-ci il tarixində Xidməti müqavilə bağlanmış, lakin sonra işlər onların iradəsindən asılı olmayan səbəblərdən böyük məbləğdə ziyana getdiyindən işlərini dayandırmaq məcburiyyərtində qalmışlar. A.Z.Zülfüqarov ilə Şəxs MMC arasında qarşılıqlı razılaşmaya əsasən 001 saylı Xidməti müqaviləyə, xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Bundan başqa, dünyada yayılmış Covid 19 virusunun Azərbaycanda geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin məlum Qərarları ilə iş yerlərinin fəaliyyətinin kütləvi dayandırılması və küçəyə çıxmaq üçün SMS icazənin tətbiqi ilə əlaqədar dövlət səviyyəsində görülmüş tədbirlər nəticəsində bütün sahibkarların fəaliyyəti dayandırılmış və o cümlədən də bizim qarşımızda öhdəlik götürən şirkətlərin fəaliyyəti dayandırılmışdır. Buna baxmayaraq, Azərbaycan Respublikası Əmək və X8 nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinə xx xxxx 2020-ci il tarixdə ünvanladığı məktubda da görülən işlərə və razılaşdırılmış məbləğə uyğun ödənişləri qısa vaxt ərzində ödəniləcəyi qeyd edilmişdir. Lakin, buna baxmayaraq Azərbaycan Respublikası Əmək və X8 nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin baş əmək müfəttişi X7 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə barəsində inzibati protokol tərtib olunmuşdur. Halbuki, əsasız yerə və əməlimdə inzibati xəta olmaya-olmaya bu protokol tərtib edilib. Çünki A.Z.Zülfüqarov ilə Şəxs MMC arasında icarə müqavləsi bağlanmışdır. İcarə müqaviləsi isə mülki-hüquqi müqavilədir. Belə ki, bu müqavilə ilə yəni, A.Z.Zülfüqarov ilə Şəxs MMC arasında bağlanmış icarə müqaviləsi əmək münasibətləri yaratmır. Bu səbəbdən də, onun barəsində qəbul olunmuş Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin inzibati xəta haqqında xx xxxxxxxx 2020-ci il tarixli MN № ******* nömrəli protokolunu ləğv edilməsi xahiş edilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan, Azərbaycan Respublikasının Milli Məclisinə və Baş Prokurorluğuna vətəndaş A.Z.Zülfüqarov tərəfindən ünvanlanmış şikayət ərizələrdən görünür ki, sonuncu 2020-ci ilin fevralın 7-dən martın 7-nə qədər Şəxs MMC-də müqaviləylə işləmiş, şirkətin direktoru Z.S.Mirzəyev və müavini onun əmək haqqını ödəmir, 10 uşaq atasıdır ərzaq almağa imkanı yoxdur. İş materiallarında olan şikayətçi A.Z.Zülfüqarovun Dövlət Əmək Müfəttişliyi Xidməti Bakışəhər idarəsinə verdiyi izahatından görünür ki, sonuncu 2020-ci ilin fevralın 7-dən martın 7-nə qədər Şabran rayonunun Ağalıq kəndi ərazisində dövlət maqistral yolunun tikintisində özünə məxsus ES markalı traktorla-buldozerlə “Şəxs» MMC-nin direktoru Z.S.Mirzəyev ilə razılaşaraq 1 ayı 5000 manat dəyərində işlər görməliymiş. Həmin işləri görsə də, Z.S.Mirzəyev onun əmək haqqını ödəməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materialında olan sənədlərlə müəyyən olunur ki, A.Z.Zülfüqarov Şəxs MMC-də direktoru Z.S.Mirzəyev ilə arasında xx xxxxxx 2020-ci il tarixdə xx xxxx 2020-ci il tarixədək icarə müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən əvvəlki özünə məxsus 1 ədəd (B10M0010-1E) markalı buldozeri MMC-yə icarəyə vermişdir. Lakin A.Z.Zülfüqarov 2020-ci ilin fevralın 7-dən martın 7-nə qədər orada buldozeri idarə edərək işlər görməsinə baxmayaraq MMC tərəfindən ona icarə haqqı ödənilməmiş və əmək müqaviləsi bağlanlmamışdir. Həmin fakt isə Z.S.Mirzəyevin məhkəməyə ünvanladığı məktubda da öz təsdiqini tapmışdır. Belə ki sonuncu Azərbaycan Respublikası Əmək və X8 nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinə xx xxxx 2020-ci il tarixdə ünvanladığı məktubda da qeyd etmişdir ki, görülən işlərə və razılaşdırılmış məbləğəuyğun ödənişləri qısa vaxt ərzində ödəniləcəkdir. Yəni Şəxs MMC direktoru Z.S.Mirzəyev bir işəgötürən kimi qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmiş, həmin işçi ilə heç bir əmək müqaviləsi və ya xidməti müqavilə bağlamadan onu işə cəlb etmiş, bununla da əmək qanunvericiliyinin tələblərini pozmaqla yanaşı, inzibati xətaya da yol vermişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar