Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2533/2022 12.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 4; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Statistika İdarəsi tərəfindən "xxxx" MMC barəsində İXM-in 389-cu maddəsi ilə MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC (rüblük) 12-istehsal (sənaye) (malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında) hesabatı iyun ayı üzrə iyul ayının 5-ci iş günü, saat 13:00-dək dövlət statistika orqanlarına təqdim etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X3 izahat verərək bildirdi ki, "xxxx" MMC 2022-ci ilin rüblük üzrə 12-istehsal sənaye mallarının istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında rəsmi statistik hesabatı dövlət statistika orqanlarına təqdim etməli idi. Lakin həmin sənəd hesabat ayından sonrakı ayın, yəni iyun ayı üzrə iyul ayının 5-ci iş günü, saat 13:00-dək təqdim edilməmişdir. Buna görə də şirkətin inzibati məsuliyyətə cəlb olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X4 izahat verərək bildirdi ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsinin hazırladığı ******* nömrəli inzibati xəta haqqında porokolu əsassızdır və rədd edilməlidir. Belə ki, protokolda qeyd edilmişdir ki, Bakı şəhəri, 2022-ci ilin (rüblük) 12-ci istehsal (sənaye) (malların istehsalı, təqdimedilməsi və xidmətlərin göstərilməsi haqqında) hesabatı iyun ayı üzrə iyul ayının 5-ci iş günü saat 13:00-a dək təqdim edilməmişdir. Daha sonra sonra izahat bölməsində Bakı Ofset Kombinatı ASC adından “izahat verməkdən imtina etdi” yazısı qeyd edilmişdir. Bildirirlər ki, Bakı Ofset Kombinatı ASC 2005-ci ildən fəaliyyət göstərir və bu vaxta kimi heç bir dövlət orqanı ilə məhkəmə çəkişməsi və ya problemi olmamışdır. Qeyd edilən məsələ ilə bağlı isə bildirirlər ki, Bakı Ofset Kombinatı ASC tərəfindən hər rüb Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsinə hesabat verilir. Hesabat gecikən zaman Statistika idarəsi tərəfindən ən azı bildiriş məktubu olur və ya şifahi olaraq zəng edib bildirirlər. 15 ildən çox fəaliyyət göstərmələrinə baxmayaraq bu vaxta kimi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsindən Bakı Ofset Kombinatı ASC-yə nə şifahi xəbərdarlıq olub, nə də bildiriş məktubu göndərilib. Bakı Ofset Kombinatı ASC-yə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsindən 05 aprel 2021-ci il tarixli, 876 nömrəli məktub daxil olub, (digər sənədlər bölməsinə sənədi əlavə etdik) Həmin məktubun da indiki protokola aidiyyəti yoxdur. Qeyd olunan ******* nömrəli inzibati xəta haqqında porokoldan da onların xəbəri yoxdur və bununla bağlı onlara rəsmi və ya qeyri-rəsmi heç bir məlumat daxil olmayıb. Odur ki, yuxarıda qeyd etdiklərini nəzərə alaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsinin Bakı Ofset Kombinatı ASC-ə qarşı hazırladığı ******* nömrəli inzibati xəta haqqında porokolun icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqdim olunmuş müvafiq sistemdən olan çıxarışa əsasən "xxxx" MMC tərəfindən (rüblük) 12istehsal (sənaye) (malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında) hesabatı vaxtında təqdim edilməmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə görə dövlət statistika orqanlarına öz vəzifələrini yerinə yetirmək üçün statistik müşahidələrin aparılması üçün məlumatlar təqdim etməyən, yaxud məlumatları gecikdirməklə və ya təhriflə təqdim edən, statistik sirri yayan şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati icraat başlamaq və inzibati tənbeh tədbirləri tətbiq etmək hüququ verilir. Həmin Qanunun 11-ci maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2013-cü il tarixli, 132/09 saylı qərarı ilə təsdiq edilmiş “Xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında” 12-xidmət №-li aylıq/rüblük rəsmi statistika hesabatı forması”nda (Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində xx.xx.2013-cü il tarixdə **********0132 nömrə ilə qeydiyyata alınmışdır) göstərilmişdir ki, hesabat əsas fəaliyyəti xidmətlərin göstərilməsi olan hüquqi şəxslər (onların filial və nümayəndəlikləri) tərəfindən yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real vaxt rejimində təqdim edilir: kiçik, orta və iri sahibkarlıq subyektləri aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 5-ci iş günü saat 13:00-dək; mikro sahibkarlıq subyektləri rüblük dövriliklə, hesabat rübündən sonrakı ayın 20- dək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən mikro sahibkar kategoriyasına işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 min manatdan aşağı olan, kiçik sahibkar kategoriyasına - işçilərinin orta siyahı sayı 11-50 nəfər, illik gəliri 200 min manatdan yuxarı, 3 milyon manatdan aşağı olan, orta sahibkar kategoriyasına - işçilərinin orta siyahı sayı 51-250 nəfər, illik gəliri 3 milyon manatdan yuxarı, 30 milyon manatdan aşağı olan, iri sahibkar kategoriyasına - işçilərinin orta siyahı sayı 251 və ondan yuxarı, illik gəliri 30 milyon manatdan yuxarı olan sahibkarlıq subyektləri aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin törətdiyi inzibati xətanın xarakterini nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2533/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2533/2022
12.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver