Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2478/2022 12.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(011)-2008/2022 saylı qərardadı ilə Xətai rayon prokurorluğu tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs MMC tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər X7, X6, X12, X8 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi faktına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə materiallar Məhkəməyə daxil olmuşdur. Xətai rayon prokuroru Sərdar İmanovun xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin vəkili Nümayəndə bildirmişdir ki, X7, X6, X12, X13 Şəxs MMC ilə hər hansı əmək münasibətləri olmamış, onlar MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hər hansı işlərin və ya xidmətlərin həyata keçirilməsinə cəlb edilməmişlər. Bundan əlavə o, bildirmişdir ki, S.P.Məmmədovun əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanunvericiliym tələbləri pozulduğuna görə Şəxs MMC tərəfindən həmin cərimənin ödənilməsi təmin edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, Şəxs MMC-nin əməkdaşları onları şirkətin xeyrinə müxtəlif işlərə cəlb edərək əmək haqlarını verməmişdir. Şəxs MMC nin direktoru X2r. Şirkətin hüquqi ünvanı ünvan 2rkət Bakı şəhəri, Xətai rayonu, “AZURE Biznes Center” iş mərkəzinin 9-cu mərtəbəsində yerləşən ofisdə xidmət göstərir. Şirkət A.Əliyevanın adına qeydiyyatdan keçsə də faktiki olaraq şirkəti onun həyat yoldaşı Elsevər Əliyev idarə edir. Şirkət yaşayış evlərinin layihələndirməsi və inşaatı ilə məşğul olur. Şirkət müştərilərdən sifarişlər qəbul edib evin tikintisin və təmirin həyata keçirib müştərilərə hazır vəziyyətdə təqdim edir. O, 01 may 2020-ci ildə Şəxs MMC-də çilingər vəzifəsində çalışmaq üçün həmin şirkətin direktoru E.Əliyev ilə 1 illik əmək müqaviləsi bağlamışdır. Həmin müqavilə ilə də müəyyən olunmuş miqdarda ona əmək haqqının ayrılması nəzərdə tutulmuşdur. Həmin əmək haqqının ödənişi prosesinin həyata keçirilməsi üçün də şirkətin təşəbbüsü ilə ona əmək haqqı kartı açılmışdır. Əmək haqqı kartının açılmasına baxmayaraq, 2020-ci ilin may ayından əmək haqqını əldə edə bilmir. Şirkətə etdiyi əmək haqqı ilə bağlı müraciətlər isə cavablandırılmamışdır. Halbuki, müqavilə üzrə ona müəyyən miqdarda əmək haqqı müəyyən edilmişdir və həmin əmək haqqı aybaay kartına köçürülmüşdür. Həmin əmək haqqını əldə edə bilməmiş, kartı şirkətin direktoru vəzifəsində qeyri-rəsmi çalışan Elsevər adlı şəxs özündə saxlamış, kartın ona verilməsi ilə bağlı müraciətlərini də cavabsız saxlamışdır. Nəticə olaraq, 2020-ci ilin may ayından 2022-ci ilin yanvar ayınadək olan müddətdə ona əmək haqqı kartı verilməmiş və müvafiq əmək haqqı miqdarında ödəniş həyata keçirilməmişdir. Onu sonradan qanunsuz olaraq işdən azad edərək onun əvəzinə qanunsuz imzalar çəkib və bununla bağlı Əmək Müfəttişliyinə müraciət etmişdir. Hal-hazırda Əmək Müfəttişliyində araşdırılma aparılır. Həmçinin bildirmişdir ki, E.Əliyevin hazırda ona və digər işçilərə ümumilikdə 12.500 manat məbləğində ödəməli olduğu pul vardır. Belə ki, Elsevər görməli olduqları işi ona göstərirdi, həmin işin müqabilində xidməti haqqını Elsevərlə o, danışmış və Elsevərin tapşırığına əsasən tanıdığı bir neçə usta və fəhlələri həmin işlərə cəlb etmişdir. Elsevər həmin şəxslərin, şirkətin işlərini görməsini bilmiş, lakin həmin şəxslərlə heç bir əmək müqaviləsi bağlamamışdır. Həmin şəxslər X7, X5, X15 və Omar Mextiyevdir. Adlarını qeyd etdiyi şəxslərlə o, müxtəlif ünvanlarda Elsevərin göstərişinə əsasən santexnika işləri görmüşlər. Elsevər işlədikləri ünvanlara mütəmadi olaraq gəlir, işlərlə maraqlanır, öz göstərişlərini vermişdir. Həmin işlərin görülməsindən Elsevərin onlara 5000 manat əmək haqqısı və 7500 manat materiala xərclənən və xidmət haqqısı olmaqla ümumilikdə 12.500 manat pul borcu yaranmışdır ki, o, onların pullarını vermədiyindən şikayət vermək qərarına gəlmişlər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan X3, X1, X9, X8 və X4 Xətai rayon prokurorluğuna vermiş olduqları izahatlardan görünür ki, onlar Şəxs MMC-nin xeyrinə müxtəlif işlər görmüşlər. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, vətəndaş S.P.Məmmədov, K.M.İbrahimov, H.B.Həsənov, Ü.H.Həsənov, O.R.Mekhtievin Şəxs MMC-nin rəhbərliyi tərəfindən əmək haqlarının verilməməsi və əmək müqaviləsi bağlanmadan işlərə cəlb edilmələri barədə müraciətləri əsasında rayon prokurorluğunda aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC-nin (VÖEN - **********) onu təmsil etmək və onun – onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi X10 (FİN: 825JMPY) MMC-nin direktoru səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər K.M.İbrahimov, H.B.Həsənov, Ü.H.Həsənov və O.R.Mekhtievi Şəxs MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün 2020-ci ilin iyundan 2022-ci ilin yanvar ayına qədər olan müddət ərzində müxtəlif invanlarda işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericiliyini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Belə ki, Şəxs MMC-də monitorinqin aparılması zamanı MMC ilə işçilərdən K.M.İbrahimov, H.B.Həsənov, Ü.H.Həsənov və O.R.Mekhtiev arasında heç bir əmək müqaviləsi və ya xidməti müqavilənin bağlanmadığı aşkar edilmişdir. Yəni, Şəxs MMC bir işəgötürən kimi qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmiş həmin işçilərlə heç bir əmək müqaviləsi və ya xidməti müqavilə bağlamadan onları işə cəlb etmiş, bununla da əmək qanunvericiliyinin tələblərini pozmaqla yanaşı, inzibati xətaya da yol vermişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2478/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2478/2022
12.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver