Məhkəmə qərarları › İş №3(006)-2548/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2548/2022

01.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2548/2022 01.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nin 21-ci PB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2022-ci il taixdə Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi 97 ünvanında ev alqı-satqısı ofisində “Samsung Galaxy A21S” markalı mobil telefon oğurlamış, bununla da, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi RPİ-nin 21-ci PB-nin sahə rəisi Ə.E.Qurbanov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək xx.xx.2022-ci il tarixdə, ünvan 2 ünvanda qeydiyyatda yaşayan Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə müraciət edərək bildirmişdir ki, o, həmin tarixdə, təqribən saat 11 radələrində işlədiyi ünvan 3 ünvanda yuxuladığı zaman özünə məxsus “Samsung A21S” markalı mobil telefonunun naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Daxil olmuş məlumat əsasında təhqiqatçı İlkin Nəbizadə ilkin araşdırma aparmış və toplanmış materialda Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsinin tərkib hissəsi yaranmadığından cinayət işinin başlanması rədd edilmiş, əməli törətmiş şəxsin şəxsiyyəti və olduğu yer müəyyən edilərək həmin şəxsin barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada müvafiq tədbir görülməsi üçün Nəsimi RPİ-nin 21-ci PB-nə göndərilməsi qərara alınmışdır. Daha sonra həmin material 21-ci PB-nə daxil olduqdan sonra araşdırılma aparılmış, araşdırma nəticəsində inzibati xəta hadisəsini törətmiş şəxsin xx.xx.1961-ci il təvəlüdlü Şəxs olduğu müəyyən edilmişdir. Bundan başqa, o bildirmişdir ki, müşahidə edici kameralarda Şəxs binaya daxil olması və çıxması görünsə də hər hansı əşyanı götürməsi müşahidə edilmir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə təqribən saat 10 radələrində öz ofisinə yaxınlaşanda Rahilə onu öz ofisinə çağırmış, o, sonuncunun ofisinə yaxınlaşaraq ona borclu olduğu 45 manat pulu ofisin qarşısında vermişdir. Təqribən 5-10 dəqiqə sonra Rahilə onu həyəcanlı halda yanına çağıraraq istifadəsində olan mobil telefonunun yerində tapmadığını naməlum şəxs tərəfindən oğurlandığını demişdir. O, da Rahiləyə kömək edərək öz mobil telefonu vasitəsi ilə onun telefon nömrəsinə dəfələrlə zəng etmiş, ancaq telefonuna zəng çatmamışdır. Bundan sonra Rahilə onun mobil telefonu vasitəsi ilə 4 dəfə DİN-in 102 xidmətinə zəng vurub, telefonunun oğurlandığını bildirmişdir. Həmin gün o, Rahiləyə kömək etdiyi üçün sonuncu ona dəfələrlə təşəkkür etmişdir. Lakin bir müddət sonra Rahilənin ondan şübhələndiyini polis vasitəsi ilə eşitmiş, sadəcə “Qurban bayramı” olduğu üçün həmin vaxt rayonda bayram keçirdiyindən bölməyə sonra gələ bilmişdir. Şübhəsi düzgün olmasa da, Rahilə guya kamera vasitəsi ilə obyektin qarşısında onu gördüyünü və buna görə də ondan şübhələndiyini bildirmişdir. Ancaq bunlar əsassızdır, o, Rahilənin telefonunu götürməmiş, heç hadisə vaxtı onun obyektinin içərisinə girməmişdir. Əksinə Rahilə özü ona borc vermişdir. Onun bu hadisə ilə bağlı heç bir əlaqəsi yoxdur. O, indiyənə kimi, belə hadisə ilə qarşılaşmamış və belə bir əmələ yol verməmişdir. Göstərilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, artıq uzun müddətdir ki, ünvan 4 ünvanda yerləşən obyektdə makler olaraq işləyir. Belə ki, o, gün ərzində tez-tez müştəri və ya ətrafdakılar obyektə girib-çıxırlar. xx.xx.2022-ci il tarixdə, təqribən saat 11 radələrində obyektdə olmuş, o, yorğun olduğu üçün yuxulamış, həmin vaxt telefonu yanına oturacağın üstünə qoyduğunu xatırlamış, anidən ayılmış və telefonu nə qədər axtarsa da, tapa bilməmişdir. Belə ki, dəfələrlə baxsa da, “Samsung A21s” markalı mobil telefonu tapa bilməmiş və sonunda telefonun naməlum şəxs tərəfindən oğurlandığını başa düşmüşdür. Oğurluq nəticəsində ona dəymiş ziyan ümumilikdə 485 azn təşkil edir. Bundan başqa o, bildirmişdir ki, həmin gün onun yanında Şəxs başqası olmamışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək və proses iştirakçılarının izahatını dinləyərək hesab edir ki, materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol Nəsimi RPİ-nin 21-ci PB-nə qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, təhqiqatçı tərəfindən hadisəni törədən naməlum şəxsin şəxsiyyətinin və olduğu yerinin və şahid dairəsinin müəyyən edilməsi, həmçinin videogörüntüləri müəyyən edilərək təhqiqata təqdim edilməsi istiqamətində aidiyyəti xidmət sahəsinə tapşırıq verilmiş, həmçinin müvafiq mobil operatorlara da sorğular göndərilmişdir. Lakin həmin tapşırıqlara və sorğulara cavab alınmamışdır. Bununla da, məhkəmə hesab edir ki, baş vermiş hadisə ilə bağlı şahid izahatları və videogörüntülər iş materiallarına əlavə edilmədiyindən toplanmış materiallara baxmaq mümkün deyildir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Nəsimi RPİ-nin 21-ci PB-nə qaytarılmalıdır. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Nəsimi RPİnin 21-ci Polis Bölməsinə qaytarılsın. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar