Məhkəmə qərarları › İş №3(006)-2442/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2442/2020

02.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2442/2020 02.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X4 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 21-ci PB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), ünvan 1 V ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə Nəsimi rayonu, S.Vurğun küçəsində olarkən yol nişanı tələbini pozduğuna görə polis əməkdaşlarının saxla əmrinə məhəl qoymayaraq onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən də, o, polis əməkdaşları tərəfindən 21-ci PB-nə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi RPİ-nin 21-ci PB-nin polis sahə rəisi Ə.E.Qurbanov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə 371 çağırışlı patrul avtomobilində polis əməkdaşları X6 və o, polis baş serjantı X2, saat 12:00 radələrində S.Vurğun küçəsində xidmətdə olarkən “Reko” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 4.1.1 yol nişanının tələbini pozduğuna görə Şəxs polis əməkdaşları tərəflərindən saxlama işarəsi verilmiş, sonuncu onların saxlama işarəsi tələbinə tabe olmayaraq “Bolmart” marketin dayanacığına daxil olaraq əks istiqamətdə hərəkət edib avtoxuliqanlıq hərəkətləri edərək əhalinin dincliyini pozmuş və piyadaların üzərinə sürərək S.Vurğun küçəsinin əks istiqamətli nəqliyyat vasitələrinin üzərinə sürmüşdür. Daha sonra polis əməkdaşları tərəfindən süni tıxac yaradılaraq Şəxs məcburi şəkildə saxlanılaraq nəqliyyat vasitəsindən düşürülərək patrul maşını ilə 21-ci Polis Bölməsinə gətirmişlər. Göstərilənləri nəzərə alaraq, Şəxsbarəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, Ə.E.Qurbanov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 12:30-dapolis əməkdaşları tərəfindən saxlanılaraq 21-ci Polis Bölməsinə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən ona saxla əmri veriməsinə baxmayaraq maşını idarə etməyə davam etmiş, maşınına həbs qoyulduğu və 300 manat cəriməsi olduğu üçün maşını saxlamamışdır. Daha sonra DYP əməkdaşları tərəfindən 21-ci Polis Bölməsinə gətirilmişdir. Bundan başqa, o, bildirmişdir ki, əməlindən səmimi peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsməhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, xx xxxxxxx 2020-ci il tarixdə, saat 12:30-da saxlanılmış, polis əməkdaşları tərəfindən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Bundan əlavə, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidmətinin baş inspektoru E.A.Əliyev izahatında bildirmişdir ki,xx xxxxxxx 2020-ci il tarixdə 371 çağırışlı patrul avtomobilində ekipaj yoldaşı V.M.Əlimərdanovla saat 12:00 radələrində S.Vurğun küçəsində xidmətdə olarkən “Reko” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə sürücü 4.1.1 yol nişanının tələbini pozduğuna görə Şəxs polis əməkdaşları tərəflərindən saxlama işarəsi verilmiş, sonuncu onların saxlama işarəsi tələbinə tabe olmayaraq “Bolmart” marketin dayanacığına daxil olaraq əks istiqamətdə hərəkət edib avtoxuliqanlıq hərəkətləri edərək əhalinin dincliyini pozmuş və piyadaların üzərinə sürərək S.Vurğun küçəsinin əks istiqamətli nəqliyyat vasitələrinin üzərinə sürmüşdür. Daha sonra polis əməkdaşları tərəfindən süni tıxac yaradılaraq Şəxs saxlayraq nəqliyyat vasitəsindən düşürülmüş və patrul maşını ilə 21-ci Polis Bölməsinə gətirmişlər. Şəxs saxlanılarkən onlar tərəfindən hüquq və vəzifələri izah olunmuşdur. Bundan əlavə, Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidmətinin baş inspektoru E.A.Əliyev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə saxla əmrini verdikdən sonra yaxınlaşaraq özlərini təqdim etmək istəmiş, lakin Şəxs idarə etdiyi avtomobilin şüşələri və qapıları bağlı halda olarkən siqarət çəkməyə davam etmiş və onların çağırışına məhəl qoymayaraq hörmətsizlik etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidmətinin inspektoru V.M.Əlimərdanov ondan əvvəl izahat vermiş E.A.Əliyevin izahatına oxşar, eyni məzmunlu izahat vermişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə Nəsimi rayonu, S.Vurğun küçəsində olarkən yol nişanı tələbini pozduğuna görə polis əməkdaşlarının saxla əmrinə məhəl qoymaraq onların qanuni tələblərinə qəsdən tabe olmamış və bununla da, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə Nəsimi rayonu, S.Vurğun küçəsində olarkən yol nişanı tələbini pozduğuna görə polis əməkdaşlarının saxla əmrinə məhəl qoymayaraq onların qanuni tələblərinə qəsdən tabe olmamış və öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Buna görə də, Şəxs polis əməkdaşları tərəfindən Nəsimi RPİ-nin 21-ci PB-nə gətirilmiş və özünün də məhkəmə iclasında təsdiq etdiyi kimi polis əməkdaşları tərəfindən saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin faktiki hüquqlarının məhdudlaşdırıldığı andan, yəni xx xxxxxxx 2020-ci il tarixdən, saat 12:30-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 10 (on) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən, saat 12:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar