Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2566/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə,, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, EP ******* (00100-01215/23) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin ünvanına 62618731, 62616453, 24346801 və 62576459 nömrəli nəqliyyat vasitəsilə daxil olmuş yüklərin **********3263 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmiş, bununla da, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ünvanlanmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktorunun ərizəsinə uyğun izahat verərək göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 3(006)-2569/2023 saylı, 3(006)2568/2023 saylı və 3(006)- 2566/2023 saylı hər üç inzibati iş üzrə inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixdə ölkəyə eyni tarixdə və vaxtda idxal olunmuş eyni xarakterli, eyni adda mallara dair tərtib edilmiş bəyannamələrlə bağlı tərtib edilmişdir. Qeyd edilən hər üç inzibati iş eyni hüquqi şəxsə aid, eyni tarixdə, eyni adda mallara dair tərtib edilmiş inzibati xəta haqqında protokollarla bağlıdır. Hər bir inzibatı iş üzrə ayrı-ayrı inzibati xəta haqqında protokollara baxılması, "xxxx" MMC-nin bir inzibati xətaya görə üç dəfə yüksək məbləğdə inzibati cərimə olunması ilə nəticələnə bilər. Odur ki, Nəsimi Rayon Məhkəməsinin icraatında olan 3(006)-2569/2023 saylı, 3(006)-2568/2023 saylı və 3(006)-2566/2023 saylı inzibati işləri eyni-bir hakim tərəfindən baxılması üçün işləri bir-vahid icraatda birləşdirilməsini və yaxud inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildiriş göndərilsə də, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında materialı araşdırıb belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Nəsimi Rayon Məhkəməsinə ünvanlamış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə daxil olmuş və xx.xx.2023-cü il tarixdə 3(006)-2569/2023 saylı inzibati iş açılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* (00100-01213/23) saylı protokoldan görünür ki, "xxxx" MMC-nin ünvanına 24346819 nömrəli nəqliyyat vasitəsilə daxil olmuş yüklərin **********3771 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Nəsimi Rayon Məhkəməsinə ünvanlamış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə daxil olmuş və xx.xx.2023-cü il tarixdə 3(006)-2568/2023 saylı inzibati iş açılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* (00100-01215/23) saylı protokoldan görünür ki, "xxxx" MMC-nin ünvanına 24346819 nömrəli nəqliyyat vasitəsilə daxil olmuş yüklərin **********3432 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə ölkəyə eyni tarixdə və vaxtda idxal olunmuş eyni xarakterli, eyni adda mallara dair tərtib edilmiş bəyannamələrlə bağlı xx.xx.2023-cü il tarixli, EP ******* (00100-01215/23) saylı, EP ******* (00100-01213/23) saylı və EP ******* (00100-01215/23) saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, EP ******* (00100-01215/23) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə geri qaytarılsın. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2566/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2566/2023
01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver