Məhkəmə qərarları › İş №3(006)-2459/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2459/2024

10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2459/2024 10.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İnzibati xəta haqqında protokolu 21-ci polis bölməsinin sahə rəisi tərtib etmiş şəxs: X1 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, Salyan rayonu, Kürsəngi kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə tərtib olunmuş 27 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 26 iyun 2024-cü il tarixdə ünvan 1 ünvanın qarşısında ucadan səs-küy salaraq ünvansız nalayiq sözlər işlədərək xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin sahə rəisi X2 izahatında göstərdi ki, 26 iyun 2024-cü il tarixdə ünvan 1 ünvanın qarşısında bir nəfər şəxsin ucadan səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşıb intizama dəvət etmişdir. Lakin o, yenidən səs-küy salaraq nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozmuşdur. Buna görə də həmin şəxsi bölməyə gətirmişdir. Orada həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. Onun əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlaməti olduğundan barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, 26 iyun 2024-cü il tarixdə küçədə telefonla ucadan danışıb nalayiq ifadə işlətmişdir. Bu zaman polis əməkdaşı ona yaxınlaşanda telefonla danışdığından və əsəbi olduğundan hərəkətlərinə davam etmişdir. Bu səbəbdən də polis əməkdaşı onu bölməyə aparmışdır. Törətdiyi əməldən peşmandır. Barəsində yüngül tənbehin tətbiq olunmasını xahiş edir. İş materiallarına əlavə edilmiş: • 06.10.2020-ci il tarixli xəstəlik haqqında şəhadətnaməyə əsasən Şəxs “Volf- Parkinson-Uayt (WPW) sindromu. Diskogen mənşəli lümboişalgiya, natamam remissiya mərhələsində diaqnozu qoyulmuşdur; • Salyan Mərkəzi Rayon Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xəstəlik tarixindən çıxarışda qeyd olunur ki, Şəxs ağır vəziyyətdə xəstəxanaya arterial təzyiqin qalxması, sinəsində olan sıxıcı, göynədici ağrı, boğulma, təngənəfəslik, soyuq tər, məcburi oturaqvəziyyət, başağrısı, ürəkbulanma, qusma, tez-tez arterial təzyiqin qalxmasından, hər iki baldır nahiyəsinin ödemi şikayəti ilə daxil olmuş, 2024-cü ilin iyun ayının 29-dan iyul ayının 06-a kimi terapiya şöbəsində stasionar müayinədə və müalicədə olmuşdur. Ona “Hipertonik kriz, Hipertonya xəstəliyi İİİ mərhələ. Gərginlik stenokardiya İİİ tip” diaqnozu qoyulmuşdur; • İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 26 iyun 2024-cü il tarixdə, saat 18:20-də tutulmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşmançılıq çəkməsini və səhhətində olan problemləri onun İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, səhhətini, əmlak vəziyyətini və s. halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, eyni zamanda o, inzibati qaydada tutulduğu üçün həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar