Məhkəmə qərarları › İş №3(006)-2572/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2572/2024

03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2572/2024 03.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X7 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş şəxs: icra məmuru X8 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 31, mənzil 15-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 03 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-4324/2020 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 50.000 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 50.030 manat məbləğində pul alınaraq iddiaçı X4 ödənilməlidir. Lakin Şəxs icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X9 izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-4324/2020 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 50.000 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 50.030 manat məbləğində pul alınaraq iddiaçı X4 ödənilməlidir. Həmin icra sənədi üzrə xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü qaydada icra edilməsi üçün borcluya bildiriş göndərilmişdir. İcra sənədi könüllü müddət ərzində təmin edilmədiyindən məcburi icra hərəkətlərinə başlanılmış və borclunun mülkiyyətində əmlakının olubolmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular edilmişdir. Borclu mülkiyyətində “PP 1300-05 QOŞQU” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı, “PP 1300- 05 QOŞQU” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-05 YARİMQOŞQU” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-2 QOŞQU” markalı, J**-YC-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-04 QOŞQU” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-05 YARİMQOŞQU minik markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-05 QOŞQU” minik markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı qoşquların olduğunu bildirərək icra sənədi üzrə borcun həmin əmlaklara yönəldilməsi xahiş etmişdir. xx.xx.2023-cü il tarixli qərara əsasən həmin əmlakların üzərinə məhdudiyyət qoyulmuş, daha sonra bu qoşquların qiymətləndirilməsi üçün mütəxəssis dəvət edilmiş və xx.xx.2023-cü il tarixli, 0348/23 saylı mütəxəssis rəyinə əsasən “PP 1300-05 YARİMQOŞQU” markalı qoşqunun bazar dəyəri 27.000 manat təşkil etmişdir. Borcun əvəzi kimi bu qoşqulardan 3-ü tələbkara təklif edilmiş, lakin sonuncunun nümayəndəsi bunu qəbul etməkdən imtina edərək onların hərraca çıxarılaraq satılmasını xahiş etmişdir. Bununla əlaqədar “X1 Mərkəzi” MMC tərəfindən açıq hərrac keçirilsə də, alıcı müraciəti olmadığı səbəbindən onlar satılmamışdır. Daha sonra “PP 1300-05 YARİMQOŞQU” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-04 QOŞQU” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-05 YARİMQOŞQU minik markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı və “PP 1300-05 QOŞQU” minik markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı qoşquların açıq hərracdan satılması üçün "xxxx" MMC-yə müraciət olunmuş, lakin həmin şirkət tərəfindən xx.xx.2024cü il tarixli məktubla verilmiş cavabda keçirilən hərrac zamanı bu əmlakların satılmaması göstərilmişdir. Hər iki hərracdan sonra “İcra haqqında” Qanunun 53.1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin əmlakların borc əvəzi kimi qəbul edilməsi tələbkara təklif edilsə də, sonuncu bundan imtina etmiş və borcun tam şəkildə ödənilməsini tələb etmişdir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-4324/2020 saylı icra sənədinin icrasından yayınmır. Onun tələbkar X4 bu vəsaiti birdəfəlik ödəməyə imkanı yoxdur. Əvvəllər işlədiyi üçün əmək haqqısının yarısı icra məmuru tərəfindən tutulmuşdur. O, könüllü şəkildə mülkiyyətində qoşqu və yarımqoşquların olması barədə icra məmuruna məlumat vermiş və tələbin həmin əmlaklara yönəldilməsini xahiş etmişdir. Lakin tələbkar borc əvəzi olaraq həmin əmlakları götürməmişdir. Hazırda onun borcu birdəfəyə ödəməyə maddi imkanı yoxdur, əmlakların satışından borcu ödəyə bilər. İşə xitam verilməsini xahiş edir. İş materiallarında olan: • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 4324/2020 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 50.000 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 50.030 manat məbləğində pul alınaraq iddiaçı X4 ödənilməlidir; • Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs mülkiyyətində olan “PP 1300-05 QOŞQU” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-05 QOŞQU” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-05 YARİMQOŞQU” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-2 QOŞQU” markalı, J**-YC-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-04 QOŞQU” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-05 YARİMQOŞQU minik markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-05 QOŞQU” minik markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı qoşquların üzərinə məhdudiyyət qoyulmuşdur; • xx.xx.2023-cü il tarixli, 0348/23 saylı mütəxəssis rəyinə əsasən “PP 1300-05 YARİMQOŞQU” markalı qoşqunun bazar dəyəri 27.000 manat təşkil edir; • 16.10.2023-cü il tarixli ərizədən aydın olur ki, tələbkar X3 nümayəndəsi və vəkili X2 borclu Şəxs məxsus ümumilikdə 81.000 manat dəyərində qiymətləndirilmiş 03 ədəd yarımqoşqudan imtina edir və onların hərraca çıxarılaraq satılmasını xahiş edir; • “X1 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunur ki, mövcud qanunvericiliyə əsasən Şəxs məxsus “PP 1300-05 QOŞQU” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-05 QOŞQU” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-2 QOŞQU” markalı, J**-YC-*** dövlət qeydiyyat nişanlı qoşquların açıq hərracları keçirilmiş, lakin həmin qoşqulara dair alıcı müraciəti olmadığı səbəbindən qoşqular satılmamışdır; • Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən “Əmlakın tələbkara təklif olunması haqqında” xx.xx.2024-cü il tarixli, 106-197071/2021-5-39 saylı tələbkar X4 ünvanlanmış təklifdən görünür ki, “Sərraf-M” Qiymətləndirmə və konsaltinq şirkətinin xx.xx.2023-cü il tarixli, 0348/23 saylı mütəxəssis rəyinə əsasən “PP 1300-05 QOŞQU” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-05 QOŞQU” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-2 QOŞQU” markalı, J**-YC-*** dövlət qeydiyyat nişanlı qoşquların biri 27.000 manat olmaqla, ümumilikdə 81.000 manat olaraq qiymətləndirilmişdir. “X1 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən qeyd olunan qoşquların açıq hərracları keçirilmiş, lakin həmin qoşqulara dair alıcı müraciəti olmadığı səbəbindən qoşqular satılmamışdır. “İcra haqqında” Qanunun 53.1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin əmlakların borc əvəzi kimi qəbul edilməsi təklif edilir; • "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 049/24 saylı məktubda qeyd olunur ki, keçirilən hərrac zamanı “PP 1300-05 YARİMQOŞQU” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-04 QOŞQU” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-05 YARİMQOŞQU minik markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-05 QOŞQU” minik markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı qoşqular satılmamışdır; • Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən “Əmlakın tələbkara təklif olunması haqqında” xx.xx.2024-cü il tarixli, e197071/2021-5-39-014 saylı tələbkar X4 ünvanlanmış təklifdən görünür ki, “Sərraf-M” Qiymətləndirmə və konsaltinq şirkətinin xx.xx.2023-cü il tarixli, 0345/23 saylı mütəxəssis rəyinə əsasən “PP 1300-05 YARİMQOŞQU” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-04 QOŞQU” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-05 YARİMQOŞQU minik markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-05 QOŞQU” minik markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı qoşquların biri 27.000 manat olmaqla, ümumilikdə 108.000 manat olaraq qiymətləndirilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 049/24 saylı məktubuna əsasən qeyd olunan qoşquların açıq hərracları keçirilmiş, lakin həmin qoşqulara dair alıcı müraciəti olmadığı səbəbindən qoşqular satılmamışdır. “İcra haqqında” Qanunun 53.1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin əmlakların borc əvəzi kimi qəbul edilməsi təklif edilir; • Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən tələbkar X4 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, N.Cucuyevaya göndərilmiş xx.xx.2024-cü il tarixli “Əmlakın tələbkara təklif olunması haqqında” təklifə cavab verilməmişdir. Həmin təklifə cavab verilməsi xahiş olunur, əks halda qeyd edilən icra sənədi “İcra haqqında” Qanunun 23.1.5-ci maddəsinə əsasən məhkəməyə qaytarılacaqdır; • Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən tələbkar X3 nümayəndəsi X6 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-4324/2020 saylı icra vərəqəsi üzrə görülmüş icra tədbirləri barədə ətraflı məlumat verilmişdir. “PP 1300-05 QOŞQU” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-05 QOŞQU” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-2 QOŞQU” markalı, J**-YC-*** dövlət qeydiyyat nişanlı qoşqular bir ədədi 18.900 manat olmaqla, ümumilikdə 56.700 manata tələbkar X4 təklif edilmişdir. Qeyd olunan hallarla əlaqədar Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən tələbkar tərəfə həm telefon, həm də “WhatsApp” proqramı vasitəsilə məlumat verilmişdir. Qeyd olunan təklifə 05 gün müddətində münasibət bildirilməsi xahiş olunmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-4324/2020 saylı icra vərəqəsinin icra ilə bağlı icra məmurunun qanuni tələblərinin üzrsüz səbəbdən yerinə yetirilməməsi halı müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-4324/2020 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 50.000 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 50.030 manat məbləğində pul alınaraq iddiaçı X4 ödənilməlidir. Tələbin icrası ilə bağlı borclu mülkiyyətində olan “PP 1300-05 QOŞQU” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-05 QOŞQU” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-05 YARİMQOŞQU” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-2 QOŞQU” markalı, J**-YC-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-04 QOŞQU” markalı, **- YC-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-05 YARİMQOŞQU minik markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-05 QOŞQU” minik markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı qoşquları təqdim edərək borcun həmin əmlaklara yönəldilməsi xahiş etmişdir. İcra məmuru tərəfindən həmin əmlakların üzərinə məhdudiyyət qoyulmuş, daha sonra bu qoşquların qiymətləndirilməsi üçün mütəxəssis dəvət edilmiş və xx.xx.2023-cü il tarixli, 0348/23 saylı mütəxəssis rəyinə əsasən “PP 1300-05 YARİMQOŞQU” markalı qoşqunun bazar dəyəri 27.000 manat təşkil etmişdir. Borcun əvəzi kimi bu qoşqulardan 3-ü tələbkara təklif edilmiş, lakin sonuncunun nümayəndəsi bunu qəbul etməkdən imtina edərək onların hərraca çıxarılaraq satılmasını xahiş etmişdir. Bununla əlaqədar “X1 Mərkəzi” MMC tərəfindən açıq hərrac keçirilsə də, alıcı müraciəti olmadığı səbəbindən onlar satılmamışdır. Daha sonra “PP 1300-05 YARİMQOŞQU” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-04 QOŞQU” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı, “PP 1300-05 YARİMQOŞQU minik markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı və “PP 1300-05 QOŞQU” minik markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı qoşquların açıq hərracdan satılması üçün "xxxx" MMC-yə müraciət olunmuş, lakin həmin şirkət tərəfindən xx.xx.2024cü il tarixli məktubla verilmiş cavabda keçirilən hərrac zamanı bu əmlakların satılmaması göstərilmişdir. Hər iki hərracdan sonra “İcra haqqında” Qanunun 53.1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin əmlakların borc əvəzi kimi qəbul edilməsi tələbkara təklif edilsə də, sonuncu onları qəbul etməmişdir. Bununla da aydın olur ki, borclu icra sənədi üzrə tələbin ödənilməsi üçün tədbirlər görür, bundan boyun qaçırmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bu Məcəllənin 53.2-ci maddəsinin tələbinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar