Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2467/2020 07.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X3 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 20-ci PB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1991-ci il tarixdə Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı kəndi, Yeni yaşayış massivi 810 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməmiş, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə etmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsində “Vaz 2107” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən polis əməkdaşlarının saxla əmrinə məhəl qoymamış, avtomobilin sürətini daha artırmaqla manevr qaydalarını pozmuş və polis əməkdaşlarının tələblərinə riayət etməmişdir. Bu səbəbdən də, o, polis əməkdaşları tərəfindən 20-ci PB-nə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nin 20-ci PB-nin sahə rəisi V.F.Rüstəmov tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat təxminən 15:30 radələrində C.Səlimov küçəsində polis əməkdaşları xidmət aparan zaman “Vaz 2107” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozaraq sola, geriyə döndüyünü müşahidə etdikdə ona yaxınlaşıb saxla əmrini vermiş, buna baxmayaraq sürücü daha da sürətini artıraraq 3 MKR dairəsi istiqamətinə hərəkət etmiş, həmin zaman sonuncu 3 MKR dairəsinə çatmamış svetoforun qadağan siqnalı yanmış həmin tabe olmayan “Vaz 2107” markalı avtomobilin qarşısında digər MV-ri dayandığı üçün hərəkətini davam etdirə bilməmişdir. Yenə sürücü tabesizlik göstərərək arxa-arxaya hərəkət etmiş, arxadan **-YP-*** çağırışlı patrul maşınının gəldiyini görərək yenidən qabağa hərəkət etmiş, polis əməkdaşlarının **-YP-*** dövlət qeydiyyat nişanlı patrul maşınını vurmuşdur. İctimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən “Vaz 2107” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Şəxs tərəflərindən saxlanılmış, bort komputer vasitəsilə yoxlama zamanı avtomobilin ödənilməyən cərimələrinin və etibarnaməsiz idarə edildiyi məlum olmuşdur. Sürücü ətrafındakı insanları özünə cəlb etdiyini, polis əməkdaşlarına tabe olmadığına görə növbətçi hissəyə post patrul çağırmağı xahiş etmişlər. Nəsimi RPİ-dən post patrul xidmətinin əməkdaşları yaxınlaşmış və həmin sürücünü Nəsimi RPİ-nin 20-ci PB-nə təhvil vermişlər. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 15:30 radələrində ona məxsus “Vaz 2107” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə C.Səlimov küçəsində yolun qoşa xəttini bilmədən tapdalamış və sola dönərək 3-cü mikrorayona tərəf getmək istəyərkən yol patrul xidmətinin avtomobili yolun sağ istiqamətində qəfildən yüksək surətlə ona həddindən artıq yaxınlaşaraq onun maşının sağ tərəf şüşə və pəncərələrini yumruqlayaraq ona nalayiq söyüşlər söyərək ondan idarə etidiyi maşını saxlamağını demiş, o, maşını saxlasa polis işçilərinin onu döyəcəylərindən qorxmuş, həmin zaman əraziyə gələn digər yol patrul xidməti qarşısında normadan çox artıq tormozlanma etdiyinə görə o, maşını saxlaya bilməmiş, patrul maşının sol tərəf qabaq qarşısına çırpılmış maşından düşmək istəyərkən digər patrul maşının əməkdaşları ona elə maşının içində yumruq zərbələri endirməyə başlamış, gözündə və bədənində müxtəlif şişlər və yaralar var, o, başına toplaşan insanlardan kömək istəyərək qışqırmasına baxmayaraq polislərin ona vurmağa davam etdiyini və 20-ci PB-nin həyətində post patrul xidmətinin əməkdaşının onu üzünə sillə vurmasını və təhqir etdiyini qeyd etmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 15:30-da polis əməkdaşları tərəfindən saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Bundan əlavə, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin Dövlət X5 bilavasitə tabe olmayan Yol Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X2 ondan əvvəl izahat vermiş inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nin 20-ci PBnin sahə rəisi V.F.Rüstəmovun izahatına oxşar, eyni məzmunlu izahat vermişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və CD diski nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsində “Vaz 2107” markalı, **-SZ- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən polis əməkdaşlarının saxla əmrinə məhəl qoymamış, avtomobilin sürətini daha artırmaqla manevr qaydalarını pozmuş və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmaqdan imtina etmiş və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İş materiallarında olan Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il raportdan görünür ki, həmin tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsində “Vaz 2107” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən polis əməkdaşlarının saxla əmrinə məhəl qoymamış, avtomobilin sürətini daha artırmaqla manevr qaydalarını pozmuş və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq xx xxxxxxx 2020-ci il tarixdən saat 16:00-dan məhdudlaşdırılmışdır. İş materiallarında olan CD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx xxxxxxx 2020-ci il tarixdə Şəxs Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsində “Vaz 2107” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobili yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etmədən idarə etməsi, yol patrul xidməti əməkdaşlarının Şəxs məxsus avtomobilin şüşələrinə ayaqla zərbələr endirməklə qırğmağa çalışması müşahidə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməmiş, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə etmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs polis əməkdaşları tərəfindən Nəsimi RPİ-nin 20-ci PB-nə gətirilmiş və özünün də məhkəmə iclasında təsdiq etdiyi kimi polis əməkdaşları tərəfindən saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün və şahidin məhkəmə iclasında verdiyi ifadələri, iş materiallarında olan CD diskdəki olan video görünütülər və digər iş materialları ilə onun yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməməsi və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə etməsi və bununla da, həmin Məcəllənin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin, polis əməkdaşlarının dəfələrlə etdiyi çağırışlara baxmayaraq öz qanunsuz hərəkətlərini davam etdirməsi və bununla da, həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 535.1-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməllərin inzibati xətalar olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxsnın barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki,inzibati həbsdə saxlama müddətinin əvvəli məhkəmədə verilən izahatlardan da göründüyü kimi tutma protokolunda göstərildiyi 06 oktyabr2020-ci il tarixdən 16:00-dan deyil, şəxsin faktiki hüquqlarının məhdudlaşdırıldığı andan, yəni 06 oktyabr2020-ci il tarixdən saat 15:30-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 327.1, 332.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən saat 15:30dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2467/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2467/2020
07.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver