Məhkəmə qərarları › İş №3(006)-2515/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2515/2020

08.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2515/2020 08.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X2 qızının katibliyi, Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin baş inspektoru (YNH üzrə) X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx xxxxxxx 2020-ci il tarixli, AP 0186187saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 11:30 radələrində Ak.Həsən Əliyev küçəsində sola manevr edərkən “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 5-ci bəndinin tələbi pozaraq özündən sol tərəfdə eyni səmtdə düzünə hərəkətdə olan “Fast Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, toqquşma nəticəsində həmin avtomobilin sahibinə maddi ziyan dəymiş, daha sonra Şəxs avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi məlum olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin nümayəndəsi T.T.İsmayılov inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, xx xxxxxxx 2020-ci il tarixdə, saat 18:30 radələrində **-OF-*** markalı “Toyota Corolla” markalı avtomobil ona lazım olduğu üçün götürüb idarə etmiş və həmin gün saat 11:30-da Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsində yolu sağ tərəfində asta sürətlə hərəkət edərək C.Məmmədquluzadə küçəsini keçdikdən sonra bilmədən sola, yəni geriyə dönmək istəyərkən idarə etdiyi avtomobilin qabaq sol ön və yan küçəsi ilə sol tərəfində düzünə hərəkətdə olan “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı “6261” çağırışlı PPX-nin avtomaşının arxa sağ yan hissəsi ilə toqquşmuş və maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı tək olmuş və xəsarət alan olmamışdır. Həmçinin zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilmişdir. Göstərilən halları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Həmçinin bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs barəsində inzibati icraat aparılan şəxs Şəxs ilə oxşar məzmunlu ifadə vermiş, sonuncu tərəfindən ona dəymiş maddi ziyanın ödənildiyi və Şəxs barəsində inzibati tənbeh növünün tətbiq edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 11:30 radələrində Ak.Həsən Əliyev küçəsində sola manevr edərkən “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 5-ci bəndinin tələbi pozaraq özündən sol tərəfdə eyni səmtdə düzünə hərəkətdə olan “Fast Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, toqquşma nəticəsində həmin avtomobilin sahibinə maddi ziyan dəymiş, daha sonra Şəxs avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi məlum olmuş və bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Toyota Corolla” markalı, **- OF-*** dövlət qeydiyyat nişanlı avtomobil Ak.H.Əliyev küçəsində hərəkət edən “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa sağ yan hissəsi ilə toqquşmuşdur. İş materiallarında olan Nəsimi RPİ DYPŞ tərəfindən tərtib olunmuş arayışdan görünür ki, Azərbaycan Respublikası DİN WEB portal vasitəsinin məlumatına əsasən xx.xx.1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş (şəxsiyyət vəsiqəsi AZE ********) Şəxs məxsus sürücülük vəsiqəsi qeydə alınmamışdır. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, 2/9336 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə ayıq olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 11:30 radələrində Ak.Həsən Əliyev küçəsində sola manevr edərkən “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 5-ci bəndinin tələbi pozaraq özündən sol tərəfdə eyni səmtdə düzünə hərəkətdə olan “Fast Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, toqquşma nəticəsində həmin avtomobilin sahibinə maddi ziyan dəymiş, daha sonra Şəxs avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi məlum olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1və 332.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin332.4-cü maddəsndə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar