Məhkəmə qərarları › İş №3(006)-2527/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2527/2020

14.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2527/2020 14.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu X2Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Dövlət X6 İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından verdiyi şikayəti məhkəmədə baxmağa hazırlayarkən m ü ə y y ə n e t d i m: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Dövlət X6 İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Dövlət X6 İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2020ci il tarixliqərarı ilə X1 Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib, 200 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Dövlət X7 edilmiş şikayətlərdən şikayətçinin əvvəlcədən barəsində qəbul edilmiş qərardan məlumatlı olmasına baxmayaraq, şikayət vermə müddətinin ötürülməsi müəyyən olunmuş və üzürlü səbəblərdən şikayət vermə müddətinin ötürülməsinə dair şikayət ərizəsində hər hansı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, X2Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Dövlət X6 İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2020-ci il tarixliqərarından şikayəti Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzürlü sayılmasına dair əsaslı sübut təqdim edilmədiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Dövlət X6 İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından verdiyi şikayət geri qaytarılsın. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar