Məhkəmə qərarları › İş №3(006)-2561/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2561/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2561/2023 14.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, inzibati xəta haqqında protoklu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi X1, barəsində inzibati qaydada icraat aparılan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, Hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, 00700-00082/23 (EP 0002923) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, gömrük əməliyyatları idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 34/012/001118 saylı raportda ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" QSC-nin ünvanına xx.xx.2023-cü il tarixli, **********1871 sorğu nömrəli gömrük bəyannaməsilə bəyan edilərək Rusiya Federativ Respublikasından idxal olunan və 50 müxtəlif nömrəli vaqonlarla ölkə ərazisinə daxil olan “40 futluq universal vaqon platformalar” yükünə dair qısa idxal bəyannaməsi mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməmişdən öncə elektron qaydada gömrük orqanına verilməmişdir. Araşdırma zərurəti ilə əlaqədar olaraq, "xxxx" QSC-nin ünvanına Şimal Ərazi Bas Gömrük idarəsinin “Yalama” gömrük postundan keçirilməklə xx.xx.2023- cü il tarixli, **********1871 sorqu nömrəli gömrük bəyannaməsilə bəyan edilərək Rusiya Federativ Respublikasından idxal olunan və xx.xx.2023-cü il tarixdə, saat 09:36-da 42131664, 42130757, 42133868, 42137646, 42131474, 42131672, 42129353, 42136440, 42136739, 42130526, 42134080, 42137026, 42130070, 42133322, 42134064, 42136671, 42134833, 42129312, 42133553, 42136945, 42137000, 42137109, 42136176, 42136432, 42129262, 42134734, 42133736, 42131052, 42130237, 42129304, 42130864, 42133520, 42137059, 42136960, 42137463, 42137521, 42135780, 42135582, 42133918, 42135046, 42135137, 42128983, 42131532, 42130781, 42131409, 42133371, 42131045, 42130922 nömrəli vaqonlarla ölkə ərazisinə daxil olan “40 futluq universal vaqon platformalar” yükünə dair qısa idxal bəyannaməsi mallar Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmamışdan əvvəl elektron qaydada gömrük orqanına verilməmişdir. Bununla da, Şəxs QSC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, Şəxs QSC-nin inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, 00700-00082/23 (EP 0002923) saylı inzibati xəta haqqında protokol tamamilə əsassızdır. Belə ki, partner olduqları şirkət onlara vaxtında məlumat vermədikləri üçün QSC tərəfindən gömrük orqanına qısa idxal bəyannaməsi təqdim edilməmiş, sifariş edilmiş mallar gömrük sərhədinə daxil olduqdan sonra məlumat verilmişdir. Şəxs QSC və partner olduqları şirkət arasındakı müqaviləyə əsasən mallar gömrük ərazisinə gəlməzdən 12 saat əvvəl QSC-yə məlumat verilməli idi. Lakin partner olduqları şirkət qeyd olunan müqavilə öhdəliyini pozaraq QSC-yə hər hansı məlumat verməmişdir. Şəxs QSC barəsində əsassız olaraq, tərəflər arasında bağlanmış müqavilə araşdırılmadan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin halı təsdiq edən sənədləri məhkəməyə təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs QSC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş orqanın nümayəndəsi X2 izahatında bildirdi ki, "xxxx" QSC-nin ünvanına xx.xx.2023-cü il tarixli, **********1871 sorğu nömrəli gömrük bəyannaməsilə bəyan edilərək Rusiya Federativ Respublikasından idxal olunan və 50 müxtəlif nömrəli vaqonlarla ölkə ərazisinə daxil olan “40 futluq universal vaqon platformalar” yükünə dair qısa idxal bəyannaməsi mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməmişdən öncə elektron qaydada gömrük orqanına verilməmişdir. Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, 00700-00082/23 (EP 0002923) saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" QSC-nə 1 ildir platforma yükləri gəlir və həmin yüklərin gəlməsi barədə əvvəlcədən məlumatlı olmuşlar. Lakin QSC tərəfindən qısa idxal bəyannaməsi təqdim edilmir. Qeyd olunanları nəzərə alaraq, "xxxx" QSC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13 mart 2023-cü-ci il tarixli raportdan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ünvanına gələn 42131664, 42130757, 42133868, 42137646, 42131474, 42131672, 42129353, 42136440, 42136739, 42130526, 42134080, 42137026, 42130070, 42133322, 42134064, 42136671, 42134833, 42129312, 42133553, 42136945, 42137000, 42137109, 42136176, 42136432, 42129262, 42134734, 42133736, 42131052, 42130237, 42129304, 42130864, 42133520, 42137059, 42136960, 42137463, 42137521, 42135780, 42135582, 42133918, 42135046, 42135137, 42128983, 42131532, 42130781, 42131409, 42133371, 42131045, 42130922 nömrəli nəqliyyat vasitələri ilə ölkə ərazisinə daxil olmuş və **********1871 sorğu nömrəli GB ilə bəyan edilmiş mallara dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim etməli olduğu qısa idxal bəyannaməsinin olmadığı aşkar olunmuşdur. Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursuna baxış keçirilməsinə dair protokoldan görünür ki, "xxxx" QSC-nin ünvanına Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirilməklə xx.xx.2023-cü il tarixli, **********1871 sorğu nömrəli gömrük bəyannaməsilə bəyan edilərək Rusiya Federativ Respublikasından idxal olunan və xx.xx.2023-cü il tarixdə saat 09:36-da 42131664, 42130757, 42133868, 42137646, 42131474, 42131672, 42129353, 42136440, 42136739, 42130526, 42134080, 42137026, 42130070, 42133322, 42134064, 42136671, 42134833, 42129312, 42133553, 42136945, 42137000, 42137109, 42136176, 42136432, 42129262, 42134734, 42133736, 42131052, 42130237, 42129304, 42130864, 42133520, 42137059, 42136960, 42137463, 42137521, 42135780, 42135582, 42133918, 42135046, 42135137, 42128983, 42131532, 42130781, 42131409, 42133371, 42131045, 42130922 nömrəli vaqonlarla ölkə ərazisinə daxil olan “40 futluq” universal vaqon platformalar” yükünə dair qısa idxal bəyannaməsi mallar Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmamışdan əvvəl elektron qaydada gömrük orqanına verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci yarımbəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ünvanına 42131664, 42130757, 42133868, 42137646, 42131474, 42131672, 42129353, 42136440, 42136739, 42130526, 42134080, 42137026, 42130070, 42133322, 42134064, 42136671, 42134833, 42129312, 42133553, 42136945, 42137000, 42137109, 42136176, 42136432, 42129262, 42134734, 42133736, 42131052, 42130237, 42129304, 42130864, 42133520, 42137059, 42136960, 42137463, 42137521, 42135780, 42135582, 42133918, 42135046, 42135137, 42128983, 42131532, 42130781, 42131409, 42133371, 42131045, 42130922 nömrəli vaqonlarla daxil olmuş malların **********1871 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan etmiş idxalatçı tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl mallara dair qısa idxal bəyannaməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci yarımbəndinə əməl edilməklə verilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar