Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2570/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə, X1 Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X2 barəsində Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol və xx.xx.2024-cü il tarixli qərar tərtib olunmuş, sözügedən qərara əsasən X2 40 (qırx) manat məbləğində cərimə olunmuşdur. İnzibati xəta haqqında qərar qəbul edilməsinə əsas olaraq məcburi hərəkət istiqamət nişanı tələbinə riayət etməyərək sürücünün sol istiqamətə hərəkət etməsi göstərilmişdir. Belə ki, sürücü S.Vurğun küçəsi ilə H.Əliyev küçəsindən üzü Tbilisi prospekti istiqamətinə gedən yol kəsişməsini keçdikdən sonra sola dönmüşdür. Bu zaman yol hərəkət qaydasını pozduğu qeyd edilərək onun barəsində sözügedən protokol tərtib olunmuş və əsas olaraq da məcburi hərəkət istiqaməti ilə bağlı tələbin pozulduğu bildirilmişdir. Qeyd edir ki, “X4” Qanunun 65-ci maddəsinin 4-cü hissəsinə əsasən “4.1.1-4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir.” Buradan aydın olur ki, sözügedən nişan sadəcə ilk yol kəsişməsinə şamil olunmaqla, yol kəsişməsi bitdiyi andan etibarən isə artıq qüvvədən düşür. Bununla da yol kəsişməsini keçdikdən sonra sürücünün məcburi hərəkət isitiqamət nişanına əməl etmədiyinə görə onun inzibati məsuliyyətə cəlb edilməsinin qanunsuz olması öz təsdiqini tapır. Beləliklə də, qeyd etdiyi kimi, H.Əliyev küçəsindən Tbilisi prospektinə gedən yol kəsişməsini keçdikdən sonra artıq həmin nişan qüvvədən düşdüyündən sürücünün sola dönməsi zamanı qeyd edilən nişana əməl edilməsi qayda pozuntusu təşkil etmir. Bildirir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən qayda pozuntusuna yol verilmədiyi polis əməkdaşına izah edilməsinə baxmayaraq, buna məhəl qoyulmamışdır. Eləcə də protokol tərtib olunarkən S.Sərvər tərəfindən ona etiraz yazılmış, həmçinin onlayn qaydada şikayət də olunmuşdur. Azərbaycan Respublikası İXM-in 122.8-ci maddəsinə əsasən, İnzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Lakin nə qərar qəbul edilərkən barəsində qərar qəbul edilmiş S.Sərvər şikayətilə əlaqədar dəvət olunmamış, nə də qanunsuz şəkildə tərtib olunmuş həmin protokol ləğv edilməmişdir. Bunu da xüsusilə qeyd edir ki, qərar elektron sistemə yerləşdirilsə də onun hansı əsasla qəbul edildiyinə dair hər hansı sübut (foto, video materiallar və s.) əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-in 122.3.1 -ci maddəsinə əsasən inzibati xatanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) inzibati tənbeh vermə haqqında elektron qərarda göstərilir. Sözügedən maddənin tələbinə istinadən etmişdir ki, bu baxımdan da qərarın tamamilə qanunsuz şəkildə qəbul edildiyi və ləğv edilməli olduğu bir daha öz təsdiqini tapmışdır. Sərvər Süleymanlı tərəfindən həmin qərar və protokolun ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş, Nəsimi Rayon Məhkəməsinin 3(006)-1766/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Bakı səhər X6 İdarəsi tərəfindən həmin inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin tələblərinə riayət olunmamış, isin bütün halları tədqiq edilmədən. barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı görüntü və ya başqa bir təkzibedilməz dəlil olmadan, habelə barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. Ona görə də şikayət qismən təmin edilərək Bakı şəhər X5 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cii il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul olunmuş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin baxılması üçün həmin quruma göndərilməsi qərara alınmışdır. Göründüyü kimi məhkəmənin qərarında da inzibati xəta haqqında qərarın qanunsuz və ləğv edilməli olmasının açıq şəkildə qeyd edilməsinə baxmayaraq Bakı şəhər X6 İdarəsi tərəfindən qərar ləğv edilərək iş üzrə icraata xitam verilməli olduğu halda, məhkəmənin göstərişinə əməl edilmədən qanunvericiliyə zidd olaraq xx.xx.2024-cü üjarixli inzibati tənbeh vermə haqqında yeni qərar qəbul olunmuşdur. Hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin gəldiyi qənaət işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğu üçün inzibati tənbeh vermə haqqında qəbul olunmuş xx.xx.2024-cü il tarixli qərar da qanunsuzdur və ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi bildirişlər göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 İXM-nin 327.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X4” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. X2 yol hərəkəti qaydalarını pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Həmçinin, məhkəmənin inzibati xəta hadisəsinin videogörüntülərinin məhkəməyə təqdim olunmasına dair Bakı şəhər BPİ-nin X6 İdarəsinə ünvanladığı sorğuya cavab verilməmişdir. Beləliklə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2570/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2570/2024
12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver