Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2464/2024 15.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində təxminən saat 16:59 radələrində Bakı şəhəri, Məmmədcəfər Cəfərov küçəsi ərazisində ona məxsus idarə etdiyim “Kia Sorento” minik markalı, **-XL-*** dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən, Bakı şəhər DYPİ Yol Patrul Xidməti inspektoru Polis Baş X1 tərəfindən avtomobili saxlanılaraq işıqforun qadağanedici işarəsi verilərkən hərəkətinin davam etdirilməsini bildirmişdir. Bununla bağlı barəsində Bakı şəhər DYPİ Yol Patrul Xidməti inspektoru Polis Baş X1 tərəfindən xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qəbul edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 80 (səksən) manat məbləğində cərimə tətbiq etmişdir. Bu barədə tərəfindən Yasamal rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər DYPİ-nin YPX-i inspektoru Ramil Həsənov tərəfindən qəbul edilmiş 28 dekabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli qərarından şikayət vermişdir. Bakı şəhəri Yasamal Rayon Məkəməsinin 20 fevral 2024-c il tarixli 3(004)-547/2024 saylı qərarına əsasən şikayəti qismən təmin olunmuş, barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri DYPİ Yol Patrul Xidməti İnspektoru polis baş X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri DYPİnə göndərilmiş və qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı onunla əsaslandırılmışdır ki, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasına dair inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar onun etirazı nəzərə alınmadan dərhal sonra qəbul edildiyindən, yəni İXM-nin 124.3-cii maddəsinin tələbi pozulduğundan şikayət qismən təmin edilməli, X2 barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri DYPİ Yol Patrul Xidməti inspektoru polis baş X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş şəxsin əməlinə hüquqi qiymət verilmədən Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri DYPİ-nə göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş 80 manat məbləğində inzibati cəıimə silinməlidir. Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi isə heç bir araşdırma aparmadan yenidən eyni qərarı qəbul etmişdir. Belə ki, Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi İnzibati Tənbeh vermə haqqında 27 mart 2024-cü il tarixli qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 yenidən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bu barədə tərəfimdən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 27 mart 2024-cü il tarixli TP seriyalı 9613 nömrəli qərarından şikayət vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 3(006)-1368/2024 nömrəli qərarı ilə şikayəti qismən təmin edilmiş, Bakı şəhəri X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 9613 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli qərarı onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən hazırki inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, mövcud olan məhkəmə qərarında göstərilmiş işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədiləcək prosessual pozuntular aradan qaldırılmamış, yalnız polis əməkdaşının izahatı alınaraq barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan qərar qəbul edilmişdir. Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi isə heç bir araşdırma aparmadan yenidən eyni qərarı qəbul etmişdir. Belə ki, Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi İnzibati Tənbeh vermə haqqında 12 iyun 2024-cü il tarixli qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 yenidən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşin mahiyyəti barədə bir daha nəzərə çatdırılır ki, qərara əsasən, guya xx.xx.2023-cü il tarixində saat 16:59-da “Kia Sorento” minik markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, işıqforun qadağanedici işarəsi verilərkən hərəkətimi davam etdirmişdir. Həqiqətdə isə belə olmamışdır. O, işıqforun yaşıl işığı yanarkən hərəkətini davam etdirmişdir. İnzibati təhbeh haqqında qərarın verilməsinə əsas olmuş protokol heç bir araşdırma aparılmadan tərtib edilmişdir. Halbuki, həmin ərazidə çoxsaylı “‘təhlükəsiz şəhər” kameraları və Bakı Nəqliyyat Agentliyinə məxsus olan kamerlar mövcuddur. Kamerlarda hadisənin bütün görüntüləri əks olunduğu halda, görüntülərə baxış belə keçirilməmişdir. Görüntülərə baxış keçirilmədən işin obyektiv araşdırılması mümkün deyildir. Göstərilən səbəblərdən, hesab edir ki, şikayət təmin edilməli, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 80 (səksən) manat miqdarında cərimə edilməsi haqqında Bakı şəhər BPİ X10 İdarəsinin İnzibati Xətalar haqqında İşlər üzrə İcraat üzrə şöbəsinin Baş İnspcktoru Polis mayoru X4 xx.xx.2024-cü il tarixli qərarı qanunsuz olduğundan ləğv edilməli, əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə. 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Bir daha bildirir ki, tərəfindən heç bir xəta törədilmədiyi halda, yenidən heç bir araşdırma aparılmadan, kamera görüntülərinə baxış keçirilmədən barəsində əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi tətbiq olunmuş və 80 manat məbləğində cərimə edilmə haqqında təhbeh növü tətbiq edilmişdir. Bakı şəhər BPİ DYPİ tərəfindən kamera görüntülərinə baxış keçirilməməsi onu sübut edir ki, tərəfimdən heç bir inzibati xəta törədilməmişdir. Əgər belə bir hal olsaydı mütləq kamera görüntülərinə düşərdi. Lakin heç bir əsas və dəlil olmadan barəsində qərəzli olaraq inzibati tənbeh tətbiq edilmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhər BPİ-nin X10 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bakı şəhər BPİ-nin X10 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər BPİ-nin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. X3 yol hərəkəti qaydalarını pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Həmçinin, məhkəmənin inzibati xəta hadisəsinin videogörüntülərinin məhkəməyə təqdim olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinə ünvanladığı sorğuya cavab verilməmişdir. Beləliklə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2464/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2464/2024
15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver