Məhkəmə qərarları › İş №3(006)-2564/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2564/2023

19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2564/2023 19.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı X1 Bakı şəhər X4 İdarəsi tərəfindən xx.xx.2023-cü il il tarixdə tərtib edilmiş İXP seriyalı ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X2 inzibati xəta haqqında iş üzrə şikayətlə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş xx.xx.2023-cü il il tarixdə tərtib edilmiş İXP seriyalı ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət və digər materiallar natamam olduğuna və düzgün tərtib edilmədiyinə görə geri qaytarılmalıdır. Belə ki, X2 şikayətinə qeyd edilən qərarı əlavə etməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 106.1-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olması məsələsini həll edir; 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad çıxarılır; Buna görə də məhkəmə hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 109, 114 və 118-ci maddələrinə əsasən, QƏRARA ALDİM: X1 Bakı şəhər X4 İdarəsi tərəfindən xx.xx.2023-cü il il tarixdə tərtib edilmiş İXP seriyalı ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar