Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2539/2024 23.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024cü il tarixdə saat 14:00-da “TOYOTA PRİUS (HİBRİD) minik” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünü təsirli bilməyərək qeyd etmişdir ki, işıqforun qadağan edici qırmızı işığında dayanıb yaşıl işığın yanmasını gözləyirdi. Elə həmin vaxt yolayrıcında hərəkəti tənzimləyən DYP-nin əməkdaşı əlində olan jezl ilə S.Vurğun küçəsi istiqamətdə hərəkətə icazə vermişdir və o hərəkətə başlayaraq yolayrıcını düzünə keçərkən sol tərəfdən Bakıxanov küçəsi ilə Türkiyə Səfirliyi istiqamətindən sürətlə hərəkətdə olan sonradan markasını bildiyi “TUFAN” markalı moped sürücüsü gəldiyi sürətlə ön hissəsi ilə onun idarə etdiyi avtomobilin sol hissəsindən toqquşmuşdur. Hadisə nəticəsində moped sürücüsü yüngül xəsarət almışdır. O və ətrafda toplaşan şəxslər həmin sürücüyə köməklik edərək hadisə yerinə təcili yardım çağırmışlar. Təcili yardım həkimləri moped sürücüsünü müayinə olunmasından ötrü xəstəxanaya aparmışdır. Hadisə zamanı o yolayırıcında dayanmışdır. Yol kəsişməsində işıqforun qırmızı işığında dayanıb gözləsə də hərəkəti tənzimləyən yol polisinin əməkdaşı hərəkəti tənzimləyərək hərəkətə icazə verdikdən sonra yolayırıcına daxil olmuşdur və həmin anda moped sürücüsü gəldiyi sürətlə toqquşmaya səbəb olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nəsimi RPİ-nin növbətçi hissəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 351 nömrəli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:06-da DİN-in 102 zəng xidmətindən daxil olmuş məlumata əsasən X3, Türkiyə Səfirliyinin yanı, saat 14:20 radələrində işıqforun yaşıl işığında hərəkətdə olan zaman **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun idarə etdiyi motosikleti vurması nəticəsində xəsarət almışdır. Respublika xəstəxanasından daxil olmuş məlumatda X1 dizin əzilmiş deşilmiş yarası xəsarətini almışdır. İş materiallarına əsasən izahatı alınmış Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 14:00 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “TOYOTA PRİUS (HİBRİD) minik” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə üzü Təzə Bazar istiqamətində hərəkət edirdi. Həmin vaxt Bakıxanov küçəsinin kəsişməsinə çatdıqda işıqforun qadağan edici qırmızı işığında dayanıb yaşıl işığın yanmasını gözləyirdi. Elə həmin vaxt yolayrıcında hərəkəti tənzimləyən DYP-nin əməkdaşı əlində olan jezl ilə S.Vurğun küçəsi istiqamətdə hərəkətə icazə vermişdir və o hərəkətə başlayaraq yolayrıcını düzünə keçərkən sol tərəfdən Bakıxanov küçəsi ilə Türkiyə Səfirliyi istiqamətindən sürətlə hərəkətdə olan sonradan markasını bildiyi “TUFAN” markalı moped sürücüsü gəldiyi sürətlə ön hissəsi ilə onun idarə etdiyi avtomobilin sol hissəsindən toqquşmuşdur. Hadisə nəticəsində moped sürücüsü yüngül xəsarət almışdır. O və ətrafda toplaşan şəxslər həmin sürücüyə köməklik edərək hadisə yerinə təcili yardım çağırmışlar. Təcili yardım həkimləri moped sürücüsünü müayinə olunmasından ötrü xəstəxanaya aparmışdır. Hadisə zamanı o yolayırıcında dayanmışdır. Yol kəsişməsində işıqforun qırmızı işığında dayanıb gözləsə də hərəkəti tənzimləyən yol polisinin əməkdaşı hərəkəti tənzimləyərək hərəkətə icazə verdikdən sonra yolayırıcına daxil olmuşdur və həmin anda moped sürücüsü gəldiyi sürətlə toqquşmaya səbəb olmuşdur. İş materiallarına əsasən izahatı alınmış zərər çəkmiş şəxs X3 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 14:00 radələrində özünə məxsus idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “TUFAN S-50” markalı (maksimum sürəti 45 km/saat sürəti ilə məhdudlaşdırılmış) Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi ilə üzü Tiblisi prospekti istiqamətində hərəkət edirdi. Həmin vaxt S.Vurğun küçəsinin kəsişməsinə yaxınlaşdıqda işıqforun yaşıl işığı yanılı olduğu üçün o öz hərəkətini davam edib yolayırıcına daxil olmaqla düzünə hərəkətdə olarkən S.Vurğun küçəsi ilə sağ tərəfdə qırmızı işıqda dayanmış sonradan markasını və nömrə nişanını bildiyi “TOYOTA PRİUS (HİBRİD) minik” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfil olaraq hərəkətə başlayıb ayırıcını keçdikdə qarşısına çıxmışdır və nəticədə idarə etdiyi mopedlə avtomobil ön sol hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən asfalt üzərinə çırpılaraq xəsarət almışdır. Hadisə yerində yolda həmin kəsişmədə hərəkəti nizamlayan yol polisi əməkdaşı və ətrafda toplaşan şəxslər həmin sürücüyə köməklik edərək hadisə yerinə təcili yardım çağırmışlar. Təcili yardım həkimləri onu müayinə olunmasından ötrü Respublika xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilmiş və sağ diz qapağında açıq yara olduğu üçün cərrahi tikiş qoyulmuşdur. Daha sonra öz razılığı ilə evə buraxılmışdır. Hazırda ev şəraitində müalicəsi davam edir. Hadisə nəticəsində idarə etdiyi moped də ciddi maddi ziyan dəymişdir. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 xx.xx.2024-cü il tarixli, 501 nömrəli rəyindən görünür ki, X2 bədən səthində aşkar edilmiş xəsarət – sağ dizin oynağı nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ saidin, hər iki diz oynağı nahiyəsinin və sol baldırın sıyrıqları, sağ bazu oynağı nahiyəsinin, sağ bud-çanaq oynağı nahiyəsinin və sağ ayağın 1-ci barmağının qançırları bərk küt əşyanın təsirindən müayinədən 4-6 gün əvvələ əmələ gəlmişdirlər, onun tibbi yardım üçün Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. X2 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 20 may 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış materialın Nəsimi RPİ-nin DYPŞ-si vasitəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işin hallarını araşdırıb və tərəflin çıxışını dinləyib belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən o, Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, həmçinin belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55, 105, 114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2539/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2539/2024
23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver