Məhkəmə qərarları › İş №3(006)-2465/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2465/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2465/2024 08.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Şikayətçi: X2 Qərarından şikayət verilən orqan: Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2024 tarixdə idarə etdiyi “KİA SORENTO” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nəsifbəy Yusifbəyli küçəsi ilə Azərbaycan Tibb Universiteti istiqamətində hərəkətdə olarkən Mustafa Topçubaşov küçəsi ilə kəsişmədə geriyə dönmək istəmiş, yol kənarındakı ağacın arxasında quraşdırıldığı üçün yol ayrıcına yaxınlaşarkən görülməsi mümkün olmayan “4.1.1” düzünə hərəkət nişanını görməmiş və yol ayrıcında çəkilmiş “1.3” üfüqi nişanlanma xətti “1.11” üfüqi nişanlanma xəttinə bənzədiyindən həmin yol ayrıcından geriyə dönmüşdür. Bu səbəbdən də polis əməkdaşı Nəsifbəy Yusifbəyli küçəsində onu saxlamışdır. O, polis əməkdaşına yol nişanlanmasında olan nöqsanları bildirərək qeyri-standart yol nişanlanmasına görə məsuliyyət daşımadığını söyləsə də, onun barəsində İXP ******* saylı protokol tərtib edilmiş, daha sonra barəsində xx.xx.2024cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq bu qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X3 şikayətə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən qurumun nümayəndəsi Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin nümayəndəsi Nümayəndə bildirdi ki, X3 xx.xx.2024-cü il tarixdə, saat 15:09-da idarə etdiyi “KİA SORENTO” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanda 1.3 üfüqi nişanlanma xəttinin tələbinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Belə ki, həmin ünvanda yolda 1.11 üfüqi nişanlanma xətti deyil, 1.3 üfüqi nişanlanma xətti çəkilmiş, sadəcə olaraq onun rəngi bir az solmuşdur. Eyni zamanda lazımi diqqət nəticəsində həmin ünvanda yerləşən “4.1.1” düzünə məcburi hərəkət nişanını görmək də mümkündür. Göstərilənləri nəzərə alaraq şikayətin rədd olunmasını xahiş etdi. İş materiallarında olan: • Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 xx.xx.2024-cü il tarixdə, saat 15:09-da idarə etdiyi “KİA SORENTO” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanda 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir; • Fotoşəkillərdən aydın olur ki, Abbas Səhhət küçəsində yolun sağında “4.1.1“ düzünə məcburi hərəkət hərəkət nişanın olduğu, yol ayrıcında “1.11” üfüqi nişanlanma xəttinin deyil, “1.3” üfüqi nişanlanma xəttinin çəkildiyi görünür. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və təqdim olunmuş fotoşəkilləri nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə məsuliyyət müəyyən edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinin İİİ hissəsinə görə 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Həmin Qanunun 69-cu maddəsinin Vİİ hissəsinin 1-ci bəndinə əsasən 1.1-1.3 xətlərini kəsib keçmək qadağandır. Beləliklə müəyyən edilir ki, X3 xx.xx.2024-cü il tarixdə, saat 15:09-da idarə etdiyi “KİA SORENTO” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanda 1.3 üfüqi nişanlanma xəttinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozduğuna görə haqlı olaraq Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar