Məhkəmə qərarları › İş №3(006)-2443/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2443/2020

08.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2443/2020 08.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X2 qızının katibliyi, şikayətçi X1 iştirakları ilə, Bakı şəhəri BPİ tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri BPİ tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, ona xx xxxxx 2016-cı il tarixdə qeydiyyatda olduğu və yaşamadığı ünvana etibarnamə əsasında idarə etdyi “Mercedes Benz 220” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə İXP ******* saylı inzibati protokol tərtib olunaraq göndərilmiş, həmin protokolda onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin211.1-ci maddəsi ilə epedemiya əleyhinə rejmin, sanitariya gigeniya və karantin qaydalarını pozulması qeyd edilmişdir. Belə ki, elektron hökümətin inkişaf mərkəzindən verilən çıxarışda onun ölkə ərazisi üzrə hərəkət etməsinə icazə verilir. Portaldan verilən çıxarışdan da görünür ki, onun tərəfindən protokolda göstərilən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin tələbləri pozulmamışdır. Ona isə həmin protokola bağlı məktub 16 avqust tarixində gəlməsinə baxmayaraq xx.xx.2020 tarixində rəsmi müraciətinə cavab verilmədən barəsində tərtib edilmiş inzibati protokola görə qərar elektron kabinetdə yerləşdirilmişdir.Azərbaycan Respublikası İXM-nin 144-cü maddəsini kobud şəkildə pozaraq,şikayətinə cavab verilmədən barəsində səhv tərtib olunmuş inzibati protokol ödəniş sistemində yerləşdirilmişdir.Göründüyü kimi, BDYPİ-nin əməkdaşları İXM-nin yuxarıda göstərilmiş maddələrini kobud surətdə pozmuş, protokolda qeyd edilmiş **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun sahibliyindədir və həmin avtonəqliyyat vasitəsini idarə etdiyi zaman avtomobilə və onun üzünəelektron hökümət portalında hərəkət üçün icazəsi olmuşdur. Məktubun göndərildiyi ünvanda qeydiyyatda olsa da orada yaşamır, həmin protokola bağlı DİN-nin 102 xidmətinə şikayət verməyisiə baxmayaraq, ona rəsmi cavab verilmədən ödəniş sisteminə yerləşdirilmişdir. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri BPİ tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və şikayətinə rəsmi cavab verilmədən ödəniş sisteminə yerləşdirilmiş cərimə məbləğinin xitamı barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi A.M.Nuriyev şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq onun elektron hökümət portalından icazə vaxtının xx xxxx 2020-ci il tarixdə başa çatdığını, işçisinin ona icazə almasının gecikdirdiyini və elektron hökümət portalından onun icazəsinin müddətinin bitməsi ilə bağlı məlumat verilmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayətçi Bakı şəhəri BPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki,şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx xxxx 2020-ci il tarixli, İXP ******* saylı inizbati xəta haqqında çıxarışdan görünür ki, A.M.Nuriyev barəsində Azərbaycan Respublikasının İXMnin 211.1-ci maddəsi ilə 200 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, A.M.Nuriyev həmin tarixdə, saat 13:01-də Bakı-Şamaxı yolu Binəqədi istiqamətində olarkən Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan elektron hökümətin inkişafı mərkəzinin çıxarışdan görünür ki, A.M.Nuriyevin ölkə ərazisində sərbəst hərəkətinə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il saat 00-00-dək icazə verilmişdir. İş materiallarında olan elektron hökümətin inkişafı mərkəzinin çıxarışdan görünür ki, A.M.Nuriyevin ölkə ərazisində sərbəst hərəkətinə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək icazə verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, A.M.Nuriyev xx xxxx 2020-ci il tarixdə, saat 13:01-də Bakı-Şamaxı yolu Binəqədi istiqamətində olarkən protokol tərtib edilmiş və həmin protokol əsasında həmin tarixdə, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin, iş materiallarında olan elektron hökümətin inkişafı mərkəzinin çıxarışından müəyyən olunmuşdur ki, vətəndaş A.M.Nuriyevin ölkə ərazisində icazə müddəti xx xxxx 2020-ci il tarixədək, yəni saat 00-00-dək olmasına baxmayaraq icazəsini yeniləmək üçün elektron hökümət portalına müraciət etməmiş və onun barəsində əsaslı olaraq xx xxxx 2020-ci il tarixdə saat 13-01-də inizbati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri BPİ tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* saylı qərarı qanuni və əsaslı olduğundan A.M.Nuriyevin verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri BPİ tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* saylı qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar