Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2507/2021 14.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən qəbul edilmiş 19 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən qəbul edilmiş 19 avqust 2021-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarından göründüyü kimi mübahisələndirilən qərar 19 avqust 2021-ci il tarixdə qəbul olunmuş, həmin qərardan şikayət vermə müddəti X1 tərəfindən buraxılmış, həmçinin sonuncu tərəfindən buraxılmış müddətin bərpasına dair vəsatət təqdim olunmamışdır. Qeyd olunanlara əsasən və İXM-in 118, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən qəbul edilmiş 19 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2507/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2507/2021
14.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver