Məhkəmə qərarları › İş №3(006)-2566/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2566/2021

11.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2566/2021 11.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndələri Nümayəndə və X4 iştirakları ilə, "xxxx" QSC (hüquqi ünvanı: ünvan 2ın İnzibati Xətalar Məcəlləsinin 233, 234, 237.2 və 264.0.1-ci maddələri üzrə tərtib edilmiş 03 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti tərəfindən "xxxx" QSC-nin Beynəlxalq Ələt limanında quraşdırılmış bioloji təmizləmə qurğusunun istismar qaydalarının pozulması nəticəsində Xəzər dənizinin çirklənməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti tərəfindən "xxxx" QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233, 234, 237.2 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 03 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233, 234, 237.2 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi yeri onları törədən şəxsin qeydiyyatda olduğu ünvan (hüquqi ünvanı) deyil, inzibati xəta hadisəsinin bilavasitə baş verdiyi yer hesab edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta hadisəsinin törədildiyi yer - Bakı şəhəri, Qaradağ rayonunun inzibati ərazisində yerləşir. Belə olan halda isə işə aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndələri Nümayəndə və X5 işin aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsinə etiraz etdiklərini bildirdilər. İnzibati Xətalar Məcəlləsinin 106.0.1-ci maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması məsələlərini həll edir. Həmin məcəllənin 114.3-cü maddəsinə əsasən işə baxılarkən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı və 114-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233, 234, 237.2 və 264.0.1-ci maddələri üzrə tərtib olunmuş 03 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar