Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-254/2022 13.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 19-cu PŞ-nin sahə rəisi, polis kapitanı X1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ali təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 09.01.2022-ci il tarixdə Zərərçəkmiş şəxs sosial şəbəkədə yerləşdirdiyi qadın geyimlərinin satışı ilə bağlı alıcı kimi özünü təqdim edərək geyim əşyalarını götürüb apararaq geri qaytarmamış, xırda talama inzibati xətasını törətmişdir. Bakı şəhər Nəsimi RPİ-nin 19-cu PŞ-nin sahə rəisi, polis kapitanı X3 tərtib etdiyi protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs “instagram” sosial şəbəkəsindəki səhifəsində satış məqsədilə geyim əşyaları yerləşdirmiş, Şəxs 400 manatlıq malı bəyənib sifariş vermiş, ünvan 2 ünvanında ölçülərini yoxlamaq adı ilə götürmüş, lakin bir daha geri qaytarmamışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, o, vasitəçi olmuş, malları götürərək tapşırılan mənzilə çatdırmışdır. Malların bəzisini tapmışdır və qaytarır, digər malların dəyərini isə ödəyir. Hazırda zərər çəkmiş şəxslə barışdığını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, 09.01.2022-ci il tarixdə “instagram” sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi qadın geyimini bəyənib almaq istəyən Şəxs ondan həmin geyim əşyasını ünvan 2 ünvanına gətirməsini xahiş etmişdir. O, geyimləri həmin ünvana gətirən zaman həmin qadın geyim əşyalarını götürərək əynində yoxlayıb ölçülərini dəqiqləşdirmək adı ilə binanın girişinə daxil olmuş və geri qayıtmamışdır. Bundan sonra xanımın istifadə etdiyi telefon nömrəsinə zəng vurduqda telefon söndürülmüşdür. Belə olduqda o, DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə ilə əlaqədar məlumat vermişdir. Hazırda isə o, Şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Şəxs qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 13 yanvar 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işinin başlanılması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən barəsində inzibati tədbir görülməsi məqsədilə qərarın surəti Nəsimi RPİ-nin 19-cu PŞ-nin rəhbərliyinə təqdim olunmuşdur. İş materiallarında olan 13.01.2022-ci il tarixli ərizədən müəyyən edilir ki, inzibati xəta törətmiş Şəxs tərəfindən törətdiyi inzibati xəta nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərər ödənilmiş və onunla barışmışdır, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanılmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyindən və zərər çəkmiş şəxslə barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-254/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-254/2022
13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver