Məhkəmə qərarları › İş №3(006)-2493/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2493/2021

09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2493/2021 09.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 İnzibati xəta haqqında 19-cu polis şöbəsinin sahə rəisi protokolu tərtib etmiş şəxs: X3 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1993-cü il tarixdə Neftçala rayonu, Qırmızıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, orta təhsilli, Neftçala rayonu, Qırmızıkənd kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib olunmuş 09.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 09 sentyabr 2021-ci il tarixdə, saat 08 radələrində ünvan 1 ünvanda polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin sahə rəisi X7 izahatında göstərdi ki, 09.09.2021-ci il tarixdə, saat 08 radələrində yol-patrul xidmətinin əməkdaşları ünvan 1 ünvanda xidmətdə olarkən “Mercedes-Benz” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanının yerində olmadığı üçün həmin nəqliyyat vasitəsini saxlamışlar. Avtomobilin sürücüsünə yaxınlaşıb ondan sənədləri istəmiş, sürücü Şəxs də özünü təqdim edərkən soyadını “Musayev” kimi təqdim etmiş, eyni zamanda sənədlərin üzərində olmadığını bildirmişdir. Polis əməkdaşları xüsusi texniki vasitə ilə onun şəxsiyyətini dəqiqləşdirməyə çalışsalar da, buna nail ola bilməmiş və buna görə də sürücüyə avtomobili xüsusi duracağa yerləşdirəcəyini söyləmişlər. Şəxs avtomobilinin aparılmasının qarşısını almağa çalışaraq yol-patrul xidmətinin əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, sonra üzərindəki kəsici alətlə öz qol nahiyəsinə xəsarətlər yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, onun sürücülük hüququ olmasa da, ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olur və etibarnamə ilə atasının istifadəsində olan “Mercedes-Benz” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 09.09.2021-ci il tarixdə səhər saatlarında həmin avtomobillə Nəsimi rayonu, Moskva prospekti ilə hərəkətdə olarkən yol-patrul xidmətinin əməkdaşı onu saxlatdırmış və maşının dövlət qeydiyyat nişanının yerində olmadığını bildirib ondan sənədləri tələb etmiş, ad və soyadını soruşmuşdur. O da özünü X4 təqdim etmiş və sənədlərinin olmadığını bildirmişdir. Polislər avtomobilini dayanacağa yerləşdirmək istədikdə, o, buna imkan vermək istəməmiş, daha sonra yaxınlıqdakı mağazadan aldığı kəsici alətlə əsəbi halda özünə xəsarət yetirməyə başlamışdır. Hadisə yerinə təcili tibbi yardım çağırılmış, daha sonra polislər tərəfindən şöbəyə aparılmışdır. Onun cərimə ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Baş Polis İdarəsinin X14 İdarəsinə bilavasitə tabe olan Yol-patrul xidməti alayının baş inspektoru X6 izahat verərək göstərdi ki, 09.09.2021-ci il tarixdə, səhər saat 08 radələrində Nəsimi rayonu, Moskva prospekti, 46 saylı ünvanda xidmətdə olarkən “Mercedes-Benz” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanının yerində olmadığını görüb həmin maşını saxlatdırmış, sürücüyə yaxınlaşıb özünü təqdim edərək xəta barədə ona məlum verib sənədləri istəmişdir. Lakin sürücü sənədlərin olmadığını bildirmiş, eyni zamanda özünü X4 təqdim etmişdir. Bundan sonra müvafiq portal vasitəsilə həmin şəxsi müəyyən etmək istədikdə, belə adlı şəxsin olmadığını müəyyən etmişlər. Məsələni sürücüyə deyəndə, sonuncu təkidlə X9 olduğunu dəfələrlə söyləmiş, ancaq şəxsiyyətini təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Belə olan halda ona bildirilmişdir ki, idarə etdiyi avtomobil xüsusi duracağa yerləşdirilməlidir. Bu zaman sürücü nəqliyyat vasitəsinin üzərindən açarları götürərək maşının aparılmayacağını bildirib onlarla mübahisə etməyə başlamış, daha sonra üzərindəki kəsici alətlə özünə xəsarətlər yetirmişdir. Onlar bu şəxsi dəfələrlə ictimai qaydaya və tələbə əməl etməyə dəvət etsələr də, sonuncu buna məhəl qoymayıb hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən həmin şəxsi təcili tibbi yardım çağırıb lazımi xidmət göstərildikdən sonra raportla 19-cu polis şöbəsinə təhvil vermişlər. Sonradan müəyyən edilmişdir ki, həmin şəxs Şəxsdur, onun nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur, belə hüququ olmadan əvvəllər bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunub və ödənilməmiş xeyli cəriməsi var. Məhkəmə iclasında şahid qismində dindirilən yol-patrul xidməti əməkdaşı X1 şahid X2 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb və təqdim olunmuş video görüntülərə baxaraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və s. halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 09 sentyabr 2021-ci il tarixdən, saat 15:10-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar