Məhkəmə qərarları › İş №3(006)-2489/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2489/2024

09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2489/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş şəxs: icra məmuru X4 oğlunun iştirakları ilə xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), "xxxx" MMC-nin direktoru işləyən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29c, mənzil 56-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MMC-nin direktoru Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(103)-680/2023 saylı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(006)-404/2023 saylı və xx.xx.2024-cü il tarixli, 16(006)-403/2023 saylı icra vərəqələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında icra məmuru X1 izahatında bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(103)-680/2023 saylı icra sənədinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-2866/2023 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2” İctimai Birliyinin ünvan 1 ünvanında yerləşən ofisinə daxil olan kommunikasiya sistemlərinin, o cümlədən su, kanalizasiya, təbii qaz və elektrik enerjisi xətlərinin zədələnməsi, “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2” İctimai Birliyinin ofisində çalışan əməkdaşların piyada və öz avtomobilləri ilə Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ofisinə giriş-çıxışları zamanı onların həyatlarına təhlükə yarada biləcək hər-hansı fəaliyyət "xxxx" MMC-yə və onun podratçılarına qadağan edilməlidir. “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2” İctimai Birliyinin Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən ofisinin uçmaq təhlükəsinin qarşısını almaq məqsədi ilə kotlavan qazılmış hissənin xarici divarından 5,94 metr olmaqla, həmin kotlavanın "xxxx" MMC tərəfindən torpaqla doldurulub, bərkitmə işlərinin həyata keçirilməsi və bir daha ara məsafəsi daxilində söküntü və tikinti işlərinin aparılması "xxxx" MMC-yə və onun podratçılarına qadağan edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(006)-404/2023 saylı icra sənədinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5270/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək müvəqqəti təminat tədbiri kimi X7 və ailə üzvlərinin ünvan 4 ünvanında yerləşən 32 nömrəli mənzildə yaşamaqlarına maneçilik törədən hərəkətlər: mənzilin işıq, su, qaz xətlərinin kəsilməsi, mənzilin yerləşdiyi binanın divarlarının (yalnız ünvan 4 ünvanında yerləşən 32 nömrəli mənzilə aid hissədə) uçurdulması “İnvest.M Construction" MMC-yə qadağan edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(006)-403/2023 saylı icra sənədinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-1274/2024 saylı qərardadı ilə X3 mülkiyyətində olan Ak.Mirəsədulla Mirqasımov küçəsi, ev 04, 80 a saylı mənzilin sökülməsinin (digər formada zədələnməsi kimi də nəzərə alınmaqla) "xxxx" MMC-yə qadağan edilməsi ilə bağlı məhdudiyyətin müddəti Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1274/2024 saylı mülki işi üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək uzadılmalıdır. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu icra sənədlərinin icrasından və icra məmurunun qanuni tələblərindən yayınmaqdadır. Belə ki, tələbkar Nəsimi rayon icra şöbəsinə şifahi müraciət edərək icra sənədində qeyd edilən ünvanın söküntü işlərinin aparıldığını, kommunal xətlərin tamam sıradan çıxarıldığını bildirmişdir. Məlumatı dəqiqləşdirmək məqsədi ilə qeyd edilən ünvanda icra sənədində qadağan edilmiş addımların atıldığı (qaz, su işıq, internet və.s xətlərin kəsilərək sıradan çıxarılması) müəyyən edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq "xxxx" MMC-nin direktoru Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(103)-680/2023 saylı icra sənədinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-2866/2023 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2” İctimai Birliyinin ünvan 1 ünvanında yerləşən ofisinə daxil olan kommunikasiya sistemlərinin, o cümlədən su, kanalizasiya, təbii qaz və elektrik enerjisi xətlərinin zədələnməsi, “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2” İctimai Birliyinin ofisində çalışan əməkdaşların piyada və öz avtomobilləri ilə Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ofisinə giriş-çıxışları zamanı onların həyatlarına təhlükə yarada biləcək hər-hansı fəaliyyət "xxxx" MMC-yə və onun podratçılarına qadağan edilməlidir. “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2” İctimai Birliyinin Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən ofisinin uçmaq təhlükəsinin qarşısını almaq məqsədi ilə kotlavan qazılmış hissənin xarici divarından 5,94 metr olmaqla, həmin kotlavanın "xxxx" MMC tərəfindən torpaqla doldurulub, bərkitmə işlərinin həyata keçirilməsi və bir daha ara məsafəsi daxilində söküntü və tikinti işlərinin aparılması "xxxx" MMC-yə və onun podratçılarına qadağan edilməlidir; • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(006)- 404/2023 saylı icra sənədinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5270/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək müvəqqəti təminat tədbiri kimi X7 və ailə üzvlərinin ünvan 4 ünvanında yerləşən 32 nömrəli mənzildə yaşamaqlarına maneçilik törədən hərəkətlər: mənzilin işıq, su, qaz xətlərinin kəsilməsi, mənzilin yerləşdiyi binanın divarlarının (yalnız ünvan 4 ünvanında yerləşən 32 nömrəli mənzilə aid hissədə) uçurdulması “İnvest.M Construction" MMC-yə qadağan edilməlidir; • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(006)- 403/2023 saylı icra sənədinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-1274/2024 saylı qərardadı ilə X3 mülkiyyətində olan Ak.Mirəsədulla Mirqasımov küçəsi, ev 04, 80 a saylı mənzilin sökülməsinin (digər formada zədələnməsi kimi də nəzərə alınmaqla) "xxxx" MMC-yə qadağan edilməsi ilə bağlı məhdudiyyətin müddəti Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1274/2024 saylı mülki işi üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək uzadılmalıdır; • "xxxx" MMC-nin direktoru Şəxs Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 22 saylı məktubunda qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(103)-680/2023 saylı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(006)-404/2023 saylı və xx.xx.2024-cü il tarixli, 16(006)-403/2023 saylı icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilmiş və bu barədə müvafiq aktlar tərtib olunmuşdur. Başqa sözlə qeyd edilən qərardadların icrası ilə bağlı hazırki vaxta kimi heç bir rəsmi qaydada xəbərdarlıq edilməmiş, inzibati protokol tərtib edilməmişdir. Lakin hazırda bu qərardadların icra edilməməsi barədə icra məmuruna məlumat verildiyindən inzibati protokol tərtib edilmişdir. Halbuki onlar yenə də icra sənədində qadağan edilmiş müəyyən hərəkətləri etməkdə maraqlı deyil və onlara riayət etməyə çalışırlar. Lakin Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamının icrası ilə əlaqədar ərazidə onlara məhkəmə qərarları ilə qadağan edilməyən müəyyən hərəkətləri davam etdirərkən təsadüf nəticəsində ehtiyatsızlıqdan müəyyən kommunikasiya xətlərinin pozulması hallarına yol verilmişdir. Qeyd etdikləri kimi bu hərəkətlər qəsdən edilməmiş və çox qısa müddət ərzində bərpa ediləcəkdir. Həmçinin nəzərə alınmalıdır ki, onlar 159 ailəni kirayədə saxlayır, onlara veriləcək mənzillər olan binanın inşası həyata keçirilməli və həmin ərazi tikinti ərazisidir. Daha sonra nəzərə alınsa ki, orada yerləşən kommunikasiya xətləri istismar müddətini başa vurduğundan, köhnəlmiş vəziyyətdə olduğundan ən adi bir hərəkətdən həmin xətlərdə müəyyən problemlər yarana bilir ki, həmin problemlər də dərhal aradan qaldırılır. Bundan əlavə, orada adı çəkilən şəxslərlə də bağlı onların ayrıca giriş-çıxışının təmin edilməsi, təhlükəsiz şəkildə rahat gediş-gəliş yollarının yaradılması ilə bağlı lazımi tədbirlər görülür. Lakin istəristəməz həmin ərazi tikinti ərazisi olduğuna görə belə sıxıntıların yaşanması anlaşılan olmalı, çünki qeyd etdiyi kimi hər hansı problem yaranan kimi dərhal aradan qaldırılır. Qeyd olunanların nəzərə alınması xahiş olunmuşdur; • xx.xx.2024-cü il tarixli aktda əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, 16(103)-680/2023 saylı icra sənədinin icra vəziyyətini yoxlamaq məqsədilə Ak.Mirəsədulla Mirqasımov küçəsi, 04 saylı ünvana gəlmiş, “AVCİYA” İctimai Birliyinin fəaliyyət göstərdiyi binanın bütün (qaz, su, işıq və internet) kommunal xətlərinin kəsilərək sıradan çıxarıldığı, həmin ictimai birliyin mövcud olmuş yolunun tamamilə dağıdıldığı, Ak.Mirəsədulla Mirqasımov küçəsinə yeni yol verildiyi, lakin piyadaların sərbəst istifadəsinə yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. “AVCİYA” İctimai Birliyinin sədri X6 bildirmişdir ki, Mirqasımov küçəsindən olan yol məhkəmə qararı olmasına baxmayaraq icra məmurlarının şirkətlə iş birliyinə görə açılmır, yol bağlıdır, gediş-gəliş üçün tam yararsızdır. Onlar blokadadadırlar, işıqsız, susuz, qazsızdırlar. Bununla bağlı lazımi tədbirlər görülmür, şirkət tərəfindən cinayət törədilməsinə şərait yaradılır. Beləliklə, məhkəmə müəyyən olunur ki, "xxxx" MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(103)-680/2023 saylı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(006)-404/2023 saylı və xx.xx.2024-cü il tarixli, 16(006)-403/2023 saylı icra vərəqələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirilməmiş, xx.xx.2024-cü il tarixli aktda əsasən Ak.Mirəsədulla Mirqasımov küçəsi, 04 saylı ünvanda icra sənədində qadağan edilmiş addımların atıldığı (qaz, su işıq, internet və.s xətlərin kəsilərək sıradan çıxarılması) müəyyən edilmişdir. Eyni zamanda da "xxxx" MMC-nin direktoru Şəxs xx.xx.2024-cü il tarixli məktubunda da qeyd olunur ki, təsadüf nəticəsində ehtiyatsızlıqdan həmin ünvanda onlara məhkəmə qərarları ilə qadağan edilməyən müəyyən hərəkətləri davam etdirərkən müəyyən kommunikasiya xətlərinin pozulması hallarına yol verilmiş, bu hərəkətlər qəsdən edilməmiş və çox qısa müddət ərzində bərpa ediləcəkdir. Göründüyü kimi "xxxx" MMC tərəfindən icra sənədlərində qadağan edilmiş müəyyən hərəkətlər edilmiş və bu inkar olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 07 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3cü maddə); • İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (9.1-ci maddə); • Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (31.2-ci maddə). Məhkəmədə "xxxx" MMC-nin direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs kimi həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar