Məhkəmə qərarları › İş №3(006)-2464/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2464/2020

19.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2464/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X4 qızının katibliyi ilə, xx xxxx 1970-ciil tarixdə Cəbrayıl rayonu, Dağtumas kəndindəanadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı(FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-cimaddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər NəsimiRayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 20:50 radələrində yaşadığı ünvanda dostları ilə birlikdə qumar oyunu təşkil edərək qumar oynamış bununla da Azərbaycan Respublikasının İXM-nin 525-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Nəsimi RPİ və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli, 3(006)-2464/2020 saylı bildirişlərdən görünür ki, Şəxs qeydiyyatda olduğu ünvan 1 ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx xxxxxxx 2020-ci il tarixli reyestrin 06 sıra nömrəsi ilə). Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və DVD diskdəki video görüntüləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 20:50 radələrində yaşadığı ünvanda dostları ilə birlikdə qumar oyunu təşkil edərək qumar oynamış bununla da Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəisi tərəfindən tərtib olunmuş raportdan görünür ki, polis əməkdaşları həmin tarixdə 22-ci PŞnin inzibati ərazisində xidmət apararkən saat təxminən 20:50 radələrində S.Rəhimov küçəsinin qarşısında tanımadıqları şəxs onlara yaxınlaşaraq həmin ünvanda bir neçə şəxsin uca səslə danışaraq mübahisə etdiyini bildirmişdir. Onlar dərhal həmin ünvanda yaxınlaşdıqda mənzilin qapısı açıq vəziyyətdə bir neçə şəxsin qumar oyunlarını kartla oynayaraq (stolun üzərində müəyyən məbləğ pul) mübahisə edirdilər. Mənzilin giriş hissəsində qumar oyunun dayandırılmasını mübahisəyə son qoyulmasına tələb edərək 4 nəfər şəxsi 22-ci PŞ-nə dəvət edərək Növbətçi Hissəyə təhvil vermişlər. Daha sonra onun xx xxxx 1970-ci il təvəllüdlü Şəxs olduğu məlum olmuşdur. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixdə Nəsimi RP-nin 22-ci PŞ-nin sahə rəisi X2 tərəfindən tərtib olunmuş aktdan görünür ki, həmin tarixdə, saat 21:10 radələrində S.Rəhimov küçəsi, ev 213, mənzil 6 ünvanında müvəqqəti kirayə yaşayan Şəxs və onun yanına toplaşmış X3, Əliyev Rövşən Əsgər oğlu, X1 iştirakı ilə akt tərtib edilmiş və həmin şəxslərin qanunsuz qumar oynadıqları zaman disk, 43 (qırx üç) manat və oyun kartı götürülmüşdür. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 23:50 radələrində inzibati qaydada tutulmuş və xx xxxxxxx 2020ci il tarixdə, saat 09-00 radələrində azad edilmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, 2/9195 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə yüngül dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan CD diskdəki videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin tarixdə, saat 21:10 radələrində S.Rəhimov küçəsi, ev 213, mənzil 6 ünvanında müvəqqəti kirayə yaşayan Şəxsla M.T.Həsənovla, R.Ə.Əliyevlə və N.R.Adilovla birlikdə kartlarla qumar oynadığı və stolun üstündə pulların qoyulduğu müşahidə edilir. Beləliklə də, məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 20:50 radələrində yaşadığı ünvanda dostları ilə birlikdə qumar oynamış, bu hal polis əməkdaşı tərəfindən aşkar edildiyindən akt tərtib edilərək kartlar və stolun üstünə qoyulmuş pullar götürülmüş və Şəxs iştirakı ilə onun barəsində Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın törədilməsində alət olmuş predmet müsadirə edilməkləcərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Həmçinin, maddi sübutlarla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 1 ədəd CD disk iş üzrə maddi sübut inzibati işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 525-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək inzibati xətanın törədilməsində alət olmuş oyun kartı və 43 (qırx üç) manat məbləqində pul vəsaiti müsadirə edilməklə400 (dörd yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk inizbati işinin materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar