Məhkəmə qərarları › İş №3(006)-2485/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2485/2022

22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2485/2022 22.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə, Şikayət vermiş şəxs X2, Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, X2 Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, inzibati xəta haqqında protokolun tərtib edildiyi edildiyi gün, yəni xx.xx.2022-ci il tarixində avtomobilinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 30 noyabr 2012-ci tarixli № Q74-001-12 saylı '‘Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasının sifariş verilməsi üzrə inzibati reqlamentin təsdiq edilməsi haqqında Qərar”ına uyğun olaraq yeni dövlət qeydiyyat nişanlarının quraşdırılması ilə bağlı DİN Baş X9 İdarəsinin Qeydiyyat-lmtahan İdarəsində olmuşdur. Bunu ona təqdim olunmuş nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin verilmə tarixinə nəzər yetirməklə görmək mümkündür. Yeni dövlət qeydiyyat nişanlarının ölçüsü əvvəlki dövlət qeydiyyat nişanlarının ölçüsündən fərqlənirdi. Belə ki, əvvəlki dövlət qeydiyyat nişanları kvadrat formasında, yeni dövlət qeydiyyat nişanları isə düzbucaqlı formasında idi. Bu səbəbdən nəqliyyat vasitəmə təhkim edilmiş yeni dövlət qeydiyyat nişanlarının əvvəlki yerində yerləşdirilməsi mümkünsüz olmuşdur. Həmçinin DİN Baş X9 İdarəsinin Qeydiyyat-lmtahan İdarəsinin ərazisində hal-hazırda hər hansı təmir sexi, avtomobil ehtiyyat hissələri satışı ilə məşğul olan heç bir mağaza fəaliyyət göstərmir. Yuxarıda sadalanan səbəblərdən, həm dövlət qeydiyyat nişanları arasındakı ölçü fərqləri, həm ərazidə heç bir təmir sexi və avtomobil ehtiyyat hissələri satışı ilə məşğul olan mağazanın olmaması ucbatından yeni əldə etdiyi dövlət qeydiyyat nişanlarını müvafiq olaraq görsənə biləcək yerlərdə avtomobilimin ön və arxa tərəflərində yerləşdirmişdir. Bundan sonra ən yaxın təmir məntəqəsi və avtomobil ehtiyyat hissələri satışı ilə məşğul olan mağazaya hərəkətlənmək üçün DİN BDYPİ-nin həyətini tərk etmişdir. Daha sonra yolda hərəkətdə olarkən AR DİN Bakı şəhər Baş Polis İdarəsinin X9 idarəsinin Yol Patrul Xidməti əməkdaşı tərəfindən avtomobilinə saxla əmri verilmişdir. Tələbə əməl edərək avtomobilini saxlamış, Yol Patrul Xidməti əməkdaşı dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasını səbəb gətirərək haqqında İnzibati Xətalar Məcəlləsinin 342.7.-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edəcəyini bildirmişdir. O, Yol Patrul Xidməti əməkdaşına izah vermişdir ki, haqqında tərtib etmək istədiyi inzibati xəta haqqında protokol qanunaziddir. Çünki, İXM-nin 342-ci maddəsində nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması hallarından bəhs olunarkən 342.7-ci bəndə nəzərən qeyd edilir ki, dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmaması, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etmə qanun pozuntusudur. Onun situasiyasında isə bu hal baş verməmişdir. Çünki hər iki dövlət qeydiyyat nişanı avtomobilindədir, onların üzərindəki mikroçip aktiv fəaliyyətdədir və o, onları müvafiq olaraq görsənə biləcək yerlərdə avtomobilinin ön və arxa tərəflərində yerləşdirmişdir. Həmçinin, Yol Patrul Xidməti əməkdaşına bildirmişdir ki, yeni texnolgiyaların tətbiq olunma məqsədlərindən biri də hər hansı bir səbəbdən avtomobilin dövlət qeydiyyat nişanları aşkarlanmazsa mikroçip vasitəsilə onu aşkarlamaqdır və onun avtomobilində də dövlət qeydiyyat nişanlarının hər ikisi mövcuddur və o, həmin mikroçipləri müvafiq olaraq görünə biləcək yerlərdə avtomobilinin ön və arxa tərəflərində yerləşdirmişdir. Lakin bu detallı əsaslandırmaya baxmayaraq Yol Patrul Xidməti əməkdaşı qanunun normalarına riayət etməyərək qanunazidd qaydada haqqında inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 yuxarıda göstərilən məzmunda izahat verərək, Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, verilmiş şikayət əsassızdır. Belə ki, barəsində qərar qəbul edilmiş fiziki şəxs X4 18 iyul 2022-ci il tarixində saat 12:52 radələrində Bakı şəhəri Tbilisi prospekti ilə “Ford Escape” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobili dövlət qeydiyyat nişanları olmadan idarə etdiyinə görə həmin vaxt dislokasiya üzrə həmin ərazidə xidmət aparan YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Sürücüyə xətanın mahiyyəti izah olunmuş və dövlət qeydiyyat nişanları avtomobilin ön və arxa hissəsinə yerləşdirildikdən sonra, xətanın mövcudluğunu qəbul edən M.M.Sarıxanlı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən TP ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında isə TP ******* nömrəli tənbeh vermə haqqmda qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqmda işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqmda qərar çıxarılır. Eyni zamanda M.M.Sarıxanlı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqmda protokoldan görünür ki, onun yol verdiyi xəta xüsusi texniki vasitə ilə deyil, bilavasitə səlahiyyətli şəxs olan YPX əməkdaşı polis kapitanı X8 tərəfindən aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən Müayasäfə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb hesab edilir. Həmçinin xətanın mövcudluğu yəni “Ford Escape” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanları olmadan idarə olunması həmin ərazidə quraşdırılmış Təhlükəsiz Səhər müşahidə-nəzarət kamerası ilə qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal soma inzibati xəta haqqında protokol tərtib edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununum 27-ci maddəsinin XVİİ-ci hissəsinin 2-ci bəndinə əsasən dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununum 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Şərh olunanlara əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs X2 şikayəti əsassızdır və onun barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan onun ləğv edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayəti və təqdim edilmiş materialları nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməli, qərar ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə, saat 12:52-də “Ford Escape” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadan idarə etmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İXM-in 342.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 60 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan 01 ədəd diskə məhkəmə iclasında keçirilən baxış zamanı X2 idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının maşının ön şüşəsinə yerləşdirilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 347.2-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə - altmış manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 347.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmamışdır. Belə ki, X3 yeni dövlət qeydiyyat nişanları 18 iyul 2022-ci il tarixdə verilmiş, yeni dövlət qeydiyyat nişanları düzbucaqlı formasında olduğundan DİN Baş X9 İdarəsinin Qeydiyyat-lmtahan İdarəsində həmin qeydiyyat nişanlarının avtomobilə yerləşdirilməsi mümkün olmamış, bu səbəbdən də şikayətçi dövlət qeydiyyat nömrələrini avtomobilin ön və arxa şüşələrinə yerləşdirərək təmir məntəqəsinə getmək istəyərkən YPX əməkdaşı tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir; 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar