Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2509/2021 14.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X6, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1960-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəsimi rayon İcra şöbəsinin icra məmuru X9 tərəfindən 13 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Apelyasiya Məhkəməsinin 12 iyun 2015-ci il tarixli, 2(103)-1526/2015 saylı icra sənədi üzrə aliment borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru V.İ.Hüseynov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 12 iyun 2015-ci il tarixli, 2(103)-1526/2015 saylı icra sənədinə əsasən 21 yanvar 2003-cü il təvəllüdlü X4 və 25 mart 1997-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 09 oktyabr 2014-cü il tarixdən başlayaraq hər ay cavabdeh Şəxs qazancından və digər gəlirlərindən 1/3 hissəsi miqdarında, həmçinin hər bir uşağa görə sabit pul məbləğində 60 manat olmaqla 120 manat miqdarında aliment tutularaq iddiaçı X2 verilməlidir. İcra sənədi üzrə icraata 05 yanvar 2018-ci il tarixdə başlanılmış, borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş və izahatı alınmışdır. Borclu söz verməsinə baxmayaraq icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmışdır. Bundan başqa, borclunun hər hansı daşınmaz əmlakının olub-olmaması, sığortaolunan və ya pensiyaçı kimi qeydiyyata alınıbalınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Həmçinin, borclunun adına olan avtomobilin üzərinə icra məmuru tərəfindən həbs qoyulmuşdur. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinin məhkəmədən xahiş etmişdir. Bundan başqa, icra məmuru V.İ.Hüseynov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ümumilikdə yığılmış aliment borcu 4.840 manat təşkil edir, icra sənədi icraya yönəldiləndən bəri müəyyən ödənişlər olub. Hal-hazırda borclunun ödənilməmiş 4.200 manat məbləğində aliment borcu var. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, İcra sənədindən məlumatlıdır. Halhazırda maddi vəziyyəti olduqca aşağıdır. Hər ay sadəcə 80-100 manat məbləğində ödəniş edə bilər. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar G.A.Məmmədova izahatında göstərmişdir ki, himayəsində iki övladı var və hər ikisi Moskvada oxuyur. Övladlarından bir xəstəlikdən əziyyət çəkir. O sadəcə aliment borcunun ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 12 iyun 2015-ci il tarixli, 2(103)-1526/2015 saylı icra vərəqəsindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 12 iyun 2015-ci il tarixli, 2(103)-1526/2015 saylı icra sənədinə əsasən 21 yanvar 2003-cü il təvəllüdlü K.N.Süleymanlının və 25 mart 1997-ci il təvəllüdlü A.N.Süleymanlının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 09 oktyabr 2014-cü il tarixdən başlayaraq hər ay cavabdeh Şəxs qazancından və digər gəlirlərindən 1/3 hissəsi miqdarında, həmçinin hər bir uşağa görə sabit pul məbləğində 60 manat olmaqla 120 manat miqdarında aliment tutularaq iddiaçı G.A.Süleymanovaya verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında 05 yanvar 2018-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Apelyasiya Məhkəməsinin 12 iyun 2015-ci il tarixli, 2(103)-1526/2015 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin Şəxs ünvanladığı 05 yanvar 2018-ci il tarixli tələbin dərhal icrası haqqında bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün ona xəbardarlıq edilmiş və həmin bildiriş borcluya 22 yanvar 2018-ci il tarixdə təqdim edilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin Şəxs ünvanladığı 26 iyul 2018-ci il tarixli xəbərdarlıqdan görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün sonuncuya xəbardarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin 26 iyul 2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs Bakı Apelyasiya Məhkəməsinin 12 iyun 2015-ci il tarixli, 2(103)-1526/2015 saylı icra sənədi üzrə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında 10 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, borclu Şəxs mülkiyyətində olan “VAZ 2103” minik markalı, **-DG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Beləliklə, müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 12 iyun 2015-ci il tarixli, 2(103)-1526/2015 saylı icra sənədinə əsasən 21 yanvar 2003-cü il təvəllüdlü K.N.Süleymanlının və 25 mart 1997-ci il təvəllüdlü A.N.Süleymanlının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 09 oktyabr 2014-cü il tarixdən başlayaraq hər ay cavabdeh Şəxs qazancından və digər gəlirlərindən 1/3 hissəsi miqdarında, həmçinin hər bir uşağa görə sabit pul məbləğində 60 manat olmaqla 120 manat miqdarında aliment tutularaq iddiaçı G.A.Süleymanovaya verilməlidir. İcra sənədi üzrə icraata 05 yanvar 2018-ci il tarixdə başlanılmış, borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş və izahatı alınmışdır. Borclu söz verməsinə baxmayaraq icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmışdır. Bundan başqa, borclunun hər hansı daşınar və ya daşınmaz əmlakının olub-olmaması, sığortaolunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Həmçinin, borclunun adına olan avtomobilin üzərinə icra məmuru tərəfindən həbs qoyulmuşdur. Bununla da, borclu Şəxs icra sənədlərini könüllü icra etməmişdir. Məhkəmə işin faktiki hallarına, iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarlarının icrası ilə bağlı borclu Şəxs uzun müddət öncədən tələbin icrası haqqında bildiriş verilməsinə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, nəticədə icra sənədinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə borclu Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2509/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2509/2021
14.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver