Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2501/2025 14.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Şikayət vermiş şəxs X1 nümayəndəsi və vəkili Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, səlahiyyətli orqan tərəfindən inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə müvafiq olaraq “İnzibati tənbeh vermə haqqında” MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli Qərara əsasən barəsində inzibati tənbeh növündə 1700 manat məbləğində cərimə tətbiq edilmişdir. Belə ki, səlahiyyətli orqan - Əmək Məcəlləsinin 79.3-cü maddəsinin tələblərinin pozulmasına istinad edərək belə qənaətə gəlmişdir ki, güya X8 “MKT İK" MMC-də istehsalat qəzası nəticəsində əmək qabiliyyətini itirmiş, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxs olmasına baxmayaraq işdən azad edilmişdir. Qərar poçt vasitəsilə 08 aprel 2025-ci il tarixində yaşadığı ünvanda ona rəsmi olaraq təqdim edilmişdir. Aşağıda göstərilənlərə əsasən, “İnzibati tənbeh vermə haqqında Qərar”ı qanunsuz və əsassız hesab edir və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Belə ki, iş materiallarına əlavə edilmiş “İz formalı” aktdan görünür ki, X7 vaxtilə “Biləsuvar Pambıq" Açıq Səhmdar Cəmiyyətində işləyərkən xx.xx.1996-cı il tarixdə istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət almış və sonradan ona əlillik dərəcəsi müəyyən edilmişdir. Bundan əlavə bildirir ki, X5 reabilitasiya müəssisəsində reabilitasiya (müalicə) keçməsi barədə Cəmiyyətə məlumat verməmiş və bununla da bağlı iş materiallarına hər hansı sübutedici sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin maddənin 8.3-cü bəndinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bildirir ki, sübut etmə vəzifəsinin səlahiyyətli orqanın üzərinə düşməsinə baxmayaraq onun tərəfindən X5 reablitasiya müəssisəsində müalicə keçməsini təsdiq edəcək hüquqmüəyyənedici sənədlər qərarda öz əksini tapmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79.3-cü bəndinə əsasən, müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin, onların arzusu ilə və bu Qanunun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş X3 nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar. Məhkəmənin nəzərinə çatdırır ki, X8 əmək xəsarətini "xxxx" Açıq Səhmdar Cəmiyyətində, yəni başqa bir təşkilatda işləyəndə almışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna nəzər saldıqda, orada bir müəssisədə işləyən və həmin müəssisədə xəsarət almış şəxslərdən bəhs edildiyi müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin hallarından da göründüyü kimi öz qulluq vəzifələrimin yerinə yetirilməməsi faktları mövcud deyildir. Hesab edir ki, bu əsaslara və İnzibati Xətalar Məcəlləsinin müddəalarına görə onun barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməlidir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, işçinin əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun qaydada xitam verilmişdir ki, vəzifəli şəxs qismində əməlində xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş qərar əsassız hesab edilməlidir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli ******* nömrəli “İnzibati Xətalar haqqında” Qərar əsassızdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələblərinə əsasən, “Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər". Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən barəmdə qəbul olunmuş “İnzibati tənbeh vermə haqqında” MN ******* nömrəli xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X1 nümayəndəsi və vəkili Nümayəndə şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilən orqanın nümayəndəsi X6 izahatında bildirmişdir ki, X8 əmək hüquqlarının pozulması ilə bağlı X10 Xidmətinə müraciət etmiş və araşdırma zamanı müəyyən edilmişdir ki, X8 reabilitasiya müəssisəsində və ya digər reabilitasiya subyektində müalicə keçən əlilliyi olan şəxs olmasına baxmayaraq əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79.3-cü maddəsində qeyd olunur ki, müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Odur ki, hesab edirlər ki, qəbul olunmuş qərar qanuni və əsaslıdır və qarşı tərəf öz təqsirsizliyini sübut etməlidir. Əlavə olaraq bildirmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü şərti tətbiq olunur, yəni inzibati xəta aradan qaldırıldığı halda inzibati cərimə tətbiq olunmur. Göstərilənləri nəzərə alaraq şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, X8 reabilitasiya müəssisəsində və ya digər reabilitasiya subyektində müalicə keçən əlilliyi olan şəxs olmasına baxmayaraq əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilmiş, bununla da AR Əmək Məcəlləsinin 79.3-cü maddəsinin tələbi pozulduğu üçün X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 1700 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan “e-social.gov.az” saytından əldə olunmuş çıxarışdan görünür ki, X8 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əmək müqaviləsi qüvvədə olduğu dövrdə sağ yuxarı ətrafın mil bilək oynağı səviyyəsində amputasion güdülü diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə ikinci qrup əlilliyi olan şəxs olaraq reabilitasiya müəssisəsində müalicədə olmuşdur. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən materiallara, məlumatlara və ərizələrə inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin materiallarda, məlumatlarda və ərizələrdə inzibati xətanın əlamətləri göstərilən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işlərin başlanmasına əsasdır. Həmin Məcəllənin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlarından şikayət, prokuror isə protest verilə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından–yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Məhkəmə iclasında müəyyən edildi ki, X8 reabilitasiya müəssisəsində və ya digər reabilitasiya subyektində müalicə keçən əlilliyi olan şəxs olmasına baxmayaraq əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79.3-cü maddəsinə əsasən müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, X8 reabilitasiya müəssisəsində və ya digər reabilitasiya subyektində müalicə keçən əlilliyi olan şəxs olmasına baxmayaraq, bu hal "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 tərəfindən nəzərə alınmadan xx.xx.2025-ci il tarixində X5 əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, şikayətçi X4 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi üçün əsas ola biləcək hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə X1 şikayət ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99100, 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2501/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2501/2025
14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver