Məhkəmə qərarları › İş №3(006)-2467/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2467/2021

08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2467/2021 08.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X6 İnzibati xəta haqqında protokolu tərtib etmiş X3 qurumun nümayəndəsi: Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1982-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, inzibati binada qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi üzrə tərtib olunmuş 08.09.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 08 sentyabr 2021-ci il tarixdə, saat 03:00 radələrində sürücülük hüququ olmadan “Kia Rio” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi ilə Salamzadə küçəsi istiqamətində hərəkətdə olarkən yolun sağ kənarında dayanmış, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X1 yol vərəqəsi əsasında təhkim edilmiş “BMW 328” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı yol-patrul xidməti avtomobilinə dəyərək zərər çəkmiş şəxsə 1.000 manat məbləğində maddi ziyan yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X7 izahatında göstərdi ki, 08.09.2021-ci il tarixdə Şəxs idarə etdiyi “Kia Rio” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nəsimi rayonu, C.Səlimov küçəsi ilə Salamzadə küçəsi istiqamətində hərəkətdə olarkən idarə etməni itirərək yolun sağ kənarında olan, X4 Daxili İşlər Nazirliyi X1 yol vərəqəsi əsasında təhkim edilmiş “BMW 328” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı yol-patrul xidməti avtomobili sol yan tərəfindən vurmuş, maşına 1.000 manat məbləğində zərər yetirmişdir. Şəxs nəqliyyat vasitəsini sürücülük hüququ olmadan avtomobili idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək izahatında bildirdi ki, 08 sentyabr 2021-ci il tarixdə, saat 03:00 radələrində etibarnamə ilə idarə etdiyi “Kia Rio” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobillə C.Səlimov küçəsi ilə Salamzadə küçəsi istiqamətində hərəkətdə olarkən fikri dağınıq olduğundan bir an idarəetməni itirib yolun sağ kənarında dayanan “BMW 328” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Əməlindən səmimi peşmandır. Himayəsində bir azyaşlı övladı var, özü də ömürlük əlildir. Məhkəmə, proses iştirakçılarının izahatlarını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törətməsi tam sübuta yetirilir. İş materiallarında olan:  08.09.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və tərtib edilmiş sxemdən görünür ki, 08.09.2021-ci il tarixdə, saat 03:00-da Nəsimi rayonu, C.Səlimov küçəsində Şəxs idarə etdiyi “Kia Rio” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən zaman yolun sağ kənarında dayanmış “BMW 328” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir;  AD 857837 saylı, 20.10.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Rio” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2r;  20.01.2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, Şəxs X5 tərəfindən “Kia Rio” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti verilmişdir;  portaldan çıxarışa əsasən Şəxs (SV:AC580954) nəqliyyat vasitəsini idarə etmə hüququ 22.07.2021-ci il tarixdən 6 ay müddətinə məhdudlaşdırılmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İİ hissəsinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşmançılıq çəkməsini onun İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın, habelə əlil olmasını nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar