Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2537/2022 12.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2021-ci il tarixli, EP ******* (00100-1389/21) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2021-ci il tarixli, EP ******* (00100-1389/21) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına 08K6634/08K7247 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərin **********7425 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli Gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmiş, bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə hüquqi və vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmasını nəzərdə tutur. İstənilən şəxsin istənilən növdə olan məsuliyyəti (mülki, intizam, inzibati, cinayət) məhz həmin şəxsin vəzifə və öhdəliklərini yerinə yetirməməsi halında yarana bilər. Bu məntiqlə, qısa idxal bəyannaməsinin vaxtında təqdim edilməməsinə görə inzibati məsuliyyətin subyekti məhz qanunla üzərinə həmin qısa idxal bəyannaməsini təqdim etmək vəzifəsi qoyulmuş şəxs ola bilər. Bu vəzifə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 148-ci maddəsi ilə bəyannaməçinin üzərinə qoyulmuşdur. Belə ki, AR Gömrük Məcəlləsinin 148.3.1-ci və 148.3.3-cü maddələrinə görə, bəyannaməçinin vəzifələrindən biri də malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək və gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etməkdir. Eyni zamanda, “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 263 nömrəli, xx.xx.2014-cü il tarixli qərarının 13.1-ci yarımbəndində qeyd olunur: “Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri iiçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur.” Göründüyü kimi, qanunvericilik qısa idxal bəyannaməsinin yalnız malı alan deyil vasitəçi tərəfindən verilməsini, vasitəçinin bəyannaməçi qismində gömrük münasibətlərində iştirakının mümkünlüyünü və bu halda qısa idxal bəyannaməsinin verilməməsinə görə məhz bəyannaməçinin məsuliyyətini nəzərdə tutur. Şəxs MMC ilə “X4” MMC arasında imzalanmış GİA 35/20 nömrəli, xx.xx.2020-ci il tarixli “Vasitəçilik xidmətlərinin göstərilməsi barədə” müqavilə ilə (əlavə olunur) gömrük əməliyyatlarının aparılması bəyannaməçi qismində “X4” MMC-yə (VÖEN: **********) həvalə olunmuşdur və xx.xx.2021-ci il tarixində tərtib olunmuş qısa idxal bəyannaməsindən də görünür ki, müvafiq gömrük prosedurunda Şəxs MMC yalnız malı qəbul edən, malın ünvanlandığı idxalatçıdır. Bəyannaməçi isə “X4” MMC-dir. Müvafiq malın Şəxs MMC-nin ünvanına daxil olması, onun malı qəbul edən idxalatçı olması faktına əsaslanaraq qanunun imperativ tələblərini pozaraq (bu halda Gömrük Məcəlləsi və "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 263 nömrəli qərarı) Şəxs MMC-nin qısa idxal bəyannaməsini təqdim etmək öhdəliyinin olduğunu və bu öhdəliyini pozduğunu iddia etmək, o cümlədən Şəxs MMC hazırki gömrük münasibətlərində bəyannaməçi olmadığından onun inzibati məsuliyyətinin yaranmasına istinad etmək qanunaziddir. Hüquqi şəxs inzibati məsuliyyətə yalnız AR İXM-nin 18.2-ci maddəsində göstərilən şəxslər tərəfindən törədilən xətalara görə cəlb olunur. Törədildiyi iddia edilən müvafiq inzibati xəta Şəxs ilə əlaqəsi İXM-nin 18.2-ci maddəsində göstərilən qaydada olmayan şəxs tərəfindən törədilmişdir. Bu səbəbdən, hüquqi şəxsi onunla qanunun tələb etdiyi əlaqə (bağlılıq) meyarını ödəməyən şəxs tərəfindən edilən hərəkətlərə görə inzibati məsuliyyətə cəlb etmək yolverilməzdir. İnzibati xəta törədilmişdirsə də, sözügedən hadisəyə yol açan əməl tərəflərindən törədilməmişdir və əmələ münasibətdə təqsirləri (qəsd və ya ehtiyatsızlıq) mövcud deyildir. AR İXM 75-ci maddəsinə əsasən, inzibati məsuliyyəti yaradan əsaslardan növbəlilik qaydasında inzibati xəta hadisəsinin törədilməsi faktından sonra inzibati xətanı törətmiş şəxs və həmin şəxsin təqsiri müəyyən edilməlidir. Hazırki iş üzrə isə Şəxs MMC-nin AR İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinə münasibətdə təqsiri olmadığından o inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmçinin, AR İXM-nin 38.1-ci maddəsinin tələbinə əsasən, gömrük qaydaları əleyhinə törədildiyi iddia edilən inzibati xətalara görə inzibati tənbeh həmin inzibati xətanın törədildiyi gündən ən geci 1 (bir) il keçənədək verilə bilər. 00100-1389/21 (EP 0000374) nömrəli inzibati xəta haqqında protokoldan aydın görünür ki, Cəmiyyətin ünvanına göndərilən mallar xx.xx.2021-ci il saat 04:09 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Gömrük” postundan keçmişdir. BBGİ tərəfindən törədildiyi iddia edilən inzibati xətanın baş verdiyi tarixdən (xx.xx.2021-ci il) artıq 1 (bir) il 1 ay müddət, hətta inzibati xəta haqqında protokolun tərtib edildiyi tarixdən də 1 ildən artıq müddət keçmişdir və bu halda Cəmiyyət İXM-nin 38.1-ci maddəsinin (müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə) tələblərinə əsasən inzibati məsuliyyətə cəlb oluna bilməz. Göstərilənləri nəzərə alaraq hazırki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/019017 nömrəli xx.xx.2021-ci il tarixli raporta əsasən Şəxs MMC-nin ünvanına gələn xx.xx.2021-ci il tarixdə 08K6634/08K7247 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********7425 saylı GB-si ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin “X1 sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışdan görünür ki, Şəxs MMC-nin ünvanına 08K6634/08K7247 nömrəli nəqliyyat vasitəsi ilə göndərilən mallar xx.xx.2021-ci il tarixdə saat 04:09 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, **********7425 saylı gömrük bəyannaməsinin surətindən görünür ki, həmin bəyannamənin “əvvəlki bəyannamə və sənədin xülasəsi” adlanan 40-cı qrafasında heç bir qeydiyyat aparılmamışdır. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Lakin inzibati xəta hadisəsi törədildiyi gündən, yəni xx.xx.2021-ci il tarixindən bir ildən artıq müddət keçdiyindən inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2537/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2537/2022
12.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver