Məhkəmə qərarları › İş №3(006)-2473/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2473/2022

20.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2473/2022 20.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında 20-ci polis bölməsinin sahə inspektoru protokolu tərtib etmiş şəxs: X1 Zərər çəkmiş şəxsin Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili nümayəndəsi: Zərərçəkmiş şəxs Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1996-cı il tarixdə Samux rayonu, Luksemburq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, taksi fəaliyyəti ilə məşğul olan, Samux rayonu, Luksemburq kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 14də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 01 iyun 2022-ci il tarixdə idarə etdiyi “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti ilə Salamzadə küçəsinin kəsişməsində qarşısında hərəkətdə olan “Mazda CX-5” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 ona siqnal verməsi səbəbindən idarə etdiyi avtomobili bu maşının qarşısında saxlamaqla hərəkəti məhdudlaşdırıb avtomobildən düşərək Leyla Qurbanova tərəf yaxınlaşıb digər sürücü və ətrafda olan şəxslərin qarşısında nümayişkaranə şəkildə onu təhqir etməklə ictimai qaydanı pozub xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin sahə inspektoru X3 izahatında göstərdi ki, Şəxs 01 iyun 2022-ci il tarixdə idarə etdiyi “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti ilə Salamzadə küçəsinin kəsişməsində qarşısında hərəkətdə olan “Mazda CX-5” markalı, **- DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 ona siqnal verməsi səbəbindən idarə etdiyi avtomobili bu maşının qarşısında saxlamaqla hərəkəti məhdudlaşdırıb avtomobildən düşərək Leyla Qurbanova tərəf yaxınlaşıb digər sürücü və ətrafda olan şəxslərin qarşısında nümayişkaranə şəkildə onu təhqir etmişdir. Əməldə cinayət tərkibi olmadığından Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinin baş təhqiqatçısı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün material aidiyyəti üzrə göndərilmişdir. Bundan sonra izahatının alınması üçün Şəxs polis bölməsinə çağırılsa da, o rayonda olduğunu bildirərək çağırışlara gəlməmiş, polis əməkdaşları Samux rayonuna getdikdə isə onun orada olmadığı məlum olmuşdur. xx.xx.2022-ci il tarixdə Şəxs özü bölməyə gəlmiş və onun barəsində inzibati qaydada tutma protokolu tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X2 nümayəndəsi və vəkili Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, L.Qurbanova 01 iyun 2022-ci il tarixdə, saat 14 radələrində idarə etdiyi “Mazda CX-5” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti ilə Salamzadə küçəsinin kəsişməsində hərəkətdə olarkən Şəxs idarə etdiyi “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sol zolağından sağ zolağa dönüb qəza şəraiti yaratdığından, L.Qurbanova ona xəbərdarlıq etmək məqsədilə siqnal vermişdir. Bu zaman Şəxs idarə etdiyi avtomobillə L.Qurbanovanın idarə etdiyi avtomobilin qarşısını məcburən kəsib onu dayandırmış, avtomobildən düşərək ona yaxınlaşıb təhqiramiz ifadələr işlətməklə maşının pəncərəsini endirməsini tələb etmişdir. L.Qurbanova bu şəxsin onun avtomobilinin qapısını açmağa cəhd etməklə onu təhqir edib öz avtomobilinə tərəf qayıtdığını gördükdə, öz telefonu ilə Şəxs şəklini çəkmək istəmiş, bu zaman Şəxs yenidən ona yaxınlaşıb uca səslə onu təhqir etmiş, kənarda dayanmış tanımadığı şəxslərin və digər avtomobillərin sürücülərinin ona çıxıb getməsini bildirdikdə, sonuncu öz hərəkətlərini davam etdirmiş və sonda çıxıb getmişdir. Şəxs ağır tənbehin verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 01 iyun 2022-ci il tarixdə idarə etdiyi “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tbilisi prospekti ilə Salamzadə küçəsinin kəsişməsində hərəkətdə olarkən qəza şəraitinin yaratmamasına baxmayaraq, “Mazda CX- 5” markalı avtomobilin sürücüsü heç bir səbəb olmadan ona siqnal verməyə başlamışdır. O da bundan əsəbiləşib öz avtomobilini bu avtomobilin qarşısında saxlayaraq yerə düşmüş və maşına yaxınlaşaraq məsələni aydınlaşdırmaq istəmişdir. Lakin sürücünün qadın olduğunu görüb və onun salondan nə dediyini anlamayıb çıxıb getmək istəmişdir. Bu zaman görmüşdür ki, qadın öz telefonuna onun şəklini çəkir. Buna görə də geri dönüb bunun səbəbini soruşmaq istəmiş, lakin qadın maşının pəncərəsini açmamışdır. O da çıxıb getmişdir. Hadisə vaxtı heç kimi təhqir etməmişdir. Ola bilsin ki, əsəbi olduğundan bəzi xoşagəlməz ifadələr işlətmişdir. Buna görə də zərər çəkmiş şəxsdən üzr istəyir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və s. halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda iş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 19 iyul 2022-ci il tarixdə, saat 20:20-də tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 19 iyul 2022-ci il tarixdə, saat 20:20-dən hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar