Məhkəmə qərarları › İş №3(006)-2538/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2538/2022

29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2538/2022 29.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Ağsu rayonu, Bico kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, subay, Ağsu rayonu, Bico ərazi dairəsi, Bico kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, o, 29 iyul 2022-ci il tarixdə Nəsimi rayonu, Azadlıq prospekti ilə Natiq Şahbazov küçəsinin kəsişməsində sərxoş vəziyyətdə polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X2 izahatında bildirmişdir ki, Şəxs 29 iyul 2022-ci il tarixdə Nəsimi rayonu, Azadlıq prospekti ilə Natiq Şahbazov küçəsinin kəsişməsində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Polis əməkdaşları tərəfindən təqdim edilmiş raport əsasında tərəfindən protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, o, 29 iyul 2022-ci il tarixdə Nəsimi rayonu ərazisində yerləşən obyektə qonaq kimi gəlmiş, lakin obyektin içərisinə daxil olmamış və çöldə telefonla danışmağa başlamışdır. Bu zaman obyektin içərisində bir qız və oğlan dava etmiş, bununla bağlı obyektə polis əməkdaşları gəlmişdir. Daha sonra polis əməkdaşları ona telefonla bərkdən danışdığı üçün asayişi pozduğunu əsas gətirərək telefonunu əlindən almış və onu polis maşınına otuzdurmuşlar. Halbuki normal şəkildə bölməyə dəvət etsəydilər, o da razılaşıb gedərdi. O, telefonla qışqıraraq danışmasını boynuna alır, lakin polisə tabesizlik göstərməmişdir. Həmin vaxt ad günündən gəldiyindən bir az içkili olmuşdur. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X4 izahatında bildirmişdir ki, 29 iyul 2022-ci il tarixdə inzibati ərazidə xidmət apararkən Nəsimi rayonu, Azadlıq prospekti ilə Natiq Şahbazov küçəsinin kəsişməsindəki klubun qarşısında bir nəfər şəxsin içkili vəziyyətdə telefonla qışqıraraq danışdığını və küçə döyüşləri söydüyünü aşkar etmişlər. Sonradan şəxsiyyətinin Şəxs olduğu müəyyən edilən həmin xanıma sakit olmasını bildirsələr də, Şəxs səs-küy salmağa davam etmişdir. Daha sonra Şəxs polis bölməsinə getmək üçün maşına əyləşməsini təklif etsələr də, Şəxs onların tələbinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantı X3 izahatında bildirmişdir ki, 29 iyul 2022-ci il tarixdə inzibati ərazidə xidmət apararkən bölmədən “Elit” adlı klubda səs-küy olması ilə bağlı məlumat daxil olmuş, obyektin yerləşdiyi əraziyə getdikdə orada Şəxs nalayiq ifadələr işlətməklə qışqıraraq telefonla danışdığını, səs-küy saldığını aşkar etmişlər. Şəxs polis bölməsinə dəvət etmiş, lakin sonuncu onların tələbinə tabe olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli raporta əsasən Şəxs 29 iyul 2022-ci il tarixdə polisin qanuni tələbinə tabe olmamış və bu səbəbdən Nəsimi RPİ-nin 21-ci PB-yə gətirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Nəsimi RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən tərtib olunmuş raport əsasında Şəxs 21-ci PB-yə yə gətirilmiş, PB-də olan zaman səs-küy salaraq PB-nin iş fəaliyyətini pozmuşdur. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair xx.xx.2022-ci il tarixli, 2/17841 saylı protokola əsasən Şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 29 iyul 2022-ci il tarixdə saat 05:50-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar