Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2446/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Göyçay rayonu, Çərəcə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Çərəkə Ə/D, Çərəcə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Bakı şəhəri Nəsimi RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola əsasən Şəxs 28 mart 2023-cü il tarixdə idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti istiqamətindən gəlib “Koala” parkını keçdikdən sonra Ənvər Qasımzadə küçəsinin kəsişməsində sola dönən vaxt ehtiyatsızlıq edərək piyada keçidində işıqforun yaşıl işığında piyada yolu keçən vaxt Zərərçəkmiş şəxs vuraraq sonuncuya yüngül bədən xəsarətinin yetrilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Nəsimi RPİnin TŞ-nın təhqiqatçısı İlham Məmmədov tərəfindən qəbul edilmiş 04 may 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən aydın olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Nəsimi RPİ DYPŞ vasitəsilə Nəsimi rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, 28 mart 2023-cü il tarixdə idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti istiqamətindən gəlib “Koala” parkını keçdikdən sonra Ənvər Qasımzadə küçəsinin kəsişməsində sola dönən vaxt ehtiyatsızlıq edərək piyada keçidində işıqforun yaşıl işığında piyada yolu keçən vaxt Zərərçəkmiş şəxs vuraraq sonuncuya xəsarət yetirmişdir. O, avtomobildən düşərək zərərçəkmiş şəxsə yardım göstərməyə çalışmış və ilk öncə sonuncunu 5 saylı xəstəxanaya, daha sonra isə travmatologiya xəstəxanasına aparmışdır. Aparılmış müayinələrdən sonra ona ciddi xəsarət olmadığını bildirmişlər və zərərçəkmiş şəxs evə buraxılmışdır. Lakin sonradan zərərçəkmiş şəxsin qardaşı ona zəng vuraraq 2000 manat məbləğində pul tələb etmiş, o da həmin məbləği ödəmək imkanının olmamasını bildirmişdir. Daha sonra onun barəsində polisə şikayət olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati iş üzrə icraata dair cərimə cəzasının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkən şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, 28 mart 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti istiqmətindən yolun sol hissəsi ilə piyada gedərkən “Koala” parkını keçib Ənvər Qasımzadə küçəsinin kəsişməsində piyada keçidində işıqforun yaşıl işığında piyada yolu keçən vaxt X1 idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil Ənvər Qasımzadə küçəsinə dönərkən onu vurmuş və avtomobilin qabaq təkəri ilə sağ ayağının üstündən keçmişdir. Sürücü avtomobili saxlayıb onu ilk öncə 5 saylı xəstəxanaya, daha sonra isə travmatologiya xəstəxanasına aparmış, həmin xəstəxanada aparılmış müayinələr zamanı onun ayağında qırıq aşkar olunmuşdur. Daha sonra onun ayağına gips qoyulmuş və evə buraxılmışdır. Şəxs daha sonra onunla maraqlanmamış və ona dəymiş ziyanı ödəməkdən yayınmışdır. Onun aldığı xəsarət ağır dərəcəli olmuş və uzun müddət yeriməkdə çətinlik çəkmişdir. Hal-hazırda Şəxs qarşı şikayətçidir və onun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edir. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MəhkəməTibbi Ekspertiza və X2 Publik hüquqi şəxsin Nəsimi rayon şöbəsindən daxil olmuş 02 may 2023-cü il tarixli, 396 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs 28 mart 2023-cü il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu PHŞ-yə müraciət edərkən onun bədənində aşkar edilmiş xəsarət – sağ ayağın İV barmağının proksimal falanqasının yerdəyişməyən natamam xətti sınığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətin xarakter və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Məhkəmə, tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, yuxarıda qeyd olunan yol nəqliyyat hadisəsinin Nəsimi RPİ-də araşdırılması çox səthi aparıldığından və protokol natamam olduğundan təqdim edilmiş materiallar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Nəsimi RPİ-nin Təhqiqat Şöbəsində heç bir araşdırma aparmadan və yalnız Zərərçəkmiş şəxs canlı olaraq ekspertə təqdim edilmədən formal rəy verilməsi ilə kifayətlənərək iş məhkəməyə göndərilmişdir. Məhkəmə araşdırması zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs aldığı xəsarətlərin ağır zərər vurmaya aid olmasını və zərərçəkmiş şəxs həmin xəsarətləri yuxarıda qeyd olunan nəqliyyat hadisəsi zamanı aldığını bildirsə də işdə olan tibbi rəydə xəsarətlər tam araşdırılmamış və buna qiymət verilməmişdir. Odur ki, həmin halların yenidən araşdırılması və zərərçəkmiş şəxsə yetirilmiş xəsarətin ağırlıq dərəcəsinin yenidən müəyyən edilməsi zəruridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Bu Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2446/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2446/2023
31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver