Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2517/2020 09.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X6 qızının katibliyi, Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 1986-cı il tarixdə Şərur rayonu, Kosacan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-4971/2019 saylı icra vərəqəsini icra etməkdən qəsdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru E.N.Qulubəyli inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-4971/2019 saylı icra sənədinə əsasən borclu Şəxs xx xxxxxx 2011-ci il təvəllüdlü X5 və xx xxxx 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmalarına görə hər ay hər uşaq üçün 160 manat, ümumilikdə 320 manat sabit pul məbləğində aliment tutularaq tələbkar G.A.Mustafayevaya ödənilməlidir. Borclu Şəxs alimenti ödəməkdən mütəmadi olaraq yayınmış, nəticədə, onun bugünədək ödənilməmiş 1.070 (bir min yetmiş) manat aliment borcu yaranmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan əlavə icra məmuru E.N.Qulubəyli məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu Şəxs 4 il ərzində icra şöbəsinin çağırışlarına vaxtlıvaxtdında gəlmiş, alimenti ödəməkdə heç bir problem çıxarmamışdır. Pandemiya səbəbindən aliment borcu yığılmışdır. Hazırda işləmir, kirayədə qalır və maddi imkanı yaxşı deyil. Həmçinin bildirmişdir ki, borclu Şəxs Əmək və X4 Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, yaranmış aliment borcundan məlumatı var. Əvvəllər işi olduğu üçün aliment borcundan vaxtlı-vaxtında ödənişlər etmiş, icra məmurunun çağırışlarına gəlmişdir. Hazırda aliment borcundan 1.020 manat məhkəmə iclasında tələbkar G.A.Mustafayevayaya ödəniş edir. Göstərilənlərə əsasən, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar G.A.Mustafayeva öz izahatında göstərmişdir ki, himayəsində iki azyaşlı uşağı var, Şəxs başqa ailəsidə var. Uşaqları heç görmür və uşaqlara qayğı göstərmir və atalıq vəzifələrini yerinə yetirmir. Yaranmış aliment borcunu tələb edir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-4971/2019 saylı icra vərəqəsindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(006)-5470/2017 saylı qətnaməsi ilə xx xxxxxx 2011-ci il təvəllüdlü A.O.Cəlillova və xx xxxx 2013-cü il təvəllüdlü A.Şəxsnın saxlanmaları üçün cavabdeh Şəxs iddiaçı G.A.Mustafayevanın xeyrinə tutulan alimentin miqdarı dəyişdirilmiş, cavabdeh Şəxs xx xxxxxx 2011-ci il təvəllüdlü A.O.Cəlillova və xx xxxx 2013cü il təvəllüdlü A.Şəxsnın yetkinlik yaşına çatanadək saxlanmalarına görə hər ay hər uşaq üçün 160 manat, ümumilikdə 320 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı G.A.Mustafayevaya ödənilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-4971/2019 saylı icra vərəqəsi üzrə həmin tarixdə icraat başlanılmışdır. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli Nəsimi Rayon İcra və probasiya şöbəsinin məktubundan görünür ki, borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan ayrı-ayrı qurumlara verilmiş sorğuların cavablarına əsasən müəyyən edilir ki, Şəxs hər hansı gəliri yoxdur, onun mülkiyyətində hər hansı dəyərli əşyası və ya əmlakı aşkar edilməmişdir. İş materiallarında olan tələbkar G.A.Mustafayevin xx xxxxxxx 2020-ci il tarixli qəbzindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 4971/2019 saylı qərarı üzrə ona ödənilməli olan borc məbləği üzrə 1020 manat pulu Şəxs qəbul etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki,Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-4971/2019 saylı icra sənədinə əsasən borclu Şəxs xx xxxxxx 2011-ci il təvəllüdlü X5 və xx xxxx 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmalarına görə hər ay hər uşaq üçün 160 manat, ümumilikdə 320 manat sabit pul məbləğində aliment tutularaq tələbkar G.A.Mustafayevaya ödənilməlidir. Həmin icra vərəqəsi üzrə icraata Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya tələbin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Lakin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədi borclu tərəfindən icra edilmədiyindən xx xxxxxxx 2020-ci il tarixdə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə iclasında Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru E.N.Qulubəylinin izahatından və təqdim olunmuş qəbzin surətindən müəyyən olunmuşdur ki, Şəxs yaranmış aliment 1.070 manat aliment borcundan 1.020 manatını ödəmişdir. Bu fakt məhkəmə iclasında iştirak edən bütün proses iştirakçıları tərəfindən də təsdiq edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi hazırda sözügedən icra sənədi üzrə aliment borcu Şəxs tərəfindən tam şəkildə ödənildiyindən həmin icra sənədinin sonuncusu tərəfindən qərəzli olaraq icra edilməməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının İXM-nin528.1-ci maddəsinəəsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinəəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə,məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2517/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2517/2020
09.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver