Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2552/2022 11.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ X14 İdarəsinin nümayəndəsi Nümayəndə1, X1 iştirakları ilə X4 Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 11:34 radələrində Rəşid Behbudov küçəsi 13 ünvanında X14 işarə vermişdir ki, maşını saxlasın. O da maşını saxlamışdır. Polis əməkdaşı ona yaxınlaşmış, lakin özünü təqdim etməmişdir. Daha sonra isə yol hərəkəti qaydasını pozduğunu bildirmişdir. O isə heç bir qayda pozmadığını bildirmişdir. Polis əməkdaşı isə onun etirazlarına baxmayaraq 80 manat cərimə yazmışdır. O, buna etiraz olaraq DİN-nin 102 xidmətinə müraciət etmişdir. Onu Bakı şəhəri X14 İdarəsinə çağırmışlar və o da oraya getmişdir. Onu 202-ci otaqda qəbul etmişlər. Ona yol hərəkəti qaydasını pozduğu üçün deyil, polisin saxla əmrinə tabe olmadığı üçün cərimə yazıldığını və ondan 80 manat cərimə ödəməli olduğunu demişlər. O, onların fikirlərini dəyişdirdiklərini gördükdə cəriməni ödəməyəcəyini bildirmişdir. Polis əməkdaşları haqsız yerə ona cərimə yazmışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X9 yuxarıda göstərilən məzmunda izahat verərək Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ X14 İdarəsinin nümayəndəsi Nümayəndə1 şikayətə etiraz edərək bildirdi ki, barəsində qərar qəbul edilmiş fiziki şəxs X7 13 iyul 2022-ci il tarixdə saat 11:25 radələrində Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi ilə R.Behbudov küçəsinin kəsişməsini keçərkən idarə etdiyi Mersedes-Benz C220 CDİ minik markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edib yol hərəkəti qaydasını pozduğuna görə Bakı şəhəri BPİ DYPİ-nə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının MEB-n İİİ-cü tağımının polis serjantı X2 işarəsi verilmiş, lakin sürücü saxla tələbinə tabe olmayaraq hərəkətini davam etdirmişdir. YPX əməkdaşı efir vasitəsi ilə qarşıda xidmət aparan **-YP-*** Patrul avtomobilinə məlumat verərək Mersedes-Benz C220 CDİ minik markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılaraq sürücü barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Bundan sonra sürücü A.M.Fərəcov Bakı şəhəri BPİ DYPİ-nə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının MEB-n İİİ tağımının polis baş serjantı X3 tərəfindən saxlanılmış ona törətdiyi qayda pozuntusu izah edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3-cü maddəsinə əsasən TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ərizənin dəlilləri ondan ibarət olmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 11:34 radələrində DYP tərəfindən saxla işarəsi verilmiş o da maşını saxlamış, heç bir qayda pozmamışdır. Bununla razılaşmayaraq bildirir ki, barəsində qərar çıxarılmış fiziki şəxs X6 dediklərinin əsası olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3-cü maddəsinə əsasən TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılmalıdır. Birinci hal ondan ibarət olmuşdur ki, 13 iyul 2022-ci il tarixdə saat 11:25 radələrində Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsində dörd zolaqlı yolun hərəkət hissəsində sağa yəni R.Behbudova dönmək üçün yolun nişanlanması sağa istiqamət göstərdiyi halda sürücü A.M.Fərəcov həmin zolaqdan düzünə hərəkət etdiyinə görə qayda pozuntusunu aşkar edən YPX əməkdaşı X10 buna görə sürücüyə saxla işarəsi vermişdir. İkinci hal ondan ibarət olmuşdur ki, sürücü A.M.Fərəcov saxla işarəsinə tələbinə tabe olmayaraq hərəkətini davam etdirdiyinə görə YPX əməkdaşı X10 efir vasitəsi ilə qarşıda xidmət aparan YPX patrul avtomobilinə məlumat vermişdir ki, saxlanılsın tədbir görülsün. Göründüyü kimi eyni vaxtda sürücü X7 Mersedes-Benz C220 CDİ minik markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən müxtəlif yol hərəkəti qaydalarını pozaraq inzibati xəta törətmişdir. Həmçinin xətanın mövcudluğu yəni sürücü X7 Mersedes-Benz C220 CDİ minik markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi həmin ərazidə quraşdırılmış Təhlükəsiz şəhər müşahidə kamerası ilə qeydə alınmışdır. Şərh olunanlara əsasən hesab edir ki, barəsində qərar çıxarılmış fiziki şəxs X6 ərizəsinin əsası olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3-cü maddəsinə əsasən TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılmalıdır. Yuxarıda şərh olunanları nəzərə alaraq barəsində qərar çıxarılmış fiziki şəxs X6 ərizəsinin əsası olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3-cü maddəsinə əsasən TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X9 xx.xx.2022-ci il tarixdə saat 11:34-də idarə etdiyi “Mercedes Benz C220 CDİ minik” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə-səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir Beləliklə, məhkəmə hesab edir ki, X9 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3-cü maddələri ilə inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Ona görə də X9 barəsində Bakı şəhər DYPİ-nin TP ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2552/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2552/2022
11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver