Məhkəmə qərarları › İş №3(006)-2498/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2498/2024

12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2498/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Qərardan şikayət verən şəxs Altıparmak Barışın nümayəndəsi və vəkili Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X6 iştirakları ilə Altıparmak Barışın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Altıparmak Barış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə “X12 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (bundan sonra: Şirkət) baş direktoru X5 Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə müəyyən edilən inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 2000 (iki min) manat inzibati cərimə edilmişdir. Qeyd edilən qərar qanunsuz və əsassızdır, hesab edirlər ki, məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, qərara görə Şirkətin əməkdaşı X2 iş yerində bədbəxt hadisə nəticəsində xəsarət alması ilə bağlı hadisə Şirkət tərəfindən gizlədilmişdir. Bununla da Şirkətin baş direktoru Bans Altıparmak inzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Bildirirlər ki, həmin dövrdə istehsalat qəzaları ilə bağlı məlumatların X3 (bundan sonra DƏMX) verilməsi ya Şirkətin istehsalat qəzası keçirmiş işçinin işlədiyi müvafiq layihəsindən, ya da Baş ofisindən həyata keçirilmişdir. Məlumatı DƏMX-a verməkdə məsuliyyətli olan şəxslər arasında anlaşmazlıq nəticəsində bu məlumat DƏMX-a bildirilməmişdir. Lakin bu gizlədilmə məqsədi daşımamışdır və gizlədilmə sayılmamalıdır. Belə ki, Şirkət tərəfindən həm işçinin səhhəti ilə bağlı onun xəstəxanaya yerləşdirilməsi, həm də hadisənin araşdırılması ilə bağlı müvafiq orqanlara getməsinin təmin edilməsi (nəqliyyat vasitəsinin ayrılması) Şirkətin hadisəni gizlətmə məqsədi daşımadığının bariz sübutudur. Həmçinin, qeyd edirlər ki, xx.xx.2024-cü il tarixli, MN ******* №-li inzibati tənbeh vermə haqqında qərar İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin tələblərini pozmaqla qəbul edilmişdir. Belə ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyi Xocavənd Rayon Polis Şöbəsi tərəfindən araşdırılma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. İXM-nin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, binzibati tənbeh vermə haqqında qərar ən gec 24 mart 2023-cü il tarixədək verilə bilərdi. İXM-nin 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi, Barıs Altıparmak barəsində İXM-nin 555.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi əsasızdır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs Altıparmak Barışın nümayəndəsi və vəkili Nümayəndə şikayətdə göstərilənlərlə eyni məzmunlu izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X10 şikayətin dəlilləri ilə razılaşmayaraq izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Xocalı rayonunun işğaldan azad edilmiş Sığnaq kəndində, “Zəfər Yolu”nun 78-ci kilometrliyində X9 idarə etdiyi “Mitsubishi L 200” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə X2 idarə etdiyi “Mitsubishi L 200” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində X1 uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət almışdır. xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilmişdir. Bundan sonra onlar əməyin mühafizəsinə nəzarət edən orqan - Əmək Müfəttişliyinə daxil olan məlumat əsasında təhqiqat başlanmış və onlara bədbəxt hadisə barəsində məlumat verilmədiyi üçün “X12 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin baş direktoru Barış Altıparmak xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərar əsasında Azərbaycan Respublikası İXM-nin 555.3-cü maddəsinə əsasən 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “X12 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sabiq işçisi X2 xx.xx.2022-ci il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin baş vermə faktı “X12 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin baş direktoru Barış Altıparmak tərəfindən gizlədilmişdir. Nəticədə, Altıparmak Barış tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və o, 2000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X4 əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tərkibi əlamətləri müəyyən edilsə də, X9 zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə barəsində boplanmış material üzrə hərnin xüsusallarla bağlı Azərbaycan Respulikası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilmişdir. X2 barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir. X9 və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibat protokol tərtib edilməsi üçün qəbul edimiş qərarın sürəti RPŞ-nin DYPB-yə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 555.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Xocalı rayonunun işğaldan azad edilmiş Sığnaq kəndində, “Zəfər Yolu”nun 78-ci kilometrliyində X9 idarə etdiyi “Mitsubishi L 200” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə X2 idarə etdiyi “Mitsubishi L 200” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində X1 uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət almışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən X4 əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilsə də, X9 zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə barəsində boplanmış material üzrə hərnin xüsusallarla bağlı Azərbaycan Respulikası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilmişdir. X2 barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir. X9 və X2 bərəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibat protokol tərtib edilməsi üçün qəbul edimiş qərarın sürəti RPŞnin DYPB-yə verilməsi qərara alınmışdır. Bundan sonra Əmək Müfəttişliyinə daxil olan məlumat əsasında təhqiqat başlanmış və onlara bədbəxt hadisə barəsində məlumat verilmədiyi üçün “X12 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin baş direktoru Barış Altıparmak xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərar əsasında Azərbaycan Respublikası İXM-nin 555.3-cü maddəsinə əsasən 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qəbul etmişdir. Göründüyü kimi, Barış Altıparmak tərəfindən inzibati xəta hadisəsi törədildiyi gün, yəni xx.xx.2022-ci il tarixdir. Belə ki, xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi törədilmiş, həmin hadisə nəticəsində “X12 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin işçisi X7 xəsarət almış və həmin araşdırma nəticəsində Xocalı RPŞ-nin TQ-nun baş təhqiqatçısı, polis baş leytenantı Əbülfəz Dünyamalıyev tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən MN ******* saylı nömrəli inzibati tənbeh vermə haqqında qərar isə xx.xx.2024-cü il tarixdə, yəni Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qəbul edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Belə olan halda hesab edirəm ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı və 38-ci maddələrinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan və yaxud vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilən Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsi ilə nəzərdə tutulan hallardan biri olduqda, inzibati iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Barış Altıparmakın şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barış Altıparmakın şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar