Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2563/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Bakı Nəqliyyat Agentliyinin 27 fevral 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyinin 27 fevral 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Nəqliyyat Agentliyinin 10 fevral 2019-cu il tarixli BNA ******* saylı qərarı ilə, 30 iyun 2019-cu il tarixli BNA ******* saylı qərarı ilə, 07 avqust 2019-cu il tarixli BNA ******* saylı qərarı ilə, 31 avqust 2019-cu il tarixli BNA ******* saylı qərarı ilə, 02 sentyabr 2019-cu il tarixli BNA ******* saylı qərarı ilə, 02 noyabr 2019-cu il tarixli BNA ******* saylı qərarı ilə, 22 noyabr 2019-cu il tarixli ******* saylı qərarı ilə, 29 avqust 2020-ci il tarixli BNA ******* saylı qərarı ilə və 27 fevral 2021-ci il tarixli BNA ******* saylı qərarı ilə tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin tələblərinin pozulması əsas göstərilərək sadalanan hər bir qərara görə ona ayrı-ayrılıqda 20 manat inzibati cərimə və 11 avqust 2020-ci il tarixli BNA ******* saylı qərarı ilə tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346-1.2-ci maddəsinin tələblərinin pozulması əsası ilə ona 10 manat inzibati cərimə tətbiq edilməsi qərara alınmışdır. Yuxarıda sadalanan qərarlar barədə bu yaxınlarda təsadüfən xəbəri olmuş və 19 avqust 2021-ci ildə tərəfindən müraciət olunaraq Bakı Nəqliyyat Agentliyindən götürülmüşdür. Aşağıdakılara əsasən, hesab edir ki, həmin qərarlar ləğv edilməli və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şikavətin maddi hüquqi əsasları Bakı Nəqliyyat Agentliyi tərəfindən kobud prosedur pozuntularına yol verilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində məhz hansı xətalar barəsində inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilə biləcəyi göstərilmişdir və həmin xətalar sırasında İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi və 346-1.2-ci maddəsi qeyd olunmamışdır. Qanunun yuxarıda istinad olunan normasına əsasən, İXM-nin 346.1 və 346.1-2-ci maddələrinə görə inzibati tənbeh vermə haqqında elektron qərar tərtib oluna bilməz. Hazırda barəsində şikayət etdiyi qərarlar isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli 466 saylı qərarı ilə təsdiqlənən 4 nömrəli əlavə - “İnzibati tənbeh vermə haqqında Qərar” formasına uyğun deyil. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, təqsirliliyin siibııta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir, İXM-nin 124.4-cü maddəsinə əsasən yalnızca bort kompyuter vasitəsi ilə tərtib edilmiş protokolun keçərli ola biləcəyi vurğulanır. Hər hansı şəkildə müşahidə kameraları vasitəsi ilə çəkilmiş şəkillərdən istifadə edilməklə tərtib edilən cərimələr qanuni hesab edilə bilməz. Mübahisələndirdiyi qərarlar ona qanunla müəyyən olunmuş qaydada və müddətdə təqdim olunmamışdır. İXM-nin 117.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə verilməlidir; 124.6-cı maddəsinə görə bu Məcəllənin 346.1. 346-1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla. nəqliyyat vasitəsinin inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqlivvat vasitəsinin ön şüşəsinə qoyulur. 125.2.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsi istifadəçisinin mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunun və sair detalları ehtiva edən ödənişsiz SMS məlumat dərhal göndərilməlidir. Qanunun yuxarıda istinad olunan normalarına isə əməl edilməmiş və qərarlar nəinki avtomobilimin ön şüşəsinə qoyulmamışdır, ümumiyyətlə həmin qərarlar ona verilməmiş, onlarla tanışlığı təmin edilməmiş. SMS-biİdiriş göndərilməmiş, həmin qərarlar və onlara əlavə edilmiş materiallar “Poçt haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq sifarişli poçt göndərişi ilə ona təqdim olunmamışdır. İnzibati xətanın icrasına dair müddət artıq keçmişdir belə ki qərar tərtib edildiyi tarixdən bir ildən çox vaxt keçdikdən sonra təsadüfən bu barədə məlumatlı olmuş və qərarı o, Bakı Nəqliyyat Agentliyindən 19 avqust 2021-ci il tarixdə almışdır. Beləliklə, sadalanan bu kobud prosedur pozuntuları - inzibati tənbeh vermə haqqında hazırda barəsində şikayət olunan qərarlar qanunla tələb olunan və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan inzibati tənbeh vermə haqqında qərar formasına uyğun tərtib edilməməsi, həmin qərarların və onlara əlavə edilən materialların ona qəsdən təqdim edilməməsi və bununla da hüquqlarının və qanuni mənafeyinin aşkar pozuntusuna yol verilməsi, özünü müdafiə hüququndan məhrum edilməsi dövlət orqanının işçilərinin peşə funksiyalarına laqeyd münasibətinin təzahürüdür. Göstərilənlər, barəsində şikayət olunan qərarların ləğvini və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olmasını zəruri edir. Şikayətin prosessual əsasları. İXM-nin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün ərzində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət, şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verilir. 133.1-ci maddəsinə müvafiq olaraq, hakim iıızbati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında baxılır. 135.1-ci maddəsinə əsasən, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alataq Bakı Nəqliyyat Agentiyinin27 fevral 2021-ci il tarixli, BNA ******* saylı qərarlarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçiyə və Bakı Nəqliyyat Agentliyinə lazımi qaydada məlumat verilsə də, şikayətçi və Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçinin və Bakı Nəqliyyat Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 27 fevral 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, E.Ə.Şahbazov Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsini törətməkdə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, E.Ə.Şahbazov 27 fevral 2021ci il tarixdə, saat 12:28-də Bakı şəhəri, Nəsimi rayonu, M.Füzuli küçəsində dayanma və ya durma qaydalarını pozaraq özünə məxsus “Toyota Highlander” minik markalı, **-UA-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili saxlamış, buna görə də o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin məhkəmə iclasında iş materiallarına əlavə edilmiş foto-şəkildən görünür ki, E.Ə.Şahbazov 27 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, M.Füzuli küçəsində dayanma və ya durma qaydalarını pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyinin 27 fevral 2021-ci il tarixli, BNA ******* saylı qərarı qanuni və əsaslı olduğundan E.Ə.Şahbazov verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı Nəqliyyat Agentliyinin 27 fevral 2021-ci il tarixli, BNA ******* saylı qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2563/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2563/2021
30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver